Məhkəmə qərarları › İş №2(026)-617/2025

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-617/2025

12.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-617/2025 12.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “nəvəsi Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci ildə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci ildə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Gürcüstan Respublikasından Qobustan rayonunun Xilmilli kəndinə köçmüşdür və hazırda da orada yaşayır. O, Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etsə də, oğlu və gəlini Gürcüstan Respublikasının vətəndaşları olmalarına baxmayaraq, onlar da onunla birlikdə Xilmilli kəndində yaşayırlar. X1 və gəlini X2 01 yanvar 1998-ci il tarixdə bir qız uşağı dünyaya gəlmiş və həmin uşağa onun adını – Validə adını vermişlər. Nəvəsi Validə 6 ay 22 gün yaşadıqdan sonra vəfat etmişdir. Nəvəsini Xilmilli kənd qəbiristanlığında dəfn etmişlər. Onlar qanunu bilmədiklərindən nəvəsi Validə üçün ölüm şəhadətnaməsi almamışlar. Hazırda ölüm şəhadətnaməsi almaq üçün Qobustan rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə rəsmi olaraq ərizə ilə müraciət etmələrinə baxmayaraq, həmin orqanlardan ona vaxtı keçdiyinə görə ölüm şəhadətnaməsinin verilməsinin mümkün olmadığını və məsələnin məhkəmə qaydasında həll olunmasının mümkün olduğunu bildirərək məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Ona görə də nəvəsi Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci ildə ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 2(026)-617/2025 saylı qərardadı ilə Ərizəçi “nəvəsi Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci ildə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Qobustan Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 2(026)-617/2025 saylı qərardadı ilə Ərizəçi tərəfindən verilmiş ərizə təmin edilərək, Qobustan Rayon Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, 2(026)-617/2025 saylı qərardadı ləğv edilmiş, Ərizəçi “nəvəsi Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci ildə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi ilə bağlı mülki işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bundan sonra məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, qızı Validə 1998ci ilin yanvar ayında dünyaya gəlmiş, həmin ilin yay aylarında vəfat etmişdir. Belə ki, qızını Şamaxı şəhərində uşaq həkimi olan və hazırda vəfat etmiş Rizvan həkimin yanına apardıqda həkim qızdırma səbəbi ilə uşağın beyninə qan sızdığını bildirmiş, onun başına iynə vurmuş, lakin uşağın sağalmasının mümkün olmaması səbəbindən onu evə aparmışlar. Həkim uşağın səhəri gün saat 12-yə qədər sağ qalacağı təqdirdə yenidən onun yanına gətirilməsini tövsiyə etmişdir. Lakin uşaq səhəri gün vəfat etmişdir. Uşağı həkimə apardıqda onun qızdırması olmuşdur, yemək yemirdi. Onlar uşağı Xilmilli kəndində “Gürcüstan qəbiristanlığı” deyilən ərazidə pirin yaxınlığında dəfn etmiş, qəbrin üstünə də yazısız kiçik bir daş qoymuşlar. Bu zaman Əlfi adlı molla da gəlib uşağın qəbri üzərində Quran oxumuşdur. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, o, ərizəçini, onun əri Məhərrəmi və oğlu Dünyaxanı həmkəndlisi kimi tanıyır. Dünyaxan Məmmədovun 1998-ci ildə bir uşağı dünyaya gəlmiş, lakin elə həmin ildə də vəfat etmişdir. Onlar uşağı Xilmilli kəndinin girişində yerləşən “Gürcüstan qəbiristanlığı”nda dəfn etmişlər. Özü də şəxsən dəfndə iştirak etmişdir. Həmin vaxt dəfndə təxminən 20-30 şəxs iştirak edirdi. Lakin uzun müddət keçdiyinə görə dəfndə kimlərin iştirak etdiyini xatırlaya bilmir. Sonradan həmin qəbiristanlıqda pir kimi istifadə olunan bir tikili inşa edilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Ərizəçi onun anası, Dünyaxan Məmmədov isə qardaşıdır. 1998-ci ildə onun qardaşı Dünyaxanın Validə adında qızı dünyaya gəlmiş, lakin uşaq hələ təxminən 6 aylıq ikən 23 iyul 1998-ci ildə 3 gün qızdırdıqdan sonra onun yanında vəfat etmişdir. Onlar uşağı Şamaxı şəhərində həkimə aparsalar da, faydası olmamışdır. Uşaq vəfat etdikdən sonra onu kənddə yerləşən qəbiristanlıqda pirin yaxınlığında dəfn etmişlər. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçi onun qayınanası, Dünyaxan Məmmədov isə onun həyat yoldaşıdır. Dünyaxan Məmmədovla onun 1998-ci ilin yanvar ayında Validə adlı qızları dünyaya gəlmiş, lakin uşaq hələ yeddinci ayında ikən 3 gün qızdırdıqdan sonra 23 iyul 1998-ci ildə vəfat etmişdir. Onlar uşağı Şamaxı şəhərində Rizvan həkimin yanına aparmışlar. Rizvan həkim uşağın başına iynə vurmuş, lakin onun artıq sağalmasının mümkün olmadığını, əgər səhərə qədər sağ qalarsa, yenidən gətirmələrini bildirmişdir. Lakin uşaq elə səhəri gün vəfat etmişdir. Onlar uşağı Xilmilli kəndində yerləşən qəbiristanlıqda dəfn etmiş, qəbrin üzərinə isə yazısız bir daş qoymuşlar. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb onlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan İ-JQ 343977 seriya nömrəli atalığı müəyyən etmək haqqında şəhadətnamədən görünür ki, X4 anası X5 olan 01 yanvar 1998-ci il təvəllüdlü Ərizəçi Dünyaxan qızının atası hesab edilmişdir. İşdəki Maraqlı şəxs tərəfindən 03 oktyabr 2025-ci il tarixdə verilmiş 3-16-5/8-69- 136/2025 saylı arayışdan görünür ki, 01 yanvar 1998-ci ildə Qobustan rayonu, Xilmilli kəndində anadan olmuş Ərizəçi Dünyaxan qızının atası X4, anası X6r. İşdə surəti olan AZ-İİ 497522 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Dünyaxan Məmmədov və Zənurə Ziyədinova 07 mart 2024-cü ildə nikahlarını bağlamış, bu barədə Maraqlı şəxsndə nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 mart 2024-cü ildə 05 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Ziyədinova soyadı verilmişdir. İşdəki Qobustan rayonu, Xilmilli kənd sakinləri X7, X14 və Ərizəçi tərəfindən tərtib edilərək imzalanmış və aktda göstərilən şəxslərin imzaları Qobustan RİHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 06 oktyabr 2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, Qobustan rayonu, Xilmilli kəndində X5 01 yanvar 1998-ci il tarixdə bir qız uşağı dünyaya gətirmiş və həmin qız uşağı 23 iyul 1998-ci il tarixdə vəfat etmişdir. Uşaq Xilmilli kənd qəbiristanlığında dəfn edilmişdir. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 07 oktyabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 23 iyul 1998-ci ildə vəfat etmiş Ərizəçi adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 06 oktyabr 2025-ci il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, Ərizəçi Dünyaxan qızının ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 24 sentyabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, sonuncunun 19 sentyabr 2025-ci il tarixli ərizəsinə cavab olaraq, nəvəsi 23 iyul 1998-ci ildə vəfat etmiş Ərizəçi Dünyaxan qızının ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 1997-ci ildən 2003-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə MPM-in 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə MPM-in 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi nəvəsi Ərizəçi Dünyaxan qızının ölməsi faktının müəyyən edilməsinin ona ölüm haqqında şəhadətnamə ala bilməsi üçün lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi nəvəsi Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci ildə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktını təsdiq etmək məqsədilə kənd sakinlərinin tərtib etdiyi aktı təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 01 yanvar 1998-ci il tarixdə anadan olmuş Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci il tarixdə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 01 yanvar 1998-ci il tarixdə anadan olmuş Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci il tarixdə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1998-ci il tarixdə anadan olmuş Ərizəçi Dünyaxan qızının 23 iyul 1998-ci il tarixdə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar