Məhkəmə qərarları › İş №2(026)-500/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-500/2023

08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-500/2023 08.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 23 mart 1979-cu il tarixdə anadan olmuş övladı X6 10 avqust 2001-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 23 mart 1979-cu il tarixdə anadan olmuş övladı X6 10 avqust 2001-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki 15 oktyabr1951-ci ildə Şamaxı rayonunun Nabur kəndində anadan olmuş və hazırda Qobustan rayonunun Nabur kəndində yaşayır. 23 mart 1979-cu ildə anadan olmuş oğlu Həsən Nurəhmədov “qara ciyər sirrozu” xəstəliyinə tutulmuş, onu 3 il müalicə etdirsə də, nəticəsi olmamışdır. Ölümündən bir gün əvvəl, yəni 09 avqust 2021-ci il tarixdə həkim məsləhəti ilə onu xəstəxanadan çıxarıb evə gətirmiş və 10 avqust 2001-ci ildə Həsən evdə vəfat etmişdir. oğlu Həsəni Qobustan rayon Nabur kənd qəbiristanlığında dəfn etmişlər. Dəfn mərasiminə başları qarışdığından və kənd icra nümayəndəsinin ölüm haqqında sənədləşmə apardığını güman etdiyindən ölüm haqqında şəhadətnamə almamışlar. Ailəsinə verilən torpağa mülkiyyət hüququna dair JN-290 saylı (KOD ********) dövlət aktında Həsənin də adı vardır. Dövlət aktı mülkiyyət hüququna dair çıxarışla əvəzlənməlidir. Həsənin ölümü barədə sənəd olmadığından çıxarış almaq mümkün deyildir. Maraqlı şəxsnə ölüm şəhadətnaməsi almaq üçün müraciət etmiş, ona oğlumun ölümünün qeyd edilmə faktını məhkəmə qaydasında müəyyən etməli olduğu bildirilmişdir. Ona görə də 23 mart 1979-cu il tarixdə anadan olmuş övladı X6 10 avqust 2001-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X8 məhkəməyə göndərdiyi izahatında göstərmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəyini üzrlü hesab edərək Ərizəçi övladı X6 10 avqust 2001-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən olunmasına etiraz etmir. X1 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynı və qudasıdır. Zeynalın 23 mart 1979-cu il tarixdə anadan olmuş övladı X10 10 avqust 2001-ci il tarixdə “serroz” xəstəliyindən ölmüşdür. Həsənin yuyulmasında, dəfnində və yas mərasimində iştirak etmişdir. X4 ifadəsində göstərdi ki, Ərizəçi yaxşı tanıyır. Zeynalın övladı Nurəhmədov Həsən 10 avqust 2001-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Onun qəbrinin qazılmasında və yas mərasimində iştirak etmişdir. X2 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısının əridir. Bacısı oğlu X10 10 avqust 2001-ci il tarixdə ciyər xəstəliyindən vəfat etmişdir. Həsəni Nabur kənd qəbristanlığında dəfn etmişlər. Qəbrin qazılmasında və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 01 sentyabr 2023-cü il tarixli 3-16-5/8-13-253/2023 saylı məktubundan görünür ki, 2021-ci il tarixdə vəfat etmiş Ərizəçi ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2000-ci ildən 2006-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X20in Ərizəçi ünvanladığı 08 sentyabr 2023-cü il tarixli 18-1-53/2-N- 419-42-748/2023 saylı məktubundan görünür ki, 10 avqust 2021-ci il tarixdə vəfat etmiş övladı X6 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün müddət keçdiyindən ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Nabur kənd sakinləri X3, X5 və X11 tərəfindən 14 sentyabr 2023-cü il tarixdə tərtib etdilmiş, Qobustan rayon İHB-nin Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, X10 10 avqust 2001-ci ildə “qara ciyərin serrozu” xəstəliyindən vəfat etmiş və Nabur kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 23 mart 1979-cu il tarixdə anadan olmuş X6 10 avqust 2001-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 10 avqust 20201-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar