Məhkəmə qərarları › İş №2(026)-561/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-561/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-561/2023 30.11.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi 19 dekabr 1982-ci il tarixdə anadan olmuş bacısı X4 02 sentyabr 2003-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 19 dekabr 1982-ci il tarixdə anadan olmuş bacısı X4 02 sentyabr 2003-cü il tarixdə ev şəraitində ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 19 dekabr 1982-ci ildə anadan olmuş bacısı X9 02 sentyabr 2003-cü il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində öz evlərində ürəkkeçmə xəstəliyindən ölmüşdür. Bacısı Ərəbşalbaş kənd qəbirstanlığında dəfn edilmişdir. Bacısı Hüsniyyə heç vaxt ailə qurmamışdır, onlarla birlikdə qalırdı. O, uşaqlıqdan müalicə alsa da, heç bir nəticəsi olmamışdır. Başları dəfn və yas mərasimlərinə qarışdığından vaxtında ölüm haqqında şəhadətnamə almamışlar. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının çıxarışla əvəz olunması zərurəti yarandığı üçün rayon DAİM-dən bacısının ölüm sənədini istəyirlər. Maraqlı şəxsndən ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bacısının ölümü haqqında başqa cür sənəd ala bilmədiyi üçün, ata və anası rəhmətə getdiyi üçün məhkəməyə o, müraciət etməli olmuşdur. Torpağın mülkiyyətinə verilməsinə dair JN:326 saylı dövlət aktında soyadları səhvən “Məmmədov” yazılmışdır. 19 dekabr 1982-ci il tarixdə anadan olmuş bacısı X4 02 sentyabr 2003-cü il tarixdə ev şəraitində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X6 izahatında göstərdi ki, Ərizəçi oğlunun bacısı X4 02 sentyabr 2003cü il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X4 02 sentyabr 2003-cü il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X1 ifadəsində göstərdi ki, X9 onun qardaşı qızı idi. Hüsniyyə 2003-cü ildə rəhmətə getmişdir. Onun yuyulmasında və kəfənlənməsndə iştirak etmişdir. Hüsniyyə Mamedovanı yaşadıqları Ərəbşalbaş kənd qəbristanlığında dəfn etmişlər. X3 ifadəsində göstərdi ki, X4 atası Ulduzla qonşu olmuşlar. Hüsniyyə onun övladı ilə bir sinifdə oxumuşdur. 2003-cü ilin sentyabr ayında Hüsniyyə ürək tutmasından vəfat etmişdir. Qonşu kimi onun qəbrinin qazılmasında və yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 18 oktyabr 2023-cü il tarixli 308/2023 saylı məktubundan görünür ki, 2003-cü il tarixdə vəfat etmiş X4 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2002-ci ildən 2009-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X18in Ərizəçi ünvanladığı 18 oktyabr 2023-cü il tarixli 18-1-53/2-M- 471-42-815/2023 saylı məktubundan görünür ki, 2003-cü ilin dekabr ayında vəfat etmiş X4 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün müddət keçdiyindən ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Ərəbşalbaş kənd sakinləri Ərizəçi, X5 və X8 19 oktyabr 2023-cü il tarixdə tərtib etdilmiş, Qobustan rayon İHB-nin Ərəbşalbaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 19 dekabr 1982-ci il tarixdə anadan olmuş X9 02 dekabr 2003-cü il tarixdə vəfat etmiş və Ərəbşalbaş kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzarın fotoşəkilindən görünür ki, X9 19 dekabr 1982-ci il tarixdə anadan olmuş və 02 sentyabr 2003-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 19 dekabr 1982-ci il tarixdə anadan olmuş X4 02 sentyabr 2003-cü il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 02 sentyabr 2003-cü il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar