Məhkəmə qərarları › İş №2(026)-509/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-509/2023

20.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-509/2023 20.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 02 noyabr 1946-cı il təvəllüdlü anası X2 10 mart 2007-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 02 noyabr 1946-cı il təvəllüdlü anası X2 10 mart 2007-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 02 noyabr 1946-cı il tarixdə anadan olmuş anası X4 10 mart 2007-ci il tarixdə vəfat etmişdir. Anasını Qobustan rayonunun Ərəbşalbaş kənd qəbristanlığında dəfn etmişlər. Qanunu bilmədiklərindən anası üçün ölüm haqqında şəhadətnamə almamışlar. Anasının təvəllüdlü 1946-cı il olsa da, məzar daşında səhvən 1947-ci il kimi yazılıb. Hazırda torpağı adlarına rəsmiləşdirmək üçün anasının ölüm haqqında şəhadətnaməsi vacibdir. Ölüm haqqında şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə və Qobustan rayon mərkəzi xəstəxanasına müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını, məsələnin məhkəmə qaydasında həll olunmalı olduğunu bildirmişlər. Ona görə də X2 10 mart 2007-ci il tarixdə ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. X2 10 mart 2007ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X6 izahatında göstərdi ki, Ərizəçi anası X2 10 mart 2007-ci il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X2 10 mart 2007-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X3 ifadəsində göstərdi ki, Manya Cəbrayılova onun qardaşının arvadı olub, Manya 2007-ci ilin mart ayında vəfat etdi, onu Ərəbşalbaş kənd qəbristanlığında anasının və qardaşının yanında dəfn etmişlər. Qəbrin qazılmasında və yas mərasimində iştirak etmişdir. X1 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndli olmaqla yaxşı tanıyır. Elvinin anası Manya Cəbrayılova 2007-ci ilin mart ayında rəhmətə getmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Manya Cəbrayılova Ərəbşalbaş kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi 13 sentyabr 2023-cü il tarixdə ünvanladığı 3-16-5/8-13-274/2023 saylı məktubundan görünür ki, 10 mart 2007-ci il tarixdə vəfat etmiş X2 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2006-cı ildən 2013-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X15in Ərizəçi ünvanladığı 15 sentyabr 2023-cü il tarixli 18-1-53/2-C- 433-42-773/2023 saylı məktubundan görünür ki, 2007-ci ilin mart ayında vəfat etmiş X2 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün müddət keçdiyindən ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Ərəbşalbaş kənd sakinləri Ərizəçi, X8 və X7 tərəfindən 15 sentyabr 2023cü il tarixdə tərtib edilmiş, Qobustan rayon İHB-nin Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 02 noyabr 1946-cı il tarixdə anadan olmuş X4 10 mart 2007-ci il tarixdə vəfat etmiş və Ərəbşalbaş kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzarın fotoşəkilindən görünür ki, Manya Ağaəhməd qızı 02 noyabr 1947-ci ildə anadan olmuş və 10 mart 2007-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 02 noyabr 1946-cı il tarixdə anadan olmuş X2 10 mart 2007-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 10 mart 2007-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar