Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-653/2025 06.11.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 21 may 2025-ci il tarixli, MŞQ/MT051-2025-00001 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 21 may 2025-ci il tarixdə MŞQ/MT051- 2025-00001 saylı barışıq sazişinə əsasən birgə nikahdan 05 dekabr 2013-cü il təvəllüdlü X7, 02 iyul 2015-ci il təvəllüdlü X8 və 28 mart 2018-ci il təvəllüdlü X5 onun yanında yaşaması, onun ata – Maraqlı şəxs övladları Fidan, Zahid və Ayanla hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı, Maraqlı şəxs ona 05 dekabr 2013-cü il tarixdə anadan olmuş Fidan, 02 iyul 2015-ci il tarixdə anadan olmuş Zahid və 28 mart 2018-ci il tarixdə anadan olmuş Ayanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayın sonuncu günündən gec olmayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment ödəmək barədə öhdəlik götürmüşlər. Barışıq sazişindən 5 aydan çox müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyə əməl etmir, alimenti ödəmir, hesab edir ki, o, barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək qeyd etdi ki, 21 may 2025-ci ildə onunla Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, lakin Maraqlı şəxs barışıq sazişini könüllü icra etməmiş və aliment ödənişlərini etməmişdir. Ona görə də həmin barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də ərizəsinin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb, tətbiq edilməli hüquq normalarına uyğun olaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-in 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İşdə surəti olan AZ-İ 626576 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və X2 21 oktyabr 2011-ci ildə nikahlarını bağlamış, bu barədə Qobustan RİHB-nin Cəyirli kəndi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 oktyabr 2011-ci il tarixdə 44 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İşdə surəti olan AZ-İİİ 220754 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 05 dekabr 2013-cü il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası X1r. İşdə surəti olan AZ-İİİ 562485 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 02 iyul 2015-ci il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə surəti olan AZ-İV 083298 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 08 mart 2018-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdəki Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 21 may 2025-ci il tarixli, MŞQ/MT051-2025- 00001 saylı barışıq sazişində tərəflər aşağıdakılar barəsində razılığa gəlmişlər: “1.Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Qobustan RİHB-nin Cəyirli kəndi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə 44 nömrəli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Tərəflər birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi anaları Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.
3. Ərizəçi xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 ataları – Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.
4. Mediasiya prosesində Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür.
5. Tərəflərdən hər hansı biri barışıq sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər”. Həmin sazişin 6-cı bəndində göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2(026)- 408/2025 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Ərizəçi və Maraqlı şəxs arasında Qobustan RİHB-nin Cəyirli kəndi üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 oktyabr 2011-ci il tarixdə 44 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan MPM-in 355-26-cı maddəsində sadalanmış hallar yoxdur. Ərizənin məzmunundan da görünür ki, ərizəçi hazırkı ərizəsini maraqlı şəxs barışıq sazişini nəzərdə tutulmuş müddətdə icra etmədiyinə görə məhkəməyə vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 21 may 2025-ci il tarixli, MŞQ/MT051-2025- 00001 saylı barışıq sazişi təsdiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 234, 355-23, 355- 24, 355-25 və 360-cı maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 21 may 2025-ci il tarixli, MŞQ/MT051-2025- 00001 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq olunsun: “1.Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Qobustan RİHB-nin Cəyirli kəndi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə 44 nömrəli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Tərəflər birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi anaları Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.
3. Ərizəçi xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 ataları – Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.
4. Mediasiya prosesində Maraqlı şəxs xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşaq üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür.
5. Tərəflərdən hər hansı biri barışıq sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər”. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samir Mayılov