Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 2(026)-715/2025 03.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 17 sentyabr 2025ci il tarixli, MŞQ/MT051-2025-00119 saylı barışıq sazişinin təsdiq edilməsi, eyni zamanda mediasiya xərci olaraq ödədiyi 110 (50+60) manat və məhkəmə rüsumu olaraq ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 17 sentyabr 2025-ci il tarixdə MŞQ/MT051-2025-00119 saylı barışıq sazişi aşağıda qeyd edilən qaydada bağlanmışdır: “1. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 5140 nömrəli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. Tərəflər birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası, Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3. Ərizəçi xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi atası, Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan bir ayda 1 (bir) dəfə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. 4. Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 150 (bir yüz əlli) manat olmaqla alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. 5. Maraqlı şəxs öhdəsinə götürür ki, Ərizəçi məxsus cehiz əşyalarının geri qaytarılmasına şərait yaradacağı barədə öhdəlik götürür. 6. Tərəflərdən hər hansı biri Barışıq Sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər”. Göründüyü kimi, Maraqlı şəxs ilə arasında rəsmi qaydada barışıq sazişi bağlanmışdır və bu saziş qanunla nəzərdə tutulmuş 10 gün müddətində könüllü surətdə Maraqlı şəxs tərəfindən icra edilməli idi. Lakin barışıq sazişindən artıq 2 ay vaxt keçməsinə baxmayaraq, Maraqlı şəxs tərəfindən saziş könüllü şəkildə icra edilmir və onun tərəfindən qəsdən boyun qaçırılır. Ona görə də barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirdi ki, onun hazırkı ərizəni verməkdə məqsədi Maraqlı şəxsla arasındakı nikahın pozulması olmuşdur. O, verilmiş suallara cavab olaraq bildirdi ki, Maraqlı şəxsla birgə nikahından doğulmuş uşaq hazırda onun öz yanındadır, Maraqlı şəxs aliment ödənişlərini edir, o, atasının uşağı ilə görüşməsinə mane yaratmır, həmçinin Maraqlı şəxs onun cehiz əşyalarının qaytarılmasına şərait yaratmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasın maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizənin dəlillərini iş materialları ilə qarşılıqlı şəkildə araşdırıb, tətbiq edilməli hüquq normalarının tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. İşdəki AZ-İİ 540770 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və X6 12 noyabr 2022-ci ildə nikahlarını bağlamış, bu barədə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 noyabr 2022-ci il tarixdə 5140 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Məmmədova, arvada Musayeva Məmmədova soyadı verilmişdir. İşdə surəti olan AZ-İV 924426 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 15 avqust 2023-cü il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdəki Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 17 sentyabr 2025-ci il tarixli, MŞQ/MT051-2025- 00119 saylı barışıq sazişində tərəflər aşağıdakılar barəsində razılığa gəlmişlər: “1.Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 5140 nömrəli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.
2. Tərəflər birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi anası, Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.
3. Ərizəçi xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi atası, Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan bir ayda 1 (bir) dəfə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.
4. Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 150 (bir yüz əlli) manat olmaqla alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür.
5. Maraqlı şəxs öhdəsinə götürür ki, Ərizəçi məxsus zehiz əşyalarının geri qaytarılmasına şərait yaradacağı barədə öhdəlik götürür.
6. Tərəflərdən hər hansı biri barışıq sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər”. Həmin sazişdə göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra olunmalıdır. Məhkəmə bildirir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 355-23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir. MPM-in 355-23.1-ci maddəsinin tələbinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-34.4-cü maddələrinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Hazırkı barışıq sazişi ilə tərəflər arasında olan mübahisə həllini tapmışdır. Belə ki, tərəflər aralarındakı nikahın pozulması məsələsinin məhkəmə müstəvisində həll olunacağını, uşağın ananın himayəsində saxlanılacağını, yetkinlik yaşına çatana kimi maraqlı şəxsdən hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 150 manat məbləğində aliment tutulacağını, maraqlı şəxsin ərizəçiyə cehiz əşyalarının qaytarılmasına şərait yaradacağını və maraqlı şəxsin uşaqla ünsiyyət qaydasını razılaşdırmışlar. Məhkəmə iclasında ərizəçi verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, maraqlı şəxslə birgə nikahından doğulmuş uşaq hazırda onun öz yanındadır, maraqlı şəxs aliment ödənişlərini edir, ərizəçi atasının uşağı ilə görüşməsinə mane yaratmır, həmçinin maraqlı şəxs onun cehiz əşyalarının qaytarılmasına şərait yaratmışdır. Yuxarıda da qeyd edildiyi kimi, MPM-in 355-23.1-ci maddəsi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Yəni yuxarıda qeyd olunan şərtlərdən biri (1. barışıq sazişi könüllü qaydada icra edilməməlidir və ya 2. barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır) mövcud olmadıqda şəxsin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün əsasları yaranmır, belə vəziyyətdə isə ərizəyə məhkəmədə baxılması mümkün deyildir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarında nəzərdə tutulmuş mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması onu nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində barışıq sazişi bağlandıqdan sonra sazişin tərəflərinin biri və ya hər ikisinin həmin barışıq sazişinin şərtlərinə müvafiq olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olur və tərəf müvafiq öhdəliyi icra etmir və ya lazımi qaydada icra etmir. Barışıq sazişinin tərəflərinin sazişin şərtlərinə uyğun olaraq müəyyən hüquqi hərəkətləri icra etmək öhdəliyi olarsa və tərəflərdən biri barışıq sazişinin şərtini qanunvericiliklə müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməzsə, sazişin digər tərəfi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin MPM-in 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə barışıq sazişində üzərinə götürülmüş öhdəliklərin maraqlı şəxs tərəfindən icra olunması ərizəçinin özü tərəfindən də təsdiq edilir. Qeyd edilən şərtlər mövcud olmadıqda ərizəyə baxılması MPM-in 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, hazırkı ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə, məhkəmə ərizəçiyə onu da izah etməyi zəruri sayır ki, əgər o maraqlı şəxslə arasında olan nikahın pozulmasını istəyirsə, bununla bağlı olaraq mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə iddia icraatı qaydasında “nikahın pozulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Lakin hazırda mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə tələb xüsusi icraat qaydasında baxılmalı olan iş olduğundan hazırkı icraat növü üzrə nikahın pozulmasına dair tələbə baxılması mümkün deyil. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261-264, 267, 268 və 355-23–355-25-ci maddələrini rəhbər tutub
QƏRARA ALDİ:
Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qobustan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Samir Mayılov