Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-538/2024 07.10.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi Köçəri qızının maraqlı tərəf Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Köçəri qızı məhkəməyə ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış 15 avqust 2024-cü il tarixli MŞS.MT030.2024-01718 saylı barışıq sazişinin təsdiq olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş Ərizəçi Köçəri qızına aid şəxsi məlumatdan görünür ki, İ.K. Əliyeva Bakı şəhəri, Xəzər rayonunda və maraqlı tərəf Maraqlı şəxs isə Şamaxı rayonu Çıraqlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-in 355-22.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir. İşdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 36,152,263,264 və 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizəçi Köçəri qızının maraqlı tərəf Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Qobustan rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №2(026)-538/2024
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №2(026)-538/2024
07.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver