Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-39/2022 14.07.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, İddiaçı2 və Cavabdeh iştirakı ilə İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı onların istifadə etdikləri torpaqdan çıxarılması və ya Cavabdeh həmin torpaqda qalmaqla onların bələdiyyə torpağına köçürülmələri, ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının Cavabdeh alınıb onlara verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı onların istifadə etdikləri torpaqdan çıxarılması və ya Cavabdeh həmin torpaqda qalmaqla onların bələdiyyə torpağına köçürülmələri, ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının Cavabdeh alınıb onlara verilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, 1992-ci ildə ölkədə mövcud olan “Ailə kəndli fermer təsərrüfatı” haqqında qanuna əsasən 1993-cü ildə bir neçə həmkəndlisi, o cümlədən İddiaçı1 ailəsi ilə birlikdə Bədəlli kəndində, keçmiş “Nəriman Nərimanov” adına kolxozun ərazisində torpaq götürüb “Ailə kəndli fermer təsərrüfatı” yaradıb işləməyə başlamışlar. 1997-ci ildə X10 Əliyevin sərəncamı, xeyir-duası ilə ölkədə torpaq “islahatı baş verdi" həmin islahatla əlaqədar ona və ailəsinə və onunla bir qurumda olan İddiaçı1 da ailəsinə “İnsaf” adlanan yeməkxananın arxasından 0.84 ha və 1.2 ha ümumilikdə 2,04 ha torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə, yəni "meşə zolağı" ərazisində torpağı olan insanların əksəriyyətində torpaq çatımamazlığı yarandığından uzun müddət çoxsaylı müraciət, şikayətdən sonra 2004-ci ildə "yerə köçürmə" işləri aparılmışdır. Bu işi aparan komissiya belə qərara gəlmişdir ki, bir neçə nəfərdən biri çıxarılıb onlara bələdiyyə torpağında yer verilməli, onların orada qalan torpağı o biri mülkiyyətçilər arasında bölüşdürülməlidir. Belə də oldu. Onlarla həmsərhəd qonşu olan Yeylaqalıyev Əslan və onlar çıxıb bələdiyyə torpağına getməli və orada qalmalı idilər. Əslan onların fikrini öyrənmədən oradan çıxmaq istədiyini bildirdi. Onlar da etiraz etməmişlər. Əslana bələdiyyə torpağından normasına uyğun, yəni 1.88 ha + 0,64 ha ümumilikdə 2,52 ha torpaq sahəsi verilmiş, bu barədə bələdiyyənin qərari da vardır. Onlarda öz növbələrində çatışmayan torpaq əvəzinə Əslanın torpağını istifadə etməyə başiamışlar. 2004-ci ildən 2020-ci ilə kimi heç bir problem və narazılıq olmadan həmin torpaqlara əkib becərirlər. Bu müddət ərzində Yeylaqalıyev Əslan və onun ailə üzvləri bu torpağı öz adlarına rəsmiləşdirməli idilər. Bir neçə ildir ki, Yeylaqalıyev Əslan rəhmətə getmişdir. 2020-ci ilin təxminən may-iyun ayında Əlsanın oğlu Cavabdeh yardım (subsidiya) alarkən əziyyət çəkdiyini bildirdi və dövlət aktı ilə onlara məxsus olan torpağa qayıtmaq istədiyini dediyinə görə heç bir narazılıq bildirməyərək, Qənimətə “sən gəl bura biz gedək bələdiyyə torpağına” demişlər. Bundan sonra o şifahi olaraq Bədəlli kənd icra nümayəndəsinə Bədəlli bələdiyyəsinə müraciət etmiş, məsələnin aydınlaşdırılması üçün idarələrə dəvət olunmuşlar. Onlar icra nümayəndəsinə və bələdiyyə sədrinə də Qənimətə etdikləri təklifi bir daha söyləyərək bələdiyyə torpaqlarına getməyə etirazları olmadıqlarını bildirdilər. Qənimət isə onlara heç bir söz deməyərək otaqdan çıxıb getmişdir. Avqust ayının əvvəllərində həmin yerdə traktor onlar üçün şum çıxararkən Qənimət traktorun qabağını kəsmiş sonra isə DİN-nin 102 xidmətinə müraciət edərək onun torpağını zəbt etdiklərini demişdir. Polis şöbəsində Qənimətə iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi bildirilmişdir. Qənimət hərəkətlərinin qanunsuz olduğunu bildiyindən məhkəməyə müraciət etməmişdir. Yenidən Qənimət 2022-ci ilin təxminən noyabr ayının axırı, dekabr ayının əvvəlində icra hakimiyyətinin başçısının qəbulunda olmuş və torpağının onlar tərəfindən zəbt etdiyini bildirmişdir. Bu işin araşdırılması Qobustan rayon DAİM-nin rəhbərinə həvalə etmişdir. DAİM-nin rəhbəri məsələnin aydınlaşdırılmasını üçün onları öz yanına çağırmışdır. Onlar da Qənimətin öz aktı olan torpaq ərazisinə gəlməsini, onların da bələdiyyə torpağına getmələrinə etirazları olmadığını bildirdilər. Qənimətdən iki yerdən birini seçməli olduğunu deyəndə isə Qənimət hər iki yeri əkib becərmək istədiyini bildirdi. DAİM-in rəhbəri ona bildirdi ki, onun istədiyi bu mümkünsüzdür. Bundan əlavə ona bildirildi ki, “bəs bunlar hara getsin?” Bundan sonra heç bir söz demədi və məsələ olduğu kimi də qalmışdır. 2021-ci ilin avqust ayının əvvəllərində Qənimətin öz şəxsi traktoru ilə hər iki yeri şumladığı və tələsik əkin işləri apardığını eşidib sahələrə getmiş və sahələrin şumlanıb əkin vaxtı olmamasına baxmayaraq həmin yeri əkdiyini görmüşdür. Kim tərəfindən əkildiyi ilə maraqlananda isə Qənimətin əkdiyini eşitmişdir. Bundan sonra kənd icra nümayəndəliyinə, bələdiyyə sədrinə məlumat vermiş, onlar da Qəniməti çağırıb onunla söhbət aparmışlar. Lakin nəticəsi olmamış və həmin yerləri əkib biçəcəyini demişdir. Ona görə də neçə illərdir onların istifadə etdiyi torpaqdan Cavabdeh çıxarılmasına və ya Qənimətin həmin torpaqda qalmaqla onların bələdiyyə torpağına köçürülmələrinə, 100 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının Cavabdeh tutulub onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı1 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 1997-ci ildə torpaq islahatı ilə əlaqədar ona və ailəsinə və onunla bir qurumda olan İddiaçı2 da ailəsinə “İnsaf” adlanan yeməkxananın arxasından torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə torpağı olan insanların əksəriyyətində torpaq çatımamazlığı yarandığından uzun müddət çoxsaylı müraciət, şikayətdən sonra 2004-ci ildə "yerə köçürmə" işləri aparılmışdır. Bu işi aparan komissiya belə qərara gəlmişdir ki, bir neçə nəfərdən biri çıxarılıb onlara bələdiyyə torpağında yer verilməli, onların orada qalan torpağı o biri mülkiyyətçilər arasında bölüşdürülməlidir. Onlarla həmsərhəd qonşu olan Yeylaqalıyev Əslan və onlar çıxıb bələdiyyə torpağına getməli və orada qalmalı idilər. Əslan onların fikrini öyrənmədən oradan çıxmaq istədiyini bildirdi. Onlar da etiraz etməmişlər. Əslana bələdiyyə torpağından normasına uyğun, yəni 1.88 ha + 0,64 ha ümumilikdə 2,52 ha torpaq sahəsi verilmiş, bu barədə bələdiyyənin qərari da vardır. Onlarda öz növbələrində çatışmayan torpaq əvəzinə Əslanın torpağını istifadə etməyə başiamışlar. 2004-ci ildən 2020-ci ilə kimi heç bir problem və narazılıq olmadan həmin torpaqlara əkib becərirlər. Bu müddət ərzində Yeylaqalıyev Əslan və onun ailə üzvləri bu torpağı öz adlarına rəsmiləşdirməli idilər. 2020-ci ilin təxminən may-iyun ayında Əlsanın oğlu Cavabdeh yardım (subsidiya) alarkən əziyyət çəkdiyini bildirdi və dövlət aktı ilə onlara məxsus olan torpağa qayıtmaq istədiyini dediyinə görə heç bir narazılıq bildirməyərək, Qənimətə “sən gəl bura biz gedək bələdiyyə torpağına” demişlər. Lakin Qənimət onlarla razılaşmayaraq hər iki yeri əkəcəyini onlara demiş və hazırda bələdiyyə tərəfindən onlara ayrılmış yeri də şumlamışdır. Bundan sonra kənd icra nümayəndəliyinə, bələdiyyə sədrinə məlumat verilmiş, onlar da Qəniməti çağırıb onunla söhbət aparmışlar. Lakin nəticəsi olmamış və həmin yerləri əkib biçəcəyini demişdir. Ona görə də neçə illərdir onların istifadə etdiyi torpaqdan Cavabdeh çıxarılmasına və ya Qənimətin həmin torpaqda qalmaqla onların bələdiyyə torpağına köçürülmələrinə, 100 manat ödənilmiş dövlət rüsumunun və 40 qəpik xidmət haqqının Cavabdeh tutulub onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 1997-ci ildə ölkədə aparılan torpaq islahatı ilə əlaqədar atası Əslan Yeylaqalıyevə və onun ailə üzvlərinə də torpaq sahəsi verilmişdir. Ailə üzvlərinə verilən pay torpağının 1,8 ha əkinə yararsız olduğundan 2004-cü ildə rayon icra hakimiyyətinin nümayəndələrinin və Bədəlli bələdiyyə üzvlərinin iştirakı ilə akt tərtib olunmuş və onlara bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi ayrılmışdır. Əkdiyi torpaq sahəsi və hazırda şumladığı torpaq sahəsi özlərinə məxsusdur. Ona görə də iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə İddiaçı2 və Cavabdeh izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş JN 139 saylı KOD 30704018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı2 və onun 4 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,20 hektar pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 151 saylı KOD 30704018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, İddiaçı1 və onun 4 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,20 hektar pay torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 0029 saylı KOD 30704018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X2 təsərrüfatı məhsulları istehsalı üçün 0,64 hektar pay torpaq sahəsi verilmişdir. Şamaxı regional “ASAN xidmət” mərkəzində 20 oktyabr 2021-ci il tarixdə reyestrdə 15-9051 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 20 sentyabr 2008-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 02 fevral 2005-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsidir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı2 ünvanlanmış 12 oktyabr 2021-ci il tarixli məktubda göstərilir ki, icra nümayəndəliyinə ünvanlandığı ərizədə göstərilən faktlar Bədəlli bələdiyyəsinin, Qobustan rayon DAİM-in aqronomunun və Cavabdeh iştirakı ilə yerində araşdırılmış, araşdırma zamanı məlum olmuşdur ki, ərizədə göstərilən faktlar mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayon Bədəlli bələdiyyəsinin sədri X6, icra nümayəndəsi Hamlet Ağayev, icra nümayəndəsinin müavini Məlikağa Əhədov, Qobustan rayon DAİM-nin aqronomu Atamoğlan Eminov, bədəiyyənin üzvü B. Bünyadov, Bədəlli kənd sakini İddiaçı2 və Bədəlli kənd sakini Cavabdeh 12 oktyabr 2021-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, Bədəlli kənd sakini İddiaçı2 Bədəlli kənd İcra nümayəndəliyinə və Bədəlli bələdiyyəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar Bədəlli bələdiyyəsinin ərazisində yerləşən “İnsaf’ adlanan yeməkxananın arxa hissəsindəki əkin sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən olundu ki, 2004-cü ildə çatışmayan yer kimi 1997-ci ildə aparılan torpaq islahatı zamanı həmin ərazidə 0,84 ha İddiaçı2 ailəsinə 1,20 ha, İddiaçı1 ailəsinə 1,88 ha, Yeylaqalıyev Əslanın ailəsinə məxsus əkin sahələrinin yerə köçürmə zamanı torpaq sahəsi əskiklik olmuşdur. Bədəlli kənd sakini mərhum X3 Bədəlli bələdiyyəsinin ehtiyat fondundan onun razılığı ilə 2,52 ha (1,88 ha özünə və 0,64 ha Seyidov Badaya) əkin sahəsi verilmişdir. Razılıq əsasında Dövlət aktında Yeylaqalıyev Əslana məxsus olan 1,4-1,5 ha yerin təxminən 1 hektarı İddiaçı1 ailəsinə verilmişdir. 2004-cü ildən bu günə qədər heç bir narazılıq olmadan həmin əkin sahələrindən istifadə edilmişdir. Baxış zamanı mərhum X1 Qənimətə bildirmişdir ki, o öz Dövlət aktında olan yerini əkmiş və bələdiyyənin verdiyi 1,52 ha yeri də şumlamışdır və əkəcək. Qənimətə bildirilmişdir ki, o özünə məxsus olan yeri əkə bilər, İddiaçı1 və İddiaçı2 torpaq sahələrini əkə bilməz. Buna baxmayaraq Qənimət israrla həmin yeri əkəcəyini bildirmişdir. Cavabdeh Bədəlli bələdiyyəsinə və mülkiyyətçilər İddiaçı2 və İddiaçı1 məxsus 2,0 ha əkinə yararlı torpaq sahəsini zəbt etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2022-ci il tarixli 10/875saylı ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********44 saylı mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən Qobustan rayonunun Bədəlli kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsinin JN-139 saylı Dövlət Aktına əsasən İddiaçı2, JN-151 saylı Dövlət Aktına əsasən İddiaçı1 və JN-29 saylı Dövlət Aktına əsasən X4 mülkiyyətində olduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən Qobustan rayonunun Bədəlli kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsinin, JN-139 saylı Dövlət Aktına əsasən İddiaçı2, JN-151 saylı Dövlət Aktına əsasən İddiaçı1 və JN-29 saylı Dövlət Aktına əsasən X4 mülkiyyətinə verilmiş torpaq sahələri olduğu müəyyən edilmişdir. Torpaqlar elektron kadastr uçot informasiya sisteminə (TEKUİS) əsasən Qobustan rayonunun Bədəlli kəndi ərazisində yerləşən Cavabdeh tərəfindən əkilmiş mübahisəli torpaq sahəsinin, JN-139 saylı Dövlət aktına əsasən İddiaçı2 JN-151 saylı Dövlət aktına əsasən İddiaçı1 və JN-29 saylı Dövlət aktına əsasən X4 mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Müəyyən edildi ki, JN 139 saylı KOD 30704018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə İddiaçı2 və onun 4 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,20 hektar pay torpaq sahəsi, JN 151 saylı KOD 30704018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə İddiaçı1 və onun 4 nəfər ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,20 hektar pay torpaq sahəsi və JN 0029 saylı KOD 30704018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə X2 təsərrüfatı məhsulları istehsalı üçün 0,64 hektar pay torpaq sahəsi verilmişdir. İddiaçı2 02 fevral 2005-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-ci maddəsində qeyd olunur ki, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinə görə torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2004-cü ildə Aqrar İslahat Komissiyası tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 təhkim olunmuş və həmin vaxtdan əkibbecərdiyi torpaq sahəsindən çıxarılmalı, Cavabdeh Əlan oğlundan 100 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı, eləcə də Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına iddiaçılar tərəfindən ödənilmiş 141 manat alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməli və 100 manat ekspertiza xərci alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2004-cü ildə Aqrar İslahat Komissiyası tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 təhkim olunmuş və həmin vaxtdan əkib-becərdiyi torpaq sahəsindən çıxarılsın. Cavabdeh Əlan oğlundan 100 manat ödənilmiş dövlət rüsumu və 40 qəpik xidmət haqqı, eləcə də Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına iddiaçılar tərəfindən ödənilmiş 141 manat alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. Cavabdeh 100 manat ekspertiza xərci alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-39/2022
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-39/2022
14.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver