Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-404/2024 29.08.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X13 Elbrus oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 05 iyun 2024-cü ildə anadan olmuş övladı X4 23 iyun 2024-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 05 iyun 2024-cü ildə anadan olmuş övladı X4 23 iyun 2024-cü ildə ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonu Çalov kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 03 aprel 2023-cü il tarixdə X6 ilə nikahlarını Şamaxı regional “ASAN xidmət” qeydiyyat şöbəsində 122 sayla qeyd etdirməklə evlənmişlər, hazırda da birlikdə ər-arvad kimi yaşayırlar. Birgə nikahlarından 05 iyun 2024-cü il tarixdə xəstəxana şəraitində Ömər adlı övladları dünyaya gəlmişdir. Ömər üçün AZ-984278 saylı doğum haqqında şəhadətnamə də almışlar. Ömər xəstə doğulduğundan onu bir neçə dəfə xəstəxanaya aparmışlar. Sonuncu dəfə 23 iyun 2024cü il tarixdə Qobustan rayon Mərkəzi xəstəxanasına aparmış, lakin evə qayıdan zaman Ömər avtomaşında vəfat etmişdir. Öməri Qobustan rayonunun Çalov kəndində dəfn etmişlər. Həmin vaxtı qanunu bilmədiyindən uşağa ölüm haqqında arayış almamışdır. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə və Qobustan rayon mərkəzi xəstəxana müraciət etmiş, lakin məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də 05 iyun 2024-cü il tarixdə anadan olmuş övladı Ömərin 23 iyun 2024-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək ərizənin təmin olunmasına etirazı olmadığını bildirmişdir. X2 ifadəsində göstərdi ki, Ərizəçi yaxşı tanıyır. Coşqunun 05 iyun 2024-cü il tarixdə anadan olmuş oğlu Ömər anadan gəlmə xəstə doğulmuşdur. Ömər 23 iyun 2024-cü il tarixdə vəfat etmişdir. Ömərin dəfn mərasimində iştirak etmişdir. X3 X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Şamaxı regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 984278 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 iyun 2024-cü ildə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən 31 iyun 2024-cü il tarixdə verilmiş 208/2024 saylı arayışdan görünür ki, X4 23 iyun 2024-cü il tarixdə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X14” publik hüquqi şəxsin 26 iyul 2024-cü il tarixli 18-1-53/2-G-303-42-738/2024 saylı arayışdan görünür ki, X4 23 iyun 2024-cü il tarixdə ölməsi haqqında tibbi şəhadətnamə verilməsi üçün uzun müddət keçdiyinə görə məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayon Çalov kənd sakinləri X11, X8 və X5 iştirakı ilə 22 iyul 2024-cü il tarixdə tərtib edilmiş və Qobustan rayon İHB-nın Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, Ərizəçi 05 iyun 2024cü il tarixdə doğulmuş övladı X10 23 iyun 2024-cü il tarixdə ölmüşdür. Onu Çalov kənd qəbristanlığında dəfn etmişlər və dəfn mərasimində iştirak etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Qərarının 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə "Ölüm haqqında tibbi şəhadətnamə"nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin ad, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 05 iyun 2024-cü il tarixdə anadan olmuş X4 23 iyun 2024-cü il tarixdə Qobustan rayonu Çalov kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 iyun 2024-cü il tarixdə anadan olmuş X4 23 iyun 2024-cü il tarixdə Qobustan rayonu Çalov kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə qanunun tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(026)-404/2024
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-404/2024
29.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver