Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-434/2023 26.09.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi 20 mart 1954-cü il tarixdə anadan olmuş atası X7 20 iyun 2022-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 20 mart 1954-cü il tarixdə anadan olmuş atası X7 20 iyun 2022-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan rayonunun Şıxzahırlı kəndində doğulmuşdur, lakin hazırda rayonunun Ərəbşahverdi kəndində yaşayır. 20 mart 1954-cü il tarixdə anadan olmuş atası X13 20 iyun 2022-ci ildə xəstəlikdən ölmüşdur. Qanunu bilmədiklərindən atası üçün ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda vərəsəliyin açılması üçün atasının ölüm haqqında şəhadətnaməsinin vacib olduğu bildirilmişdir. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə və Qobustan rayon mərkəzi xəstəxanasına müraciət etmiş, lakin ölüm şəhadətnaməsi alınması üçün müddət keçdiyinə görə məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Ona görə də atası X7 20 iyun 2022-ci il tarixdə ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 20 mart 1954-cü il tarixdə anadan olmuş atası X7 20 iyun 2022-ci il tarixdə Qobustan rayonunun Şıxzahırlı kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X4 izahatında göstərdi ki, Ərizəçi atası X7 20 iyun 2022-ci il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X7 20 iyun 2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X3 ifadəsində göstərdi ki, Cüməli Dadaşov onunla həmkəndli olmuşdur, Cüməli 2022-ci ilin iyun ayının 20-də ölmüşdür. Onun yas mərasimini molla kimi o yola vermişdir. Cüməli Dadaşovu kənd qəbristanlığımda dəfn etmişlər. X1 ifadəsində göstərdi ki, ərizəçi Şəfaqəti və onun atası Cüməlini yaxşı tanıyır. Həmkəndlidirlər. Cüməli Dadaşov 20 iyun 2022-ci il tarixdə Qobustan rayonunun Şıxzahırlı kəndində vəfat etmişdir. Onu kənd qəbristanlığında dəfn etmişlər, yas və dəfn mərasimində iştirak etmişdir. X9 ifadəsində göstərdi ki, X10 yaxşı tanıyır. Cüməli Dadaşov 20 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Onu yaşadıqları Şıxzahırlı kənd qəbristanlığında dəfn etmişlər, yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 18 iyul 2023-cü il tarixli 3-16-5/8-13-195/2023 saylı məktubundan görünür ki, 2022-ci il tarixdə vəfat etmiş X7 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2021-ci ildən 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X19in Ərizəçi ünvanladığı 02 avqust 2023-cü il tarixli PHŞ-6-53/2-H- 367-42-659/2023 saylı məktubundan görünür ki, 20 iyun 2022-ci il tarixdə vəfat etmiş X7 adına ölüm şəhadətnaməsi verilməsi üçün müddət keçdiyindən ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Şıxzahırlı kənd sakinləri X8, X5 və Ərizəçi tərəfindən 18 iyul 2023-cü il tarixdə tərtib etdilmiş, Qobustan rayon İHB-nin Şıxzahırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 20 mart 1954-cü il təvəllüdlü X13 20 iyun 2022-ci il tarixdə vəfat etmiş və Şıxzahırlı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzarın fotoşəkilindən görünür ki, X13 20 mart 1954-cü il tarixdə doğulmuş və 20 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 20 mart 1954-cü il təvəllüdlü X7 20 iyun 2022-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 20 iyun 2022-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-434/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-434/2023
26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver