Məhkəmə qərarları › İş №2(026)-487/2023

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-487/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-487/2023 19.10.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Qobustan Rayon Məhkəməsinin hakimi Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 16 sentyabr 1972-ci il tarixdə anadan olmuş bacısı X1 13 yanvar 2001-ci il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 16 sentyabr 1972-ci il tarixdə anadan olmuş bacısı X1 13 yanvar 2001-ci il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktının müəyyən olunması barədə ərizə ilə Qobustan rayon məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16 sentyabr 1972-ci il tarixdə anadan olmuş bacısı X2 1996-cı ildə həmkəndlisi X4 ilə evlənmiş, lakin nikahlarını rəsmi qeyd etdirməmişlər. Onların birgə evliliklərindən 10 fevral 2000-ci il tarixdə Vahid adlı bir uşaqları anadan olmuşdur. Nikahları olmadığından uşaq üçün doğum haqqında şəhadətnamə almamışlar. Bacısı Səlimnaz 13 yanvar 2001-ci il tarixdə axşam yatmış və səhər ayılmamışdır. Səlminazı Qaradağ rayonu ərazisində yerləşən “Sofi Həmid” qəbristanlığında qohumlarının dəfn olunduğu məzarlıqda dəfn etmişlər. Həmin vaxtı başları qarışıq olduğundan, həm də, qanunu bilmədiklərindən bacısı üçün ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda bacısının övladı Vahid üçün doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin uşağın anasının ölüm şəhadətnaməsi olmadığından doğum haqqında şəhadətnamə və bacısı Səlimnaz üçün ölüm şəhadətnaməsi verilməsinin mümkün olmadığını göstərərək 16 sentyabr 1972-ci il tarixdə anadan olmuş X1 13 yanvar 2001-ci il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə ərazi aidiyyatı üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilməlidir. Belə ki, ərizə Qobustan rayon məhkəməsinə göndərilsə də, Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Qobustan rayon İHB-nın Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi massiv 1A ev 4-də qeydiyyatdadır. Ərizəçi bacısı X1 13 yanvar 2001-ci il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktının müəyyən olunmasına dair ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin aidiyyatı üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilməsinə etraz etmədi. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən məhkəmə aidiyyat qaydalarının pozulması ilə icraata qəbul etdiyi işi başqa məhkəməyə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİM: Ərizəçi 16 sentyabr 1972-ci il tarixdə anadan olmuş bacısı X1 13 yanvar 2001-ci il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar