Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-518/2025 24.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimova Nigar Mustafa qızının katibliyi, İddiaçı, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çənin qaytarılması tələbinə dair” iddiası ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan 1 ədəd çənin Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması, hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Lakin onun valideynləri Qobustan rayonunun Təklə kəndində yaşamışlar. Həmin kənddə valideynlərinə məxsus torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. X1 07 aprel 1995-ci ildə, anası X34 isə 09 mart 2013-cü ildə vəfat etmişdir. Bundan sonra onlardan miras qalmış əmlaklarla bağlı o, qanun üzrə vərəsə kimi tanınmışdır. Belə ki, iddia ərizəsinə də əlavə etdiyi 28 aprel 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, o, anası X16 birinci növbə vərəsəsi kimi tanınmışdır və anasından ona miras qalmış əmlak Qobustan rayonu, Təklə kəndində yerləşən 0,2 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 106,2 kv.m sahəsi olan fərdi yaşayış evidir. Onların həmin torpaq sahəsində birinin dəyəri təxminən 2000 manat olan 2 ədəd su çəni olmuşdur. Bu yaxınlarda həmin su çənlərindən birini öz dostuna icarəyə vermək istəyirdi, dostu ilə danışıb razılaşmış, çəni evakuatora qoyub dostugilə aparanda polis əməkdaşları onu əsassız olaraq evakuatorla birlikdə Qobustan RPŞ-yə aparmışdır. Bunun səbəbini soruşanda isə ona demişlər ki, Rusiyadakı qardaşı şikayət edib bildirib ki, bəs o, həyətdəki çənləri qanunsuz götürüb satmaq istəyir. Bundan sonra polis şöbəsində bununla bağlı araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Lakin polis şöbəsindən ona nəinki həmin rədd qərarı verilməmiş, həm də çən ona qaytarılmayaraq başqasının qanunsuz sahibliyinə verilmişdir. Hazırda ona verilən məlumata görə, polis şöbəsindən həmin çən Qobustan rayonunun Təklə kənd sakini olan Cavabdeh1 istifadəsinə verilmişdir və həmin çən hazırda cavabdeh kimi göstərdiyi Cavabdeh1 qanunsuz sahibliyindədir. Həmin çən də valideynlərindən ona miras qalmış daşınar əşya kimi onun mülkiyyətinə daxil olmuşdur. Lakin hazırda həmin çən Cavabdeh1 qanunsuz sahibliyində olduğundan, onun mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də həmin çənin cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılmasını xahiş edir. Məhkəmənin 06 oktyabr 2025-ci il tarixli protokol qaydasında qəbul edilmiş qərardadı ilə X28, X17, Cavabdeh2 və X29 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmənin 27 oktyabr 2025-ci il tarixli protokol qaydasında qəbul edilmiş qərardadı ilə Cavabdeh2 üçüncü şəxslərin sırasından çıxarılmaqla mülki iş üzrə cavabdeh qismində işə cəlb edilmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, atasına məxsus olan çəni qanuni vərəsə kimi cavabdehlərdən geri tələb edir. Həmin mübahisəli çən hazırda Cavabdeh1 həyətindədir. Belə ki, Cavabdeh1 atası onun əmisi oğludur. Qardaşı Cavabdeh2 Cavabdeh1 tez-tez onun evinə gedib ora nəzarət etməsini tapşırmışdır. Çünki qardaşı Cavabdeh2 hələ 1988-ci ildən Rusiya vətəndaşıdır və orada yaşayır. O, 2025-ci ilin iyul ayında çəni dostu İlham adlı şəxsə icarəyə vermək niyyətində olmuşdur. Belə ki, İlham əvvəlcə çəni ondan almaq istədiyini bildirsə də, o, çəni satmaq istəmədiyini bildirdikdə İlham bu dəfə çəni işlərini görə bilməsi üçün ona icarəyə verməsini xahiş etmiş, o da razılaşaraq bununla bağlı müqavilə bağlamışlar. Bundan sonra 22 iyul 2025-ci ildə çən evakuatorla İlhamın ünvanına aparılarkən polis əməkdaşları çəni Qobustan RPŞ-yə aparmış və 23 iyul 2025-ci ildə onu polis şöbəsinə dəvət etmişlər. Burada məlum olmuşdur ki, Rusiya Federasiyasında yaşayan qardaşı Cavabdeh2 əlaqə yaradaraq həmin çənin özünə məxsus olduğunu bildirmişdir. Qeyd etdi ki, həqiqətən də, atasına məxsus torpaq sahəsində qardaşı Cavabdeh2 üçün fərdi yaşayış evi inşa etmişlər, sözügedən çən də həmin fərdi yaşayış evinin yaxınlığında olmuşdur. Lakin həmin ev qardaşı Cavabdeh2 üçün tikilsə də, evin tikildiyi torpaq sahəsi və həmin çən atasına məxsus olmuşdur. O da çəni atasından qalmış torpaq sahəsindən götürmüşdür. Bildirdi ki, mübahisəli çən hələ 1991-ci ildə atasının vəsaiti hesabına qardaşı Rizvan Məlikov tərəfindən alınmışdır. Dəqiq tarixi xatırlamasının səbəbi isə bacısı Nazəndə Məlikovanın həmin çən alınanda hələ evdə olması, çənin alınmasından 1 il sonra 1992-ci ildə gəlin köçməsidir. Ümumiyyətlə, aparılan islahat dövründə qardaşı Cavabdeh2 hər hansı əmlak payının verilməsi mümkün deyildi, çünki o, hələ 1988-ci ildən Rusiya vətəndaşı olduğuna görə islahat zamanı nəzərə alınmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Hacı əmi dedikləri ağsaqqalları Niyazi Əhədovdan yalnız qardaşı Rizvan üçün Cavabdeh2la danışmasını istəmişdir. Özünün bütün sənədləri qaydasında olduğuna görə polisdə aparılan araşdırma üzrə hər hansı narahatlığı olmamış, yalnız qardaşı Rizvanı bu prosesdən kənar tutmaq istəmişdir. O, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının atası onun əmisi idi və 1995-ci ildə vəfat etmişdir. İddiaçının qardaşı Cavabdeh2 isə hazırda Rusiya Federasiyasında yaşayır və Rusiya vətəndaşıdır. O, Qobustan rayonunda inşa edilmiş evinə tez-tez nəzarət etmək işini ona həvalə etmişdir. İddiaçı Cavabdeh2 həyətindən mübahisəli çəni xəbərsiz şəkildə götürdükdən sonra bundan xəbər tutan Cavabdeh2 zəng edib ona öz etirazlarını bildirib çənin aparıldığını söyləmişdir. O da Cavabdeh2 bu barədə məlumatının olmadığını bildirmişdir. Daha sonra həmin məsələ barəsində polis şöbəsində araşdırma aparılmış, bu zaman Cavabdeh2 onu təmsil edə bilməsi üçün ona etibarnamə vermiş, lakin sonradan qarşı tərəf araya başqa şəxsləri salaraq Cavabdeh2 şikayəti geri götürməsinə nail olmuşdur. Araşdırma başa çatdıqdan sonra polis əməkdaşları Cavabdeh2 xahişinə əsasən mübahisəli çəni gətirib onun həyətinə qoymuşlar. Ona görə də çən hazırda onun həyətindədir və həmin çən Cavabdeh2 məxsus olduğuna görə onu iddiaçıya qaytarmağa etiraz edir. Belə ki, həmin çən iddiaçının atası tərəfindən 1991-ci ildə alınmış çənlərdən deyil, onu 1998-ci ildə Cavabdeh2 göndərdiyi vəsait hesabına Rizvan Məlikov alıb aparıb Cavabdeh2 həyətinə qoydurmuşdur. Belə ki, onun yaşadığı ev mübahisəli çənin də alındığı 4 ədəd çənin olduğu yerin təxminən 20 metr yaxınlığında yerləşirdi. Onun əmisigillə arasında gedişgəliş olduğu üçün onların evində olan hadisələrdən məlumatı var idi. Mübahisəli çənlə bağlı şəxsi marağı yoxdur. O, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 27 oktyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş üçüncü şəxs X28 bildirmişdir ki, iddiaçı onun qardaşı, Cavabdeh1 isə əmisi nəvəsidir. Mübahisəli çəni hələ atası sağ olarkən, 1991-ci ildə adını indi xatırlamadığı şəxsdən ümumi istifadə üçün atasının pulu ilə o almışdır. Belə ki, həmin vaxt kəndlərə çən gətirib satan şəxslər olurdu və o da mübahisəli çəni və başqa bir çəni həmin şəxslərin birindən almışdır. Çənin pulunu ona qardaşı Cavabdeh2 yox, atası vermişdir. Ümumiyyətlə, kənddə onların ailəsinə aid bütün mülk-əmlak atasının olmuşdur. Atasından sonra isə bütün əmlaklar el adətinə uyğun olaraq balaca qardaş olan İddiaçı qalmışdır. Həqiqətən də onlar yığışıb atasına məxsus torpaq sahəsində qardaşları Cavabdeh2 üçün də ev tikmişlər, lakin Cavabdeh2 həmin evdə ümumiyyətlə yaşamamışdır. O, təxminən 1988-ci ildə Rusiyaya getmişdir. Cavabdeh2 ümumiyyətlə “X64 Müəssisəsi”ndə də işləməmişdir. Həmçinin qeyd etdi ki, aqrar islahat zamanı o və qardaşları Rusiya vətəndaşı olduqlarına görə onlara hər hansı əmlak payı verilməmiş, yalnız anasına, həyat yoldaşına, oğluna və qızına həmin vaxt 50 sot torpaq sahəsi verilmişdir. Bununla bağlı dövlət aktı da məhkəməyə təqdim ediləcəkdir. Məhkəmənin 27 oktyabr 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş üçüncü şəxs X17 bildirmişdir ki, İddiaçı, Cavabdeh2 və Rizvan Məlikov onun qardaşlarıdır. O, ondan əvvəl izahat vermiş Rizvan Məlikovun bütün dedikləri ilə razıdır. Həqiqətən də, sözügedən torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evi atasına məxsus olmuşdur. Mübahisəli çən 1991-ci ildə o, hələ valideynləri ilə yaşayarkən alınmış, çənin pulunu atası vermişdir. O, 1992-ci ildə gəlin köçmüşdür. Çən alınan zaman qardaşı Cavabdeh2 Rusiya Federasiyasında idi, Rusiya vətəndaşı olduğuna görə qardaşı Cavabdeh2 aqrar islahat zamanı heç bir əmlak payı verilməmişdir. Verilmiş suala cavab olaraq qeyd etdi ki, polisdə toplanmış material üzrə onun adından yazılmış 31 iyul 2025-ci il tarixli izahat əslində təhqiqatçı Rəsul Məmmədov tərəfindən yazılmış, təhqiqatçı izahatı ona təqdim etdikdən sonra onu imzalamış, sonradan izahat ona oxunduqda o, izahatın məzmunu ilə razılaşmadığından onu cırmaq istəmiş, lakin buna təhqiqatçı Rəsul Məmmədov tərəfindən imkan verilməmişdir. Buna görə də həmin məsələ barəsində Qobustan rayon prokurorluğuna şikayətlə müraciət etmişdir. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X38 bildirmişdir ki, o, İddiaçı və Cavabdeh2 tanıyır, onlar Qobustan rayonunun Təklə kəndindəndirlər. O, qardaşların atası ilə 1968-ci ildə Ağdaş kənd təsərrüfatı texnikomunda oxumuşdur. Onların atası təxminən 30 ildir ki, dünyasını dəyişmişdir. Lakin onların həmişə ailəvi dostluqları davam etmişdir. Tərəflər də 4 qardaş və 1 bacıdırlar. Onu hamısı Hacı əmi kimi tanıyır. Təxminən bir neçə ay əvvəl iddiaçı ondan telefonda xahiş etmişdir ki, qardaşı Əlisahib ona və qardaşı Rizvana qarşı polisə şikayət edib, buna görə onunla danışıb şikayəti geri götürməsini istəsin. Şikayət etməsinin səbəbi kimi isə su çəni üstündə mübahisələrinin olduğunu bildirmişdir. Ona görə o da Cavabdeh2la danışmış, Cavabdeh2 onun xahişini nəzərə alıb öz şikayətini geri götürmüşdür. Lakin bundan sonra onlar arasında yenidən hər hansı bir mübahisənin olmasından məlumatı olmamışdır. Həmçinin qeyd etdi ki, mübahisəli su çəni barəsində heç bir məlumatı yoxdur. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Qobustan rayonunun Təklə kəndində yaşayır. İddiaçının atası Nüsrət kişini tanımış, onun 5 uşağının hər birinə məktəbdə dərs demişdir. Həmin kənddə hazırda Nüsrət kişinin uşaqlarının 2 həyəti var, onlardan birində Əlisahibin, birində isə Mahirin evi yerləşir. Bir müddət əvvəl Rəsul adlı bir polis əməkdaşı ona yaxınlaşıb barmağı ilə bir evi göstərib onun kimə aid olduğunu soruşduqda o, həmin evin Cavabdeh2 məxsus olduğunu bildirmişdir. Ondan evin kimə məxsus olması barədə soruşulmasının səbəbi isə özünün uzun müddət həmin kənddə icra nümayəndəsi işləməsi olmuşdur. Lakin islahat aparılarkən o, Şamaxıda işləmiş, islahatlar başa çatdıqdan sonra icra nümayəndəsi təyin edilmişdir. Həmin vaxt məlumatı olduğuna görə insanlara əmlak payı kimi çən də paylamışlar. Lakin hazırda mübahisəli çənin kimə məxsus olması barədə onda heç bir məlumat yoxdur. O, sadəcə bir kənd sakini kimi tərəflər arasında çən ilə bağlı mübahisə olduğunu bilir. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X39 bildirmişdir ki, təxminən 2025-ci ilin iyul ayında Qobustan RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış nəqliyyat vasitəsinin üzərində iri həcmli yük olduğu üçün o, RPŞ-yə gətirilmiş, onun üzərində olan su çəninə dair hər hansı hüquqmüəyyənedici sənəd olmadığından raport tərtib olunaraq təhqiqat qrupuna təqdim edilmiş, bundan sonra onun tərəfindən həmin məsələ barədə araşdırma aparılmağa başlanılmışdır. Araşdırma aparılarkən ilkin olaraq sürücünün məlumatına əsasən çənin götürüldüyü yerə gedilmiş, lakin ev sahibi evdə olmadığına görə ərazidə olan yaşlı bir kişidən həmin evin kimə məxsus olması barədə soruşmuş, həmin kişi evin sahibinin uzun müddət Rusiya Federasiyasında yaşayan Əlisahib olduğunu bildirmişdir. O da həmin şəxslə bağlı ətraflı məlumat əldə edə bilmək üçün Təklə kənd icra nümayəndəsinə zəng etmiş, o, həmin şəxsin Rusiya Federasiyasında yaşayan və uzun müddətdir ki, kəndə gəlməyən Cavabdeh2 olduğunu qeyd etmişdir. Bundan sonra o, əlaqələrindən istifadə edərək, Cavabdeh2 telefon nömrəsini tapıb onunla əlaqə saxlamış, o, həqiqətən də, Təklə kəndində evinin olduğunu, həyətində iki dənə - bir ədəd qara, bir ədəd isə emal edilmiş çəni olduğunu bildirmişdir. O, Cavabdeh2 özünü təqdim edib həmin çənlərdən birinin həyətindən götürüldüyünü bildirmiş, bu barədə məlumatı olub-olmadığını soruşmuşdur. O da bununla bağlı qətiyyən məlumatı olmadığını bildirmiş, çəninin həyətindən kənar adamlar tərəfindən götürülməsinə görə bu məsələnin ciddi araşdırılmasını xahiş etmişdir. O, Cavabdeh2 şikayəti olduqda bununla bağlı rəsmi müraciət edə biləcəyini bildirmiş, Cavabdeh2 isə onun əvəzinə öz həyətyanı sahəsinin mühafizəsini tapşırdığı dayısı oğlu Cavabdeh1 gəlib izahat və ərizə verəcəyini qeyd etmişdir. Bundan sonra o, hər ehtimala qarşı, Cavabdeh1 da izahatını almışdır. O, uzun müddət kənddə icra nümayəndəsi kimi işləmiş Gülbala Bayramovun da izahatını almış, o da izahatında həmin mübahisəli çənin Cavabdeh2 məxsus olduğunu bildirmişdir. Bununla bağlı onun yazılı izahatı alınaraq özü tərəfindən imza da çəkilmişdir. Həmçinin qeyd etdi ki, araşdırma zamanı İddiaçı kənd ərazisində ümumiyyətlə qardaşı Cavabdeh2 məxsus ev olmadığını bildirmiş, həmin evin də mərhum atasına məxsus olduğunu qeyd etmişdir. Buna görə də o, İddiaçı ilə Cavabdeh2 polis şöbəsində görüntülü zəng vasitəsilə danışdırmış, Cavabdeh2 da İddiaçı onun yalan dediyini, çən də daxil olmaqla, bütün əmlakın ona məxsus olduğunu bildirmişdir. Bundan sonra o, bir neçə şəxsi yenə də dindirmiş, araşdırma gedişində artıq qardaşlar arasında mülk üstündə mübahisə olduğunu görmüşdür. Lakin bir müddət sonra Cavabdeh2 zəng edib bildirmişdir ki, Hacı əmi adlı şəxsin ondan şikayətini geri götürməsini xahiş etdiyini, onun sözünü mötəbər hesab etdiyini, buna görə də şikayətindən imtina etdiyini bildirmiş, bununla bağlı sonradan onun ərizəsi də alınmış, daha sonra da cinayət işinin başlanması rədd edilmişdir. O, verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, mübahisəli çənin oğurluq əmlak olması ehtimalı olmasına görə saxlanılıb onunla bağlı araşdırma aparılmışdır ki, gələcəkdə hər hansı problem yaranmasın. Çənin götürüldüyü torpaq sahəsinin Cavabdeh2 məxsus olması müəyyən edildikdən sonra həmin çənin də Cavabdeh2 məxsus olması ehtimal olunaraq, onun göstərişi ilə çən Cavabdeh1 təhvil verilmişdir. O, 1996-2004-cü illər aralığında Qobustan rayonunda işləmiş, bu zaman X18 “X64 Müəssisəsi”ndə atası ilə birgə işlədiyini bildiyinə görə onunla əlaqə saxlayıb belə bir çənin əmlak payı kimi Cavabdeh2 verilib-verilməməsini soruşmuş, bununla bağlı ən azından yanakı sübut kimi qiymətləndirmək üçün arayış verməsini xahiş etmiş, o da iş materiallarına əlavə edilmiş arayışı təqdim edərək, həqiqətən də, həmin müəssisədə çalışdıqları üçün Cavabdeh2 və arvadına əmlak payı kimi dəmir çən verildiyini bildirmişdir. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X19 bildirmişdir ki, tərəflər onun yaxın qonşusu və uzaq qohumlarıdır. Qeyd etdi ki, köhnə zavodun torpaq sahəsinin bir hissəsini bacısının yoldaşı olan Cavabdeh1 üçün, bir hissəsini isə özü yaşaması üçün almışlar. O, indi yaşadığı torpaq sahəsini həmin zavodun müdiri olmuş Məhəmməd İsayevin oğlu olan və sonradan zavodun müdiri təyin edilən Aqil İsayevə 5000 manat pul verərək almışdır. Oranı aldıqdan sonra 1998-ci ildə həyətdəki 4 ədəd spirt çənindən birini özü, birini də qardaşı üçün biri 100 dollara almışdır. Qalan 2 çəndən birini də bacısı üçün almaq istədikdə Aqil İsayev ona bildirmişdir ki, qalan 2 çəni Cavabdeh2 eyni qiymətə satmışdır. Cavabdeh2 da həmin çənlərdən birini özü üçün almış, birini də qardaşı Rizvana bağışlamaq üçün almışdır. 1998-ci ilin təxminən yaz aylarında çənlərdən birini kranla Cavabdeh2 evinin üzərinə qoymuşlar. O, verilmiş suala cavab olaraq qeyd etdi ki, Cavabdeh2 təxminən 1996-cı ildən Rusiya Federasiyasında yaşayır. Həmin vaxtdan sonra o, Cavabdeh2 yalnız ata və anasının hüzr mərasimlərində görmüşdür. O öz çənlərini pul müqabilində almış, lakin Cavabdeh2 çənləri bildiyinə görə onun həmin zavodda işləməsinə görə ona hörmət olaraq əmlak payı kimi verilmişdir. Qeyd etdi ki, Cavabdeh2 həyəti ilə atasına məxsus olmuş həyət arasında çəpər olmuş, evləri eyni həyətdə yerləşməmişdir. X43 aparılmış söhbətlərin mövzusu olan və Cavabdeh2 verilmiş çənlərin İddiaçı hər hansı aidiyyəti yoxdur. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X22 bildirmişdir ki, 1998-ci ildə o, zavodun müdiri olmuş Aqil İsayevdən 4 ədəd çəndən birini almaq istədikdə Aqil İsayev ona həmin çənlərdən ikisini Seyran Kərimova, ikisini isə Cavabdeh2 verdiyini bildirmişdir. Çənlərin biri 100 dollardan satılmışdır. Sonradan Cavabdeh2 aldığı çənləri mərhum Zakir adlı şəxsin traktoru ilə sürüdüb öz həyətinə apartdırmışdır. Məhkəmənin 15 dekabr 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, Cavabdeh1 həyat yoldaşıdır. Mahir və Əlisahib qardaşları da onun həyat yoldaşının əmisi uşaqlarıdır. O, 1988-ci ildə bu ailəyə gəlin köçdükdən sonra bir müddət iddiaçıgillə qonşu olmuş, sonra zavodun həyətinə köçmüşlər. Onların köçdüyü yerin 20 metr yaxınlığında isə 4 ədəd çən olmuşdur. Həmin çənlərdən ikisini qardaşı Seyran Kərimov almış, digər ikisini isə Cavabdeh2 pulunu yollamış və qardaşı Rizvan birini özü üçün, birini də Cavabdeh2 üçün almışdır. Bu hadisələrin şahidi olmuşdur. O, hazırda mübahisəli çənin Cavabdeh2 tərəfindən alınmış çən olduğuna əmindir, çünki çən onun yanında Cavabdeh2 həyətinə çəkilib aparılmışdır. Həmin çənin İddiaçı və ya atasına hər hansı aidiyyəti olmamışdır. Məhkəmə baxış iclasında cavabdehlərin nümayəndəsi Vəkil çıxış edərək bildirdi ki, mübahisə predmeti olan çənin oğurlanması məsələsi ilə bağlı Qobustan RPŞ-də araşdırma aparılmış, lakin həmin araşdırma üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə cinayət işinin başlanmasının rədd edilməsi səbəbi çənin iddiaçıya məxsus olması deyil, iddiaçının Hacı ləqəbli şəxsdən xahişi nəticəsində sonuncunun da xahişi ilə Cavabdeh2 öz şikayətini geri götürməsi olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da mübahisəli çənin Cavabdeh2 məxsus olması qeyd edilmiş, həmin qərar sonradan mübahisələndirilməmiş və ləğv olunmamışdır. Bundan əlavə, mübahisəli çən iddiaçının qeyd etdiyi kimi, onun atasına verilməmiş, 1998-ci ildə aparılan islahatlar zamanı Cavabdeh2 əmlak payı kimi verilmişdir. Onun mübahisəli ərazidə bağ sahəsi, evi mövcuddur, çən də Cavabdeh2 məxsus olan torpaq sahəsində olmuşdur. Bu da onu göstərir ki, çən Cavabdeh2 mülkiyyətində olmuş, lakin iddiaçı tərəfindən oradan özbaşına şəkildə qanunsuz olaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş şahidlər də təsdiq etmişlər ki, mübahisəli çən zavoda məxsus çən olmaqla, qiymətli çən olmuş və əmlak payı kimi Cavabdeh2 verilmişdir. Ona görə də hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. O, ilkin olaraq iddiaçıya qardaşlar arasında mübahisə olmaması üçün iddiasından imtina etməsini təklif edir. Lakin iddiaçı iddiasından imtina etmədiyi təqdirdə, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 88-ci maddəsinə əsasən sübutların məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan 28 aprel 2025-ci il tarixli, reyestrdə 2V-201 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 09 mart 2013-cü il tarixdə vəfat etmiş X16 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə X23 verilmiş **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Qobustan rayonu, Təklə kəndi ünvanında yerləşən ümumi sahəsi 106,2 kv.m olan fərdi yaşayış evi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə X23 verilmiş **********49- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Qobustan rayonu, Təklə kəndi ünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsindən ibarətdir. İşdə surəti olan X28 tərəfindən Bakı şəhəri 14 saylı notariat ofisində verilmiş notarial təsdiqli 20 avqust 2025-ci il tarixli ərizədən görünür ki, Rusiya Federasiyası vətəndaşı X28 bildirmişdir ki, 07 aprel 1995-ci il tarixdə vəfat etmiş X1nun istifadəsində olmuş, Qobustan rayonu, Təklə kəndi ünvanında yerləşən və üzərində 2 ədəd su çəni olan torpaq sahəsinin qardaşı İddiaçı adına özəlləşməsinə, sənədləşməsinə heç bir etiraz etmir. İşdə surəti olan X17 tərəfindən Bakı şəhəri 14 saylı notariat ofisində verilmiş notarial təsdiqli 20 avqust 2025-ci il tarixli ərizədən görünür ki, X17 bildirmişdir ki, 07 aprel 1995-ci il tarixdə vəfat etmiş X1nun istifadəsində olmuş, Qobustan rayonu, Təklə kəndi ünvanında yerləşən və üzərində 2 ədəd su çəni olan torpaq sahəsinin qardaşı İddiaçı adına özəlləşməsinə, sənədləşməsinə heç bir etiraz etmir. İddiaçı vəsatətinə əsasən sorğu verilərək Qobustan rayon X32 RPŞ-nin Təhqiqat qrupunda həmin RPŞ-nin DYPB-nin YPX inspektoru, polis mayoru Naməddin İbrahimovun raportu əsasında toplanmış HK-1/249 nömrəli rədd materialının təsdiq edilmiş surəti əldə olunmuşdur. Həmin materiala əlavə edilmiş Qobustan RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 iyul 2025-ci il tarixli arayışından görünür ki, Qobustan rayonu, Təklə kəndində anadan olmuş Rusiya vətəndaşı Cavabdeh2 hazırda Rusiya Federasiyasında yaşamasına baxmayaraq, onun Qobustan rayonu, Təklə kəndində Dərə məhlə adlanan məhləsində yaşayış evi və həyətyanı torpaq sahəsi vardır. Həmin materiala əlavə edilmiş X5 tərəfindən Qobustan RPŞ-yə verilmiş 24 iyul 2025-ci il tarixli yazılı izahatda qeyd edilmişdir ki, Cavabdeh2 həyətyanı sahəsində olan bütün əmlak, o cümlədən 2 ədəd su çəni Cavabdeh2 məxsusdur. Həmin materiala əlavə edilmiş X35 tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, “Mən, xx.xx.1975-ci ildə Şamaxı rayonu Təklə kəndində anadan olmuş X35 (şəxsiyyət vəsiqəsi AZE № 18526039, xx.xx.2018-ci ildə Asan-Sumqayıt tərəfindən verilib) təsdiq edirəm həmin arayışı ondan ötrü ki, həqiqətən təqdim edilən 1 (bir) ədəd 16 (on altı) ton maye tutumlu dəmir çən 1998-2000-ci illərdə mərhum atam X8 rəhbərlik etdiyi Təklə kəndi ərazisindəki “X64 Müəssisəsi” tərəfindən (sonrakı illərdə həmin müəssisəyə mən rəhbərlik etmişəm) əvvəllər həmin müəssisədə çalışmış Təklə kənd sakinləri X12 və arvadı X13 əmlak payı olaraq verilmişdir”. Həmin materiala əlavə edilmiş X6 adından Qobustan RPŞ-yə yazılmış 31 iyul 2025ci il tarixli izahatda qeyd edilmişdir ki, “xx.xx.2025-ci il tarixdə axşam saatlarında mən eşitdim ki, bir neçə nəfər şəxs Əlisahibin həyətində olan 15 tonluq çəni maşına yükləyib oğurlayaraq aparan zaman polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb. Mən qardaşım Cavabdeh2 məxsus su çənini oğurlayan şəxsləri saxlayan polis əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Sonradan eşitdim ki, mənim digər qardaşım Mahir həmin çənin Əlisahibin evinin həyətindən götürülməsinə icazə verib. Bildirirəm ki, həmin çən Əlisahibə və onun öz ailə üzvlərinə məxsusdur...”. Həmin materiala əlavə edilmiş Cavabdeh1 02 avqust 2025-ci il tarixli ərizəsində qeyd edilmişdir ki, “Qobustan rayon Təklə kəndində anadan olmuş, hazırda Rusiya Federasiyasında yaşayan əmim oğlu X3 mülkünə və orada olan əmlakına nəzarəti mənə tapşırdığından ona məxsus 16 ton tutumlu su çəninə yay mövsümü ilə əlaqədar ehtiyac yarandığından su çəninin mənə qaytarılmasına köməklik göstərilməsinə göstəriş verməyinizi sizdən xahiş edirəm”. Həmin materiala əlavə edilmiş Qobustan RİHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 avqust 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, Cavabdeh2 1995-2000-ci illərdə təsərrüfatbaşına kitabın 229 nömrəli şəxsi hesab vərəqəsində 0,06 ha torpaq sahəsində eni 15 metr, uzunluğu 18 metr, ümumi sahəsi 270 kv.metr ev tikmişdir. Həmin materiala əlavə edilmiş Qobustan rayon Dövlət arxivinin 12 avqust 2025-ci il tarixli arxiv arayışından görünür ki, Təklə kənd İcra nümayəndəliyinin 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabının 229 nömrəli şəxsi hesab vərəqəsinə əsasən Cavabdeh2 adına həyətyanı torpaq sahəsi 0,06 ha qeyd edilmişdir. Həmin materiala əlavə edilmiş Cavabdeh2 adından Qobustan RPŞ-yə ünvanlanmış bəyanatda qeyd edilmişdir ki, “hazırda mən Rusiya Federasiyası, Tatarıstan Respublikası, Spas rayonu, Bolqar şəhəri, Polevaya küçəsi 51A ünvanında yaşayıram. Buna baxmayaraq, Azərbaycan Respublikasının Qobustan rayonu, Təklə kəndində mənə məxsus torpaq sahəsi olan bir evim var ki, ona mənim qohumum Cavabdeh1 nəzarət edir. 2025-ci il iyulun 22-də Təklə kəndində yerləşən evimin həyətindən, mənim xəbərim olmadan, qardaşım X36 mənə məxsus, həcmi 16 ton olan dəmir çəni götürərək tanışına istifadəyə verib. Həmin çənin daşınması zamanı o, polis əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra polis şöbəsinə aparılmışdır, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır. Mövcud fakt üzrə X36 və bu işdə əlaqəsi olan digər şəxslərə qarşı hər hansı iddiam və tələblərim yoxdur. Sizdən xahiş edirəm, mənə məxsus olan çəni qohumum Cavabdeh1 saxlanılması və istifadəsi üçün təhvil verəsiniz”. Həmin materiala əlavə edilmiş Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X39 tərəfindən qəbul edilmiş 22 avqust 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, həmin qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Qobustan rayonu, Təklə kəndində anadan olmuş, hazırda Rusiya Federasiyasında yaşayan Cavabdeh2 məxsus 15 tonluq su çəninin oğurlanması faktı təsdiqini tapmadığından, sonuncunun qardaşı X36 tərəfindən həmin çənin müvəqqəti istifadə üçün tanışı X20 verilməsi ilə əlaqədar Cavabdeh2 qardaşı Mahir Məlikova, X25, X20 və X14 qarşı şikayət, tələb və iddiası olmadığını bildirdiyindən və toplanmış material üzrə X36, X37, X30 və X9 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, əmlakla bağlı aralarında yaranmış mülki xarakterli mübahisənin həlli üçün qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması tərəflərə izah edilmişdir. Mülki iş üzrə zərurət yarandığından, Qobustan rayonunun Təklə kəndi ərazisində yerləşmiş “X64 Müəssisəsi” tərəfindən Təklə kənd sakinləri Cavabdeh2 və arvadı X13 əmlak paylarının verilib-verilməməsi barədə məlumat verilməsi, əgər həmin şəxslərə əmlak payı verilmişdirsə, buna dair Qobustan rayon Dövlət Arxivində saxlanılan bütün hüquqmüəyyənedici və texniki sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə Qobustan rayon Dövlət Arxivinə sorğu verilmişdir. İşdəki Qobustan rayon Dövlət Arxivinin 27 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Qobustan rayonu, Təklə kəndi “X64 Müəssisəsi”nin islahat sənədləri rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Cavabdeh2 və arvadı X10 əmlak payı ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlərə rast gəlinməmişdir. İşdəki Qobustan rayon prokurorluğunun 06 noyabr 2025-ci il tarixli, 196/xid-2025 nömrəli məktubundan görünür ki, Qobustan RPŞ-də Cavabdeh2 müraciəti əsasında toplanmış HK-1/249 nömrəli material üzrə və ya təhqiqatçı Rəsul Məmmədov barəsində X17 tərəfindən Qobustan rayon prokurorluğuna hər hansı şikayət daxil olmamış və araşdırma aparılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, rayon prokurorluğunda İddiaçı atası Nüsrət Məlikzadəyə məxsus həyətyanı sahədən su çəninin 22 iyul 2025-ci il tarixdə Qobustan RPŞ-nin polis əməkdaşları tərəfindən cərimə meydançasına aparılması, bununla bağlı təhqiqatçı Rəsul Məmmədovun qəbulunda olması, sonuncunun ondan 50000 manat məbləğində rüşvət tələb etməsi və şərləyəcəyini bildirməsi barədə müraciəti əsasında rayon prokurorunun köməkçisi X40 tərəfindən araşdırma aparılmış və göstərilən xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından 01 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə surəti olan torpağa mülkiyyət hüququna dair JN-0078 saylı, 30709018 kodlu Dövlət aktından görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 24 mart 2005-ci il tarixli, 02 nömrəli qərarı ilə Qobustan rayonu, Təklə kənd sakini X16 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 0,5 hektar torpaq sahəsi verilmişdir. İşdə surəti olan torpağa mülkiyyət hüququna dair JN-0247 saylı, 30709018 kodlu Dövlət aktından görünür ki, Qobustan rayon Aqrar İslahat Komissiyasının 24 mart 2005-ci il tarixli, 02 nömrəli qərarı ilə Qobustan rayonu, Təklə kənd sakinləri X11 və ailə üzvləri X15 və X21 mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 1,5 hektar torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, hazırda İddiaçı, Cavabdeh2 və üçüncü şəxslər Rizvan Məlikov, Zöhrab Məlikov və Nazəndə Məlikova bacı-qardaşdırlar. Hazırkı mübahisənin predmeti kimi isə çən çıxış edir. İddiaçının iddiasına görə atası tərəfindən alınmış mübahisəli çən əvvəlcə anasına, anasından da ona miras əmlak olaraq qalmış, anasının vərəsəsi olması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, Rizvan Məlikov və Nazəndə Məlikova da atalarından qalan hər hansı əmlaka haqq iddia etməyərək, bütün əmlakın, eləcə də, çənlərin onun adına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Mübahisəli çənin yerləşdiyi torpaq sahəsi də atasına məxsus olduğundan, həmin torpaq sahəsində olan digər əmlaklar kimi, çən də atasına məxsus olmuş, həmin çəni atasının vəsaiti hesabına qardaşı Rizvan Məlikov 1991-ci ildə almışdır. Cavabdeh tərəf isə etirazının əsası kimi mübahisəli çənin 1991-ci ildə deyil, 1998-ci ildə Cavabdeh2 göndərdiyi vəsait hesabına Rizvan Məlikov tərəfindən alındığını qeyd etməklə yanaşı, həm də mübahisəli çənin Cavabdeh2 və arvadına “X64 Müəssisəsi” tərəfindən əmlak payı olaraq verildiyini bildirmiş, həmin çənin Cavabdeh2 məxsus olmasının Qobustan RPŞ-nin təhqiqatçısı Rəsul Məmmədov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da təsdiq olunduğunu, həmin qərarın isə mübahisələndirilmədiyini qeyd etmişlər. Məhkəmə ilk olaraq Qobustan RPŞ-nin TQ-nin təhqiqatçısı, polis polkovnikleytenantı X39 tərəfindən qəbul edilmiş 22 avqust 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda mübahisəli çənin Cavabdeh2 məxsus olması barədə qeyd edilənlərin preyudisial əhəmiyyət daşıyıb-daşımaması barədə aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cinayət-Prosessual Məcəllənin 65.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. MPM-in 82.4-cü maddəsindən göründüyü kimi, mülki işə baxılması zamanı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının preyudisial əhəmiyyət daşıdığı, bunun isə yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi əhəmiyyət kəsb etdiyi qeyd edilmiş, cinayət işinin başlanılmasının rədd edilməsi barədə təhqiqatçının qərarı bu cür preyudisial əhəmiyyətli aktlar sırasına aid edilməmişdir. CPM-in 65.1-ci maddəsində isə bu cür qərarın preyudisiallığı yalnız onunla əlaqələndirilmişdir ki, təhqiqatçının bu cür qərarı qüvvədə olduqda, eyni fakt üzrə təkrar cinayət işi başlanıla bilməz və ya yeni qərar qəbul edilə bilməz. Göründüyü kimi, bu cür qərarda hər hansısa bir əşyanın bir şəxsə məxsus olması barədə qeyd edilənlər mülki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyət daşımamaqla, əşyanın bir şəxsə məxsusluğu məsələsinə qiymət verilməsi də mülki xarakterli mübahisə olduğundan hazırkı halda məhkəmənin səlahiyyətinə aiddir. Ona görə də cavabdeh tərəfin istinad etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın çənin Cavabdeh2 məxsus olmasının müəyyən edilməsi hissəsində preyudisial əhəmiyyət kəsb etdiyinə dair arqumenti əsaslı hesab edilmir. Digər bir məqam isə ondan ibarətdir ki, cavabdeh tərəf iddiaçının polisdə aparılan araşdırma üzrə ağsaqqallardan Cavabdeh2la danışıb ona qarşı verdiyi şikayəti geri götürməsini xahiş etdiyini qeyd etmişdir. İddiaçı bununla bağlı qeyd etmişdir ki, o, Hacı əmi dedikləri ağsaqqalları Niyazi Əhədovdan yalnız qardaşı Rizvan üçün Cavabdeh2la danışmasını istəmişdir. Özünün bütün sənədləri qaydasında olduğuna görə polisdə aparılan araşdırma üzrə hər hansı narahatlığı olmamış, yalnız qardaşı Rizvanı bu prosesdən kənar tutmaq istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 bildirmişdir ki, təxminən bir neçə ay əvvəl iddiaçı ondan telefonda xahiş etmişdir ki, qardaşı Əlisahib ona və qardaşı Rizvana qarşı polisə şikayət edib, buna görə onunla danışıb şikayəti geri götürməsini istəsin. Şikayət etməsinin səbəbi kimi isə su çəni üstündə mübahisələrinin olduğunu bildirmişdir. Ona görə o da Cavabdeh2la danışmış, Cavabdeh2 onun xahişini nəzərə alıb öz şikayətini geri götürmüşdür. Qeyd edilən məsələ hazırkı mübahisənin həlli üçün sübut əhəmiyyəti kəsb etmir. Belə ki, şəxsin oğurluqla bağlı adının hallanmaması üçün qardaşından ona qarşı şikayətini geri götürməsi üçün başqa şəxslərin yardımından istifadə etməsi hər bir halda onun mübahisəli əşya üzərində hər hansı hüququ olmadığını göstərən fakt kimi çıxış edə bilməz və ümumiyyətlə, şəxsin əşya üzərində mülkiyyət hüququnun olub-olmamasına dair mübahisəli mülki xarakterli məsələ ilə bağlı təhqiqatçının qərar qəbul etmək səlahiyyətinin olmaması da bu halın əhəmiyyət kəsb etmədiyini göstərir. Hazırda hər iki tərəf də təsdiq edir ki, mübahisəli çən məhz Rizvan Məlikov tərəfindən alınmışdır. Lakin iddiaçı tərəf Rizvan Məlikov tərəfindən çənin 1991-ci ildə atasının vəsaiti hesabına, cavabdeh tərəf isə Rizvan Məlikov tərəfindən 1998-ci ildə qardaşı Cavabdeh2 vəsaiti hesabına alındığını qeyd etmişdir. Bununla bağlı onlar tərəfindən hər hansı digər sübut təqdim edilməmiş olsa da, hazırkı mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Rizvan Məlikov mübahisəli çənin 1991-ci ildə onun tərəfindən atasının vəsaiti hesabına alındığını qeyd etmişdir. Belə olan halda məhkəmə mübahisəli çənin 1991-ci ildə Nüsrət Məlikovun vəsaiti hesabına Rizvan Məlikov tərəfindən alındığını qəbul edir. Digər üçüncü şəxs Nazəndə Məlikova isə həmin çənin onun hələ 1992-ci ildə gəlin köçməsindən əvvəl alındığını qeyd edərək, bu faktı bir daha təsdiq etmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Niyazi Əhədov və Gülbala Bayramov mübahisəli çənin kimə məxsus olması barədə məlumatları olmadığını bildirmişdir. X50 Qobustan RPŞ-yə verdiyi yazılı izahatında Cavabdeh2 həyətyanı sahəsində olan 2 ədəd su çəninin ona məxsus olduğunu qeyd etmişdir. Məhkəmə iclasında isə Gülbala Bayramov su çəninin kimə məxsus olması barədə məlumatlı olmadığını, bir müddət əvvəl Rəsul adlı bir polis əməkdaşının ona yaxınlaşıb barmağı ilə bir evi göstərib onun kimə aid olduğunu soruşduqda o, həmin evin Cavabdeh2 məxsus olduğunu bildirdiyini qeyd etmişdir. Belə olan halda isə məhkəmə Gülbala Bayramovun məhkəmə iclasında verdiyi ifadəni mötəbər qəbul edərək, onun mübahisəli çənin kimə məxsus olması barədə məlumatlı olmadığını hesab edir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, polis orqanında aparılmış araşdırma çərçivəsində Nazəndə Məlikova da ondan ifadə alınarkən müəyyən pozuntulara yol verildiyini qeyd etmişdir. Belə olan halda şəxsin məhz məhkəmə iclasında verdiyi ifadənin mötəbər olaraq qəbul edilməsi daha məqsədəuyğundur. Cavabdeh tərəf çənin 1998-ci ildə Cavabdeh2 tərəfindən əldə edildiyini bildirsə də, onlar həmin çənin əmlak payı kimi verildiyini, eyni zamanda Cavabdeh2 tərəfindən göndərilmiş pul vəsaiti hesabına Rizvan Məlikov tərəfindən alındığını qeyd etməklə, birbirinə zidd olan fikirlər səsləndirmişlər. Bu fikirlərin bir-birinə zidd olması ilə yanaşı, hər hansısa birinin həqiqiliyini də müəyyən etmək mümkün olmur. Belə ki, Rizvan Məlikov həmin çənin 1998-ci ildə qardaşı Cavabdeh2 vəsaiti hesabına deyil, 1991-ci ildə atasının vəsaiti hesabına alındığını təsdiq etməklə, ikinci fikrin həqiqətə uyğun olmadığını göstərmişdir. Cavabdeh tərəf sözügedən çənin əmlak payı kimi verildiyini bildirərkən isə polisdə aparılmış araşdırma çərçivəsində X35 adlı şəxs tərəfindən verilmiş arayışa istinad etmişdir. Həmin arayışda qeyd edilmişdir ki, “Mən, xx.xx.1975-ci ildə Şamaxı rayonu Təklə kəndində anadan olmuş X35 (şəxsiyyət vəsiqəsi AZE № 18526039, xx.xx.2018-ci ildə Asan-Sumqayıt tərəfindən verilib) təsdiq edirəm həmin arayışı ondan ötrü ki, həqiqətən təqdim edilən 1 (bir) ədəd 16 (on altı) ton maye tutumlu dəmir çən 1998-2000-ci illərdə mərhum atam X8 rəhbərlik etdiyi Təklə kəndi ərazisindəki “X64 Müəssisəsi” tərəfindən (sonrakı illərdə həmin müəssisəyə mən rəhbərlik etmişəm) əvvəllər həmin müəssisədə çalışmış Təklə kənd sakinləri X12 və arvadı X13 əmlak payı olaraq verilmişdir”. Lakin Cavabdeh2 və arvadının həqiqətən də həmin müəssisədə işləmiş olması və onlara sözügedən çənin əmlak payı olaraq verilməsi barədə hər hansı təsdiqedici sənəd təqdim edilməmiş, yalnız bir şəxsin adından yazılmış həmin qeyri-mötəbər arayışa istinad olunmuşdur. Lakin həmin arayışın hansı sənədlər əsasında və hansı məlumatlara əsasən verildiyi qeyd olunmamış, ümumiyyətlə onu vermiş şəxsin müvafiq səlahiyyətli şəxs olması da öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə həmin halı aydınlaşdırmaq üçün Qobustan rayon Dövlət Arxivinə sorğu vermiş, sorğuya cavab olaraq daxil olmuş məktubda isə qeyd edilmişdir ki, “Qobustan rayonu, Təklə kəndi “X64 Müəssisəsi”nin islahat sənədləri rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün Cavabdeh2 və arvadı X10 əmlak payı ilə bağlı hüquqmüəyyənedici və texniki sənədlərə rast gəlinməmişdir”. Belə olan halda isə mübahisə predmeti olan çənin Cavabdeh2 və arvadına əmlak payı olaraq verilməsi də öz təsdiqini tapmır və cavabdeh tərəf də bununla bağlı təsdiqedici sübut təqdim etməməklə yanaşı, əksinə həmin çənin həm də pulla alınmış olduğuna dair ziddiyyətli şahid ifadələrinə istinad etmişlər. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Seyran Kərimov əvvəlcə 1998-ci ildə zavodun həyətindəki 4 ədəd spirt çənindən birini özü, birini də qardaşı üçün biri 100 dollara aldığını, qalan 2 çəndən birini də bacısı üçün almaq istədikdə Aqil İsayevin ona qalan 2 çəni Cavabdeh2 eyni qiymətə satdığını bildirdiyini, onun da həmin çənlərdən birini özü üçün aldığını, birini də qardaşı Rizvana bağışlamaq üçün aldığını bildirdiyini qeyd etmiş, daha sonra isə Cavabdeh2 çənləri bildiyinə görə onun həmin zavodda işləməsinə görə ona hörmət olaraq əmlak payı kimi verildiyini bildirmiş, bununla da bir-biri ilə təzad yaradan iki fikir söyləmişdir. Digər şahid Seyidqulu Kərimov da 1998-ci ildə zavodun müdiri olmuş Aqil İsayevdən 4 ədəd çəndən birini almaq istədikdə Aqil İsayevin ona həmin çənlərdən ikisini Seyran Kərimova, ikisini isə Cavabdeh2 verdiyini bildirdiyini, çənlərin birinin 100 dollardan satıldığını qeyd etmişdir. Seyidqulu Kərimov isə həmin çənin Cavabdeh2 əmlak payı kimi verilməsini deyil, məhz 100 dollar qarşılığında satılmasını bildirməklə yenə də təzadlı ifadə vermişdir. Göründüyü kimi, cavabdeh tərəf mübahisəli çənin Cavabdeh2 əmlak payı olaraq verilməsini və ya onun vəsaiti hesabına alınmasını təsdiq edən sübut təqdim etməməklə yanaşı, bir-biri ilə uyğun olmayan əsaslara istinad etmiş, bu cür təzadlar şahid ifadələrində də öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, zavodun həyətindəki çənlərdən ikisini qardaşı Seyran Kərimov almış, digər ikisini isə Cavabdeh2 pulunu yollamış və qardaşı Rizvan birini özü üçün, birini də Cavabdeh2 üçün almışdır. Bu hadisələrin şahidi olmuşdur. O, hazırda mübahisəli çənin Cavabdeh2 tərəfindən alınmış çən olduğuna əmindir, çünki çən onun yanında Cavabdeh2 həyətinə çəkilib aparılmışdır. Həmin çənin İddiaçı və ya atasına hər hansı aidiyyəti olmamışdır. X33 ifadəsində qeyd etdiyi hallar birbaşa olaraq Rizvan Məlikov tərəfindən təkzib olunmaqla yanaşı, Fərqanə Məlikova Cavabdeh1 arvadı olmaqla, hazırkı işin nəticəsində maraqlı olan şəxsdir, ona görə onun ifadəsi mötəbər sübut olaraq qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçının hazırkı tələbinin qanuni əsası kimi isə Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Həmin maddəyə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddiaçının çənin qaytarılması tələbinə qiymət verərək qeyd edir ki, həmin iddianın təmin edilməsi üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyanın mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı əşyanın cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehlərin əşyaya sahibliyi qanunsuz olmalıdır. İddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi çənin mülkiyyətçisi olduğunu sübut etmək üçün özünün anasının qanun üzrə vərəsəsi olmasına, bununla bağlı vərəsəlik şəhadətnaməsi almasına istinad etmiş, özünün atasının və anasının vəfatından sonra onların birinci növbə vərəsəsi kimi tanındığını, bacısı Nazəndə Məlikovanın və qardaşı Rizvan Məlikovun da atalarından miras qalmış əmlaklardan onun xeyrinə imtina etdiyini qeyd etmişdir. İş materiallarından görünür ki, Qobustan rayonunun Təklə kəndində iddiaçının anası Aşa Məlikovanın mülkiyyətinə aqrar islahat zamanı 0,5 hektar, üçüncü şəxs Rizvan Məlikovun arvadı və uşaqlarına isə 1,5 hektar torpaq sahəsi verilmiş, sonradan Aşa Məlikovanın vəfat etməsindən sonra isə onun vərəsəsi kimi İddiaçı tanınmış və bununla bağlı 28 aprel 2025-ci il tarixli, reyestrdə 2V-201 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə miras əmlakın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən 11 oktyabr 2023-cü il tarixdə X23 verilmiş **********49-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən Qobustan rayonu, Təklə kəndi ünvanında yerləşən ümumi sahəsi 106,2 kv.m olan fərdi yaşayış evi və Qobustan rayonu, Təklə kəndi ünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsindən ibarət olduğu qeyd edilmişdir. Bununla da o, anasından miras qalmış əmlakdan qanun üzrə vərəsə kimi tam pay hüququ əldə etmiş, miras əmlakı tam olaraq qəbul etmişdir. Mülki Məcəllənin 1257.1ci maddəsində də hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmədiyi qeyd olunmuşdur. Mübahisəli çənin 1991-ci ildə iddiaçının atası Nüsrət Məlikovun vəsaiti hesabına Rizvan Məlikov tərəfindən alınması müəyyən edildiyinə görə, iddiaçının atasının 07 aprel 1995-ci ildə vəfat etməsindən sonra həmin daşınar əşya – çən əşyanın sahibi kimi əvvəlcə anasının mülkiyyətinə keçmiş, daha sonra anası Aşa Məlikova da 09 mart 2013-cü ildə vəfat etdiyindən ona aid olan daşınar əşyalar da qanun üzrə vərəsəsi kimi tanınmış İddiaçı keçmişdir. Nazəndə Məlikova və Rizvan Məlikov da notarial təsdiqli ərizə verərək atalarından miras qalmış bütün əmlakın, o cümlədən mübahisəli çənin də iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini qeyd etmişlər. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, həm Nüsrət Məlikovun, həm də Aşa Məlikovanın öldüyü zaman qüvvədə olan mülki qanunvericilik normalarına uyğun olaraq onlardan miras qalmış əmlakı qəbul etmək üçün Cavabdeh2 tərəfindən notariat orqanına müraciət edilməsi və ya daşınar əşyaya faktiki sahiblik edilməsi öz təsdiqini tapmır. Belə ki, Cavabdeh2 bacı-qardaşları olan iddiaçı və üçüncü şəxslər onun 1988-ci ildən Rusiya Federasiyasında yaşadığını bildirmiş, cavabdeh tərəf isə mübahisəli çənin ümumiyyətlə Cavabdeh2 Rusiyada yaşayarkən 1998-ci ildə alındığını qeyd etmişdir. Cavabdeh tərəf mübahisəli çənin Cavabdeh2 məxsus həyətyanı torpaq sahəsində olması səbəbindən onun Cavabdeh2 məxsus olduğunu qeyd etsələr də, hazırda mübahisəli ərazidə Cavabdeh2 adına qeydə alınmış torpaq sahəsinin olması öz təsdiqini tapmır. Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. MM-in 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göründüyü kimi, Cavabdeh2 mülkiyyətində və ya sahibliyində torpaq sahəsinin olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmadığından onun mülkiyyətində və ya sahibliyində torpaq sahəsinin olmasından danışmaq mümkün deyil. Bu baxımdan Qobustan rayon Dövlət arxivinin Təklə kənd İcra nümayəndəliyinin 1991- 1995-ci illərə aid təsərrüfatbaşına kitabının 229 nömrəli şəxsi hesab vərəqəsinə əsasən Cavabdeh2 adına həyətyanı torpaq sahəsinin 0,06 ha olaraq qeyd edilməsi barədə verdiyi 12 avqust 2025-ci il tarixli arxiv arayışı mübahisəli ərazidə Cavabdeh2 mülkiyyətçisi olduğu torpaq sahəsinin olmasını təsdiq edən mötəbər sübut hesab oluna bilməz. Bununla yanaşı, Cavabdeh2 Rusiya Federasiyası vətəndaşı olması da nəzərə alındıqda onun Azərbaycan Respublikasında torpaq mülkiyyətçisi ola bilməyəcəyi bir daha təsdiq olunur. Bu baxımdan məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin təhqiqatçısı Rəsul Məmmədovun çənin götürüldüyü torpaq sahəsinin Cavabdeh2 məxsus olması müəyyən edildikdən sonra həmin çənin də Cavabdeh2 məxsus olmasının ehtimal olunduğu barədə qeyd etdiklərinin əsassız olduğu müəyyən edilir. Beləliklə, qeyd edilənlərə əsasən mübahisə predmeti olan çən üzərində Cavabdeh2 mülkiyyət hüququnun mövcud olmadığı, həmin çənin İddiaçı mülkiyyətində olması müəyyən edilir. Həmçinin hazırda mübahisəli çənin Cavabdeh1 sahibliyində olması onun öz ifadəsi ilə də təsdiqini tapır və o, həmin çənə onun mülkiyyətçisi olduğunu qeyd edən Cavabdeh2 tapşırığına əsasən sahiblik etdiyini bildirir. Mülki Məcəllənin 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 160-cı maddəsinə əsasən, əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Qeyd edilən normalar baxımından belə qənaətə gəlmək mümkündür ki, hazırda mübahisəli çən üzərində cavabdehlərin sahibliyi mövcuddur. Onlardan Cavabdeh2 vasitəli, Cavabdeh1 isə vasitəsiz sahibdir. Eyni zamanda, mübahisəli çənin İddiaçı mülkiyyətində olması müəyyən edildiyindən və polis əməkdaşının barəsində mülki xarakterli mübahisənin olduğu çənin mülkiyyətçisini müəyyənləşdirərək onu kiminsə sahibliyinə vermək səlahiyyəti olmadığından, mübahisəli çənin hazırda cavabdehlərin qanunsuz sahibliyində olması da müəyyən edilir. Göründüyü kimi, hazırda iddia tələbinin təmin edilməsi üçün Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş hər üç şərtin mövcudluğu müəyyən edilir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliklərində olan 1 ədəd çən alınaraq İddiaçı verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdəki 27 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə bildirir ki, iddia tələbi təmin edildiyindən, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliklərində olan 1 ədəd çən alınaraq İddiaçı verilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliklərində olan 1 ədəd çən alınaraq İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-518/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-518/2025
24.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver