Məhkəmə qərarları › İş №2(026)-554/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-554/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-554/2023 30.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi Qaraoğlan oğlunun və maraqlı tərəf Maraqlı şəxs rəisi X6 iştirakı ilə, Ərizəçi Qaraoğlan oğlunun 19 dekabr 1989-cu il tarixdə anadan olmuş qızı X1 13 iyun 1999-cu il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Qaraoğlan oğlu 19 dekabr 1989-cu il tarixdə anadan olmuş qızı X1 13 iyun 1999cu il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Qaraoğlan oğlu ərizəni müdafiə edərək izahatında göstərdi ki, 19 dekabr 1989-cu ildə anadan olmuş qızı X3 13 iyun 1999-cu il tarixdə Qobustan rayonunun Qurbançı kəndindəki evlərində “qan xərçəngi” xəstəliyindən ölmüş və onu Qurbançı kənd qəbirstanlığında dəfn etmişlər. Qanunu bilmədiklərindən Ələviyyə üçün vaxtında ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda Binəqədi rayon 28 may qəsəbəsində yerləşən evini satmaq istəyir, lakin notariusun elektron bazasında qızı Ələviyyə sağ kimi göstərilir. Ona görə də onun ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsi zəruridir. Qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, qeydiyyat şöbəsindən ona məsələnin məhkəmə qaydasında həll olunmalı olduğu bildirilmişdir. 19 dekabr 1989-cu il tarixdə anadan olmuş qızı X1 13 iyun 1999-cu il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X11 izahatında göstərdi ki, Ərizəçi Qaraoğlan oğlunun qızı X1 13 iyun 1999-cu il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X1 13 iyun 1999cu il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X13 ifadəsində göstərdi ki, Ərizəçi Qaraoğlan oğlu ilə Qurbançı kəndində qonşudur. Məhəmmədin qızı Ələviyyə 10 yaşına kimi xəstə olmuşdur və 1999-cu ilin yay ayında vəfat etmişdir. Ələviyyənin dəfn və yas mərasimində iştirak etmişdir. X2 ifadəsində göstərdi ki, Ərizəçi Qaraoğlan oğlunu yaxşı tanıyır. Məhəmmədin qızı Ələviyyə 1999-cu ilin yay ayında vəfat etmişdir. Ələviyyənin dəfn və yas mərasimində iştirak etmişdir. Həmin vaxtı Ələviyyə 9-10 yaşlarında idi. X5 ifadəsində göstərdi ki, Ərizəçi Qaraoğlan oğlunu qonşu və həmkəndli olmaqla yaxşı tanıyır. Onun qızı Ələviyyə daima xəstə olmuş və 1999-cu ilin yay ayında vəfat etmişdir. Ələviyyənin yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi Qaraoğlan oğluna ünvanladığı 03 iyun 2023-cü il tarixli 3-16-5/8-13- 163/2023 saylı məktubundan görünür ki, 1999-cu il tarixdə vəfat etmiş X1 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 1998-ci ildən 2005-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X21in Ərizəçi ünvanladığı 16 oktyabr 2023-cü il tarixli 18-1-53/2-D- 469-42-813/2023 saylı məktubundan görünür ki, 19 iyun 1999-cu il tarixdə vəfat etmiş övladı X1 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün müddət keçdiyindən ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Qurbançı kənd sakinləri X19, X8, X12 və X4 tərəfindən 16 oktyabr 2023-cü il tarixdə tərtib etdilmiş, Qobustan rayon İHB-nin Qurbançı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 19 dekabr 1989-cu il tarixdə anadan olmuş X3 13 iyun 1999-cu il tarixdə ev şəraitində ölmüş və Qurbançı kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 19 dekabr 1989-cu il tarixdə anadan olmuş X1 13 iyun 1999-cu il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 13 iyun 1999-cu il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar