Məhkəmə qərarları › İş №2(026)-69/2024

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(026)-69/2024

06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-69/2024 06.03.2024 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Mirələm Qoçu oğlunun sədrliyi, Ağaliyev Məmmədağa Mustafa oğlunun katibliyi ilə, Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs rəisi X4 iştirakı ilə, Ərizəçi 18 fevral 1993-cü ildə anadan olmuş övladı X5 16 may 2010-cu il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi 18 fevral 1993-cü ildə anadan olmuş övladı X5 16 may 2010-cu il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, 18 fevral 1993-cü ildə anadan olmuş oğlu X11 16 may 2010-cu il tarixdə Qobustan şəhərində öz evlərində qəfildən ürəktutmasından ölmüşdür. X23 şəhər qəbirstanlığında dəfn etmişlər. Başları dəfn və yas mərasimlərinə qarışdığından onun ölümü haqqında şəhadətnamə almamışlar. Hazırda ona və ailə üzvlərinə verilmiş pay torpağını satmaq istəyir. Torpağın mülkiyyətinə dair çıxarışda mərhum Ramilin də adı qeyd olunduğundan notariat ofisində Ramilin ölüm haqqında şəhadətnaməsi tələb olunur. Qobustan rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etsə də, Ramilin ölümü barədə heç bir sənəd verilməmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ramilin baş daşında doğum tarixi səhvən 18 fevral əvəzinə 12 fevral kimi göstərilmişdir. 18 fevral 1993-cü ildə anadan olmuş övladı X5 16 may 2010-cu il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs rəisi X6 izahatında göstərdi ki, Ərizəçi 18 fevral 1993-cü ildə anadan olmuş övladı X5 16 may 2010-cu il tarixdə ölümünün qeyd edilməsi üçün qeydiyyat şöbəsinə heç bir sənəd təqdim etmədiyi üçün ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. X5 16 may 2010-cu il tarixdə ölməsi faktının müəyyən olunmasına etiraz etmir. X2 ifadəsində göstərdi ki, Ərizəçi onun bacısının əri, X11 isə bacısı oğludur. Ramil 16 may 2010-cu il tarixdə Qobustan şəhərində öz evlərində qəfildən ürəktutmasından vəfat etmişdir. Ramili əmisi Bəxtiyarla o yuyub kəfənləmiş, Aqil İbrahimov isə qəbrini qazmışdır. Onu Nərimankənd kənd qəbristanlığında dəfn etmişlər. X1 şahid X13 ilə eyni məzmunlu ifadə verdi. X3 ifadə verərək göstərdi ki, Ramil Vəlizadə onun xalası oğludur. 16 may 2010-cu il tarixdə axşam saatlarında dayısı Atacan ona zəng vuraraq Ramilin ürəktutmasından qəfil vəfat etdiyini dediyinə görə xalasıgilə getmişdir. Ramili yaşadıqları Nərimankənd kənd qəbristanlığında dəfn etmişlər. Qəbri o qazmışdır və yas mərasimində 40 gün iştirak etmişdir. Məhkəmə ərizəçinin, maraqlı tərəfin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Ərizəçi ünvanladığı 15 dekabr 2023-cü il tarixli 357/2023 saylı məktubundan görünür ki, 16 may 2010-cu il tarixdə vəfat etmiş X5 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatının müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sisteminə 2009-cu ildən 2016-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Qobustan rayon mərkəzi xəstəxanası” X26 Ərizəçi ünvanladığı 18 dekabr 2023-cü il tarixli 18-1-53/2-V- 554-42-939/2023 saylı məktubundan görünür ki, 16 may 2010-cu il tarixdə vəfat etmiş X7 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət olunma vaxtından uzun müddət keçdiyi üçün şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməli olduğu məsləhət görülmüşdür. Qobustan rayonunun Qobustan şəhər sakinləri X10, X8 və X14 tərəfindən 15 dekabr 2023-cü il tarixdə tərtib etdilmiş və Qobustan rayon İHB-nın Qobustan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən imzaları təsdiq edilmiş aktdan görünür ki, 18 fevral 1993-cü il tarixdə anadan olmuş X11 16 may 2010-cu il tarixdə ev şəraitində xəstəlikdən vəfat etmiş və Nərimankənd kənd qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 18 fevral 1993-cü ildə anadan olmuş X5 16 may 2010-cu il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 230, 233, 307 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 fevral 1993-cü ildə anadan olmuş X5 16 may 2010-cu il tarixdə ev şəraitində ölümünün qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirələm Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar