Məhkəmə qərarları › İş №2(026)-472/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-472/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-472/2023 11.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, ərizəçi X3 iştirakı ilə, ərizəçi X3 atası X4 22 noyabr 2012-ci il tarixdə ev şəraitində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X10 atası X4 22 noyabr 2012-ci il tarixdə ev şəraitində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X10 ərizəni müdafiə edərək izahatında göstərdi ki, 01 iyul 1950-ci ildə anadan olmuş atası X11 22 noyabr 2012-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində öz evlərində xərçəng xəstəliyindən ölmüşdür. Xəstəxanada uzun müddət müalicə alsa da, həkimlərin məsləhəti ilə ölümündən əvvəl evlərinə gətirmişlər. Başları dəfn və yas mərasimlərinə qarışdığından vaxtında ölüm haqqında şəhadətnamə almamışlar. Əvvəllər kənd icra nümayəndəliyi ölüm haqqında şəhadətnamə yazırdılar. Nəyə görəsə atasının ölüm haqqında şəhadətnaməsi yazılmamışdır. Maraqlı şəxsndən məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Anası Qızbikə isə 11 noyabr 2009-cu ildə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının çıxarışla əvəz olunması zərurəti yarandığı üçün rayon DAİM-dən atasını ölüm sənədini istəyirlər. Ona görə də 01 iyul 1950-ci ildə anadan olmuş atası X4 22 noyabr 2012-ci il tarixdə ölünün qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi məhkəməyə ərizə təqdim edərək atası X4 22 noyabr 2012-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizədə öz adının texniki səhvlə “Vurğun” əvəzinə Vurğum, atasının adının isə “Ağamir” əvəzinə “Ağamirzə” kimi yazıldığını göstərərək həmin səhvlərin aradan qaldırılaraq öz adının “Vurğun” və atasının adının “Ağamir” kimi oxunmasını xahiş etdi. Maraqlı şəxs rəisi X7 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ərizənin təmin olunmasına etiraz etmədiyini göstərmişdir. X9 ifadəsində göstərdi ki, Ağamir Zülfüqarov onun əmisi qızının əri olub. Ağamir 22 noyabr 2012-ci il tarixdə vəfat edib. Meyidi o yuyub. Ağamir Zülfüqarovun dəfn və yas mərasimlərində iştirak edib. Onu Ərəbşalbaş kənd qəbristanlığında dəfn etmişlər. X2 ifadəsində göstərdi ki, ərizəçi Vurğunu və onun atası Ağamiri yaxşı tanıyır. Ağamir Zülfüqarov 22 noyabr 2012-ci il tarixdə vəfat etmişdir. Ağamir Zülfüqarovun məzarının qazılmasında, dəfn və yas mərasimlərində iştirak edib. Onu Ərəbşalbaş kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Qobustan rayon Qeydiyyat X1 08 avqust 2023-cü il tarixdə ünvanladığı 3-16-5/8-13- 222/2023 saylı məktubunda göstərilir ki, 2012-ci il tarixdə vəfat etmiş X4 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2011-ci ildən 2018-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X20in X5 09 avqust 2023-cü il tarixdə ünvanladığı PHŞ-6-53/2-Z- 374-42-672/2023 saylı məktubunda göstərilir ki, 22 noyabr 2012-ci il tarixdə vəfat etmiş X4 adına ölüm şəhadətnaməsi verilməsi üçün müddət keçdiyindən ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət edilməlidir. Qobustan rayonu Ərəbşalbaş kənd sakinləri X15, X10 və X8 tərəfindən 23 avqust 2023cü il tarixdə tərtib etdilmiş, Qobustan rayon İHB-nin Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 01 iyul 1950-ci il təvəllüdlü X11 22 noyabr 2012-ci il tarixdə vəfat etmiş və Ərəbşalbaş kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzarın fotoşəkilindən görünür ki, X11 xx.xx.1950-ci il tarixdə doğulmuş və xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 01 iyul 1950-ci il təvəllüdlü X4 22 noyabr 2012-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 22 noyabr 2012-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar