Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-672/2025 26.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “18 sentyabr 1970-ci il tarixdə anadan olmuş qardaşı X1 21 oktyabr 2025-ci il tarixdə Qobustan rayonu, Ərəbqədim kəndində ölməsi faktının müəyyən edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 18 sentyabr 1970-ci il təvəllüdlü qardaşı X1 21 oktyabr 2025-ci il tarixdə Qobustan rayonunun Ərəbqədim kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1972-ci ildə Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Yaşca ondan böyük qardaşı – 18 sentyabr 1970-ci il təvəllüdlü X5 “oliqofreniya kəskin ifadə olunmuş debillik” diaqnozu ilə İİ dərəcəli anadangəlmə xəstə idi. X12 kəndində onun himayəsində yaşayırdı. 17 oktyabr 2025-ci il tarixdə səhər saat 09:30-da evdə olarkən Etibarın halı qəfil pisləşdiyindən onlar təcili tibbi yardım çağırmış, təcili tibbi yardım avtomaşını ilə gələn həkim Etibarı müayinə edərək təzyiqinin aşağı olduğunu deyib ona ilkin tibbi yardım göstərdikdən sonra Etibarın vəziyyəti yaxşı olmuşdur. Lakin 21 oktyabr 2025-ci il tarixdə axşam saat 20:00-da yaşadıqları evdə qəfildən Etibarın vəziyyəti yenidən pisləşmiş, onlar həkim çağırmaq istəsələr də, Etibar vəfat etmişdir. Onlar qohumlarla və kənd sakinləri ilə birlikdə Etibarı Ərəbqədim kənd qəbiristanlığında dəfn etmiş, ona yas mərasimi keçirmişlər. Lakin başları yas mərasiminə qarışdığından Etibar üçün ölüm haqqında sənəd almamışlar. Hazırda ölüm haqqında şəhadətnamənin alınması vacib olduğundan Maraqlı şəxsnə və Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, Qobustan rayonunun Ərəbqədim kəndində yaşadıqları evdə X16in 17 oktyabr 2025-ci ildə halı pisləşdiyindən təcili tibbi yardım çağırmış, bu zaman gələn həkim onu müayinə etdikdən sonra qardaşının vəziyyəti nisbətən yaxşılaşmışdır. Lakin 21 oktyabr 2025-ci ildə axşam radələrində yenidən qardaşının halı pisləşmiş, yenə də təcili tibbi yardıma müraciət etsə də, həkim gələnədək qardaşı təxminən axşam 8-9 radələrində vəfat etmişdir. Qardaşının meyidi yarılmamışdır. O, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi və mərhum Etibar Mirzəyev onun qardaşıdır. O, əvvəllər evli olsa da, sonradan boşandığına görə qardaşları ilə birgə Qobustan rayonunun Ərəbqədim kəndində yerləşən ata evində yaşayır. X16 ruhi xəstə idi. Yaşadıqları evdə 17 oktyabr 2025-ci ildə Etibar Mirzəyevin halı pisləşmiş, təzyiqi qalxmış, buna görə də ona təcili tibbi yardım çağırmışlar. Həkim müayinə etdikdən sonra onun halı bir qədər düzəlmişdir. Lakin 21 oktyabr 2025-ci ildə onun vəziyyəti yenidən pisləşmiş, yenə də təcili tibbi yardım çağırsalar da, həkim gələnə qədər artıq X16 axşam təxminən saat 8-9 radələrində vəfat etmişdir. Onlar qardaşını Ərəbqədim kəndində dəfn etmiş, lakin indiyədək maddi imkansızlıq səbəbindən qardaşının qəbirüstü abidəsini hazırlada bilməmişlər. Onun özü də yas mərasimlərində iştirak etmiş, qardaşının qəbrini ziyarət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, o, ərizəçinin və mərhum Etibar Mirzəyevin əmisi oğludur. Əmisi oğlu Etibar ruhi xəstə olmuşdur. Onun 17 oktyabr 2025-ci ildə halı pisləşmiş, buna görə təcili tibbi yardım çağırılmış, həkim müayinəsindən sonra bir qədər özünə gəlsə də, 21 oktyabr 2025-ci ildə yenidən halı pisləşdiyindən onu da çağırmışlar. O getdikdən qısa müddət sonra, təxminən axşam saat 7-8 radələrində əmisi oğlu Etibar Mirzəyev vəfat etmişdir. X17 Ərəbqədim kəndində yuxarı qəbiristanlıq deyilən yerdə dəfn etmiş, özü dəfndə şəxsən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Ərizəçi və mərhum Etibar Mirzəyev onun dayısıdır. X18 ruhi xəstə olmuşdur. Hər iki dayısı Qobustan rayonunun Ərəbqədim kəndində birgə yaşayırdılar və Ərizəçi Etibar Mirzəyevə nəzarət edirdi. 17 oktyabr 2025-ci ildə Etibar Mirzəyevin halı pisləşmiş, buna görə təcili tibbi yardım çağırılmış, səs-küyə onlar da çıxıb dayısıgilə getmiş, həkim müayinəsindən sonra Etibar Mirzəyev bir qədər özünə gəlsə də, 21 oktyabr 2025-ci ildə yenidən halı pisləşmiş, həmin gün axşam saatlarında X18 vəfat etmişdir. Onlar dayısını Ərəbqədim kəndində yuxarı qəbiristanlıq deyilən məzarlıqda dəfn etmiş, özü də dəfndə şəxsən iştirak etmişdir. Yas mərasimi dayısı Ərizəçi həyətində olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan sənədləri araşdırıb onlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AZB 004153 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 18 sentyabr 1970-ci il təvəllüdlü X1 atası X8, anası X2r. İşdə surəti olan İ-JQ 428377 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1972-ci il təvəllüdlü Ərizəçi atası X8, anası X2r. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, 18 sentyabr 1970-ci il təvəllüdlü X3 21 aprel 1999-cu il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, onun diaqnozu kimi “Oliqofreniya kəskin ifadə olunmuş debillik dərəcəsində” qeyd olunmuşdur. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 28 oktyabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 21 oktyabr 2025-ci ildə vəfat etmiş qardaşı X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 28 oktyabr 2025-ci il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, qardaşı X1 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında şəhadətnamənin verilməsi mümkün deyil və şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət edə bilər. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 04 noyabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, sonuncunun 04 noyabr 2025-ci il tarixli ərizəsinə cavab olaraq, qardaşı 21 oktyabr 2025-ci ildə vəfat etmiş X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 20 oktyabr 2025-ci ildən 04 noyabr 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. İşdəki Qobustan rayonu, Ərəbqədim kənd sakinləri X6, X7 və Ərizəçi tərəfindən tərtib edilərək imzalanmış və aktda göstərilən şəxslərin imzaları Qobustan RİHB-nin Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 03 noyabr 2025-ci il tarixli aktda qeyd olunmuşdur ki, 18 sentyabr 1970-ci il təvəllüdlü X5 21 oktyabr 2025-ci il tarixdə Qobustan rayonu, Ərəbqədim kəndində öz evində vəfat etmiş, Ərəbqədim kənd qəbiristanlığında dəfn olunmuşdur. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə MPM-in 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə MPM-in 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi X16in ölməsi faktının müəyyən edilməsinin ona ölüm haqqında şəhadətnamə ala bilməsi üçün lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi qardaşı X1 21 oktyabr 2025-ci ildə Qobustan rayonu, Ərəbqədim kəndində ölməsi faktını təsdiq etmək məqsədilə kənd sakinləri tərəfindən tərtib edilmiş və imzaların həqiqiliyi Qobustan RİHB-nin Ərəbqədim kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş aktı və qəbrin fotoşəklini təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda 18 sentyabr 1970-ci il tarixdə anadan olmuş X1 21 oktyabr 2025-ci il tarixdə Qobustan rayonu, Ərəbqədim kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, 18 sentyabr 1970-ci il tarixdə anadan olmuş X1 21 oktyabr 2025-ci il tarixdə Qobustan rayonu, Ərəbqədim kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 sentyabr 1970-ci il tarixdə anadan olmuş X1 21 oktyabr 2025-ci il tarixdə Qobustan rayonu, Ərəbqədim kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №2(026)-672/2025
Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-672/2025
26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver