Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-560/2023 30.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi 10 yanvar 1981-ci il tarixdə anadan olmuş oğlu X10 16 may 1999-cu il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 10 yanvar 1981-ci il tarixdə anadan olmuş oğlu X10 16 may 1999-cu il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 10 yanvar 1981-ci ildə anadan olmuş oğlu X14 16 may 1999-cu il tarixdə Qobustan rayonunun Təklə-Mirzəbaba kəndində öz evlərində “serroz” xəstəliyindən ölmüşdür. Oğlu xəstəxanada müalicədə olarkən ölüm qabağı həkimlərin məsləhəti ilə evə gətirmişlər və ev şəraitində dünyasını dəyişmişdir. Onu Təklə-Mirzəbaba kənd qəbirstanlığında dəfn etmişlər. Başları dəfn və yas mərasimlərinə qarışdığından vaxtında ölüm haqqında şəhadətnamə almamışlar. Oğlu Bakirin qəbrinin baş daşının üzərində səhvən 5-ci ay əvəzinə 3-cü ay yazılmışdır. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının çıxarışla əvəz olunması zərurəti yarandığı üçün rayon DAİM-dən Bəkirin ölüm sənədini istəmişlər. Maraqlı şəxsnə və Qobustan rayon mərkəzi xəstəxanasına müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək tövsiyyə olunmşdur. X10 16 may 1999-cu il tarixdə Qobustan rayonu Təklə-Mirzəbaba kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X5 izahatında göstərdi ki, Ərizəçi oğlu X11 16 may 1999-cu il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X11 16 may 1999-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X3 ifadəsində göstərdi ki, Bəkir Həşimov onun qardaşı oğludur. Bəkir 1999-cu ilin may ayında serroz xəstəliyindən ölmüşdür. Onun yas mərasimində iştirak etmişdir. Bəkir Həşimovu kənd qəbristanlığında dəfn etmişlər. X4 ifadəsində göstərdi ki, Ərizəçi onun dayısı, Bakir isə dayısı oğludur. Bəkir 16 may 1999-cu il tarixdə serroz xəstəliyindən ölmüşdür. Onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 05 iyul 2023-cü il tarixli 3-16-5/8-13-180/2023 saylı məktubundan görünür ki, 1999-cu il tarixdə vəfat etmiş X10 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 1998-ci ildən 2005-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X22in Ərizəçi ünvanladığı 06 sentyabr 2023-cü il tarixli 18-1-53/2-H- 417-42-743/2023 saylı məktubundan görünür ki, 1999-cu ilin may ayında vəfat etmiş X10 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün müddət keçdiyindən ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Təklə-Mirzəbaba kənd sakinləri X8, X1 Baba Albaba oğlu tərəfindən 02 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş, Qobustan rayon İHB-nin Təklə-Mirzəbaba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 10 yanvar 1981-ci il tarixdə anadan olmuş X15 16 may 1999-cu il tarixdə “serroz” xəstəliyindən Qobustan rayon Təklə-Mirzəbaba kəndində ata evində vəfat etmiş və Təklə- Mirzəbaba kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzarın fotoşəkilindən görünür ki, X15 10 yanvar 1981-ci il tarixdə anadan olmuş və 1999-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 10 yanvar 1981-ci il tarixdə anadan olmuş X10 16 may 1999-cu il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X10 16 may 1999-cu il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev
Məhkəmə qərarları › İş №2(026)-560/2023
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-560/2023
30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver