Məhkəmə qərarları › İş №2(026)-411/2022

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-411/2022

18.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-411/2022 18.11.2022 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı tərəf Maraqlı şəxs rəisi X6 iştirakı ilə, Ərizəçi anası X12 31 iyul 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi anası X12 31 iyul 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 16 yanvar 1970-ci təvəllüdlü anası X17 31 iyul 2022-ci il tarixdə Bakı şəhəri Klinika tibbi mərkəzdə beyninə qansızma nəticəsində vəfat etmişdir. Anasını öz vəsiyyətinə görə Bakı şəhəri Ələt qəsəbəsində anasının yanında dəfn etmişlər. X4 anası Tamilə üçün ölüm şəhadətnaməsini almaqdan ötrü Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X32 X35 X34 Şəxsə müraciət etsə də, oradan X12 31 iyul 2022-ci il tarixdə ümumi reanimasiya şöbəsində ölməsi haqqında tibbi şəhadətnamənin Tamilənin şəxsiyyətini müəyyən edən sənədin etibarlılıq müddəti bitdiyindən verilməsinin mümkün olmadığı bildirilmişdir. Anası Tamiləyə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, müddət keçdiyi üçün ona məhkəməyə müraciət etməsi bildirilmişdir. X21 adına torpaq sahəsi olduğu üçün onun ölüm şəhadətnaməsi vacibdir. Ona görə də anası X12 31 iyul 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X9 izahatında göstərdi ki, Ərizəçi 16 yanvar 1970-ci il tarixdə anadan olmuş anası X12 ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X12 31 iyul 2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X2 izahatında göstərdi ki, X17 onun qardaşı Cahangirin arvadıdır. X17 31 iyul 2022-ci il tarixdə Bakı şəhəri 1 saylı Mərkəzi Kliniki xəstəxanasında insult xəstəliyindən vəfat etmişdir. X27 qəsəbəsində dəfn etmişlər. Həm dəfndə, həm də yas mərasimində iştirak etmişdir. Qardaşı və oğlunun başı yas mərasiminə qarışdığınından ölüm haqqında şəhadətnamə almaq üçün xəstəxanaya o getmişdir. Xəstəxanadan ona mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçdiyini və ona görə də ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. X5 izahatında göstərdi ki, X16 onun atasının dayısı qızıdır. Tamilə Qarayeva 31 iyul 2022-ci il tarixdə Bakı şəhəri 1 saylı Mərkəzi Kliniki xəstəxanasında beyin əməliyyatı olunmuş və əməliyyatdan ayılmamışdır. X27 qəsəbəsində dəfn etmişlər. Həm dəfndə, həm də yas mərasimində iştirak etmişdir. X3 izahatında göstərdi ki, X17 onun sinif yoldaşı Vüqarın anasıdır. Vüqar 2022-ci ildə ailəsi ilə birlikdə Ələt qəsəbəsində köçsələr də, Qobustan rayonuna gəlib-gedirlər. Vüqarın anası X17 31 iyul 2022-ci il tarixdə Bakı şəhəri 1 saylı Mərkəzi Kliniki xəstəxanasında beyin əməliyyatı olunmuş və əməliyyatdan ayılmamışdır. X27 qəsəbəsində dəfn etmişlər. Həm dəfndə, həm də yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 16 avqust 2022-ci il tarixli 05/Q-158/13 saylı məktubundan görünür ki, X12 Səhiyyə Nazirliyindən ölüm faktını təsdiq edən sənəd olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. X29 in 31 avqust 2022-ci il tarixdə verdiyi arayışdan görünür ki, X1726 iyul 2022-ci il tarixdə saat 08:40-da kliniki tibbi mərkəzə qəbul olmuş 31 iyul 2022-ci il tarixdə saat 18:55-də insult beyin ölümü diaqnozu ilə vəfat etmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X32 X35 X34 X1 ünvanlandığı 04 avqust 2022-ci il tarixli 4072 saylı məktubundan görünür ki, X1226 iyul 2022-ci il tarixdə həqiqətən X30 daxil olmuş 31 iyul 2022-ci il tarixdə ümumi reanimasiya şöbəsində vəfat etmişdir. Mərhumun şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 16 yanvar 2020-ci il tarixdə bitdiyindən şəxsiyyət vəsiqəsini sistemə daxil edib ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Qobustan rayonu Dərəkənd kənd sakinləri X18, Ərizəçi, X14 və X7 18 avqust 2022-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Dərəkən kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, Qobustan rayonunun Dərəkənd kənd sakini X17 Bakı şəhəri 1 saylı klinik xəstəxanasında 31 iyul 2022-ci il tarixdə vəfat etmiş, 01 avqust 2022-ci il tarixdə Qaradağ rayonu Ələt kənd qəbristanlığında kənd sakinlərinin iştirakı ilə dəfn edilmişdir. Məzarın fotoşəkilindən görünür ki, 16 yanvar 1970-ci il təvəllüdlü X17 31 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X12 31 iyul 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12 31 iyul 2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar