Məhkəmə qərarları › İş №2(026)-598/2023

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-598/2023

18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-598/2023 18.12.2023 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi 30 aprel 1969-cu il tarixdə anadan olmuş oğlu X5 07 mart 1998-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 30 aprel 1969-cu il tarixdə anadan olmuş oğlu X5 07 mart 1998-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 30 aprel 1969-cu ildə anadan olmuş oğlu X10 07 mart 1998-ci il tarixdə Qobustan rayonu Cəyirli kəndində öz evlərində “qara ciyər serrozu” xəstəliyindən ölmüşdür. Oğlu xəstə idi, ölüm qabağı həkimlərin məsləhəti ilə evə gətirmişlər və ev şəraitində dünyasını dəyişmişdir. Onu Qobustan rayonu Cəyirli kənd qəbiristanlığında dəfn etmişlər. Başları dəfn və yas mərasimlərinə qarışdığından vaxtında ölüm haqqında şəhadətnamə almamışlar. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının çıxarışla əvəz olunması zərurəti yarandığı üçün rayon DAİM-dən oğlunun ölüm sənədini istədilər. Maraqlı şəxsnə və Qobustan Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Oğlunun ölümü haqqında başqa cür sənəd ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. 30 aprel 1969cu il tarixdə anadan olmuş oğlu X5 07 mart 1998-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs rəisi X6 məhkəməyə göndərdiyi izahatında göstərmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəyini üzrlü hesab edərək Ərizəçi övladı X5 07 mart 1998-ci il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən olunmasına etiraz etmir. X1 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudur. Səkinənin oğlu Mayis 1998-ci ilin mart ayında xəstəlikdən vəfat etdi. Mayisin qəbrini Miqdətlə birlikdə qazmışdır. Yas mərasimində verilən ehsanın heyvanlarını özü kəsmiş, yas mərasimlərində iştirak etmişdir. Mayisi yaşadıqları Cəyirli kənd qəbristanlığında dəfn etmişlər. X3 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Səknənin oğlu Mayis 1998-ci ilin mart ayının 7 və ya 8-də qaraciyər xəstəliyindən vəfat etmişdir. Mayisin qəbrini Orucəli Cəfərovla bilikdə qazmış və onun yas mərasimində iştirak etmişdir. X2 ifadə verərək göstərdi ki, X10 onun əmisi nəvəsi idi. Mayis 1998-ci ilin mart ayında qara ciyər serrozundan rəhmətə getdi. Mayisi Qobustan rayon Cəyirli kənd qəbristanlığında dəf etmişlər. Maraqlı şəxs Ərizəçi 08 sentyabr 2023-cü il tarixdə ünvanladığı 3-16-5/8-13-268/2023 saylı məktubundan görünür ki, 1998-ci il tarixdə vəfat etmiş X5 ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 1997-ci ildən 2004-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Qobustan rayon Mərkəzi Xəstəxanası” X18in X4 18 oktyabr 2023-cü il tarixdə ünvanladığı 18-1-53/2-A-465- 42-814/2023 saylı məktubundan görünür ki, 07 mart 1998-ci il tarixdə vəfat etmiş X14 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün müddət keçdiyindən ölüm şəhadətnaməsi almaq üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Qobustan rayonu Cəyirli kənd sakinləri S. Məcidov, M. Axundov, A. Aslanov, O. Cəfərov və R. Aslanov tərəfindən 05 may 2023-cü il tarixdə tərtib etdilmiş, Qobustan rayon İHB-nin Cəyirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 30 aprel 1969-cu il tarixdə anadan olmuş X10 07 mart 1998-ci il tarixdə ev şəraitində “qara ciyər serrozu” xəstəliyindən vəfat etmiş və Cəyirli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan məzarın fotoşəkilindən görünür ki, X10 30 aprel 1969-cu il tarixdə anadan olmuş və 07 mart 1998-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 30 aprel 1969-cu il tarixdə anadan olmuş X5 07 mart 1998-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 07 mart 1998-ci il tarixdə ölümünün qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar