Məhkəmə qərarları › İş №2(026)-59/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-59/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-59/2023 28.02.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi Ağahəsən oğlunun iştirakı ilə, Ərizəçi Ağahəsən oğlunun 01 sentyabr 1959-cu ildə anadan olmuş X2nın 13 iyul 1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ağahəsən oğlu 01 sentyabr 1959-cu ildə anadan olmuş X2nın 13 iyul 1997-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ağahəsən oğlu ərizəni müdafiə edərək izahatında göstərdi ki, Qobustan şəhərində qeydiyyatda olmaqla orada yaşayır. X2 01 sentyabr 1959-cu ildə anadan olmuş, 13 iyul 1997-ci il tarixdə isə ankoloji xəstəlikdən vəfat etmişdir. Yaqutu yaşadıqları Qobustan rayonunun Nərimankənd kənd qəbristanlığında dəfn etmişlər. Həmin zaman Bacısı Yaqut üçün ölüm şəhadətnaməsi alınmamışdır. Ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə və Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bacısı Yaqutun adına torpaq sahəsi olduğu üçün ölüm şəhadətnaməsinin alınması vacibdir. 01 sentyabr 1959-cu ildə anadan olmuş X2nın 13 iyul 1997-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X7 izahatında göstərdi ki, Ərizəçi Ağahəsən oğlunun, 01 sentyabr 1959-cu il təvəllüdlü X2nın ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X5 13 iyul 1997-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X1 izahatında göstərdi ki, X9 onun qohumudur. Yaqut 1997-ci ilin yay aylarında rəhmətə getmişdir. Yaqutu Gülüstan adlı qadınla o yuyub kəfənləmişdir. Yaqut Nərimankənd kənd qəbristanlığında dəfn etmişlər. X4 izahat verərək göstərdi ki, Ərizəçila qonşudur. X9 1997-ci ilin yayında xəstəlikdən vəfat etmişdir. Yaqut Nərimankənd kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi Ağahəsən oğluna ünvanladığı 15 dekabr 2022-ci il tarixli 297 saylı məktubundan görünür ki, 13 iyul 1997-ci il tarixdə vəfat etmiş X5 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 1996-2003-cü il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Qobustan rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Ərizəçi Ağahəsən oğluna ünvanlandığı 05 dekabr 2022ci il tarixli PHŞ/6-53-2-2022-479 saylı məktubdan görünür ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə daxil olmuş müraciətinizə baxılmış, təcili yardıma müraciət edən xəstələrin qeydiyyatı jurnalında X5 03 iyun 1997-ci il tarixində xəstəxananın təcili yardım xidmətindən istifadə etməsinə dair qeyd aşkar edilmişdir. X9 “Kəskin qastrit” diaqnozu ilə Qobustan RMX-nın təcili yardım xidmətinə müraciət etmiş və ona müvafiq tibbi yardım göstərilmişdir. Qobustan rayonu Qobustan şəhər sakinləri Ərizəçi Ağahəsən oğlu, X6 və X8 20 dekabr 2022-ci il tarixdə tərtib etdikləri, Qobustan rayon İHB-nin Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin imzalarını təsdiq etdiyi aktdan görünür ki, 01 sentyabr 1959cu il təvəllüdlü X9 13 iyul 1997-ci il tarixdə vəfat etmiş və Qobustan rayon Qobustan şəhər qəbristanlığında dəfn edilmişdir. Məzarın fotoşəklindən görünür ki, 01 sentyabr 1959-cu il təvəllüdlü X9 13 iyul 1997-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 13 iyul 1997-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 sentyabr 1959-cu il tarixdə anadan olmuş X5 13 iyul 1997-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar