Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(026)-760/2025 22.12.2025 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında 23 iyun 2025-ci il tarixdə bağlanmış MŞQ/MT051-2025-00045 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, bir müddət Maraqlı şəxs ilə qeyrirəsmi nikah münasibətlərinə daxil olaraq faktiki bir yerdə yaşamışdır. Onların bu münasibətindən 11 sentyabr 2023-cü ildə X2 adlı uşağı doğulmuş, Maraqlı şəxs uşağının atası olması barədə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Lakin sonradan maraqlı şəxslə münasibətləri pozulduğuna görə ondan ayrılmalı olmuşdur. Bundan sonra uşağının saxlanılması üçün maraqlı şəxsə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək istədikdə o, ərizəçiyə barışıq sazişi bağlamağı təklif edib saziş üzrə aliment ödəyəcəyini bildirmişdir. Buna görə də onunla Qobustan 1 saylı Mediasiya Təşkilatında 23 iyun 2025-ci il tarixdə MŞQ/MT051-2025-00045 saylı barışıq sazişi bağlamışlar. Həmin sazişin şərtləri aşağıdakı kimidir: “1) Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Tərəflər qeyri-rəsmi nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar; 2) Ərizəçi xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi atası – Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür; 3) Mediasiya prosesində Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) uşaq üçün 210 (iki yüz on) manat olmaqla ümumilikdə 210 (iki yüz on) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dar öhdəlik götürür; 4) Tərəflərdən hər hansı biri Barışıq Sazişinin şərtlərini pozarsa, qarşı tərəf məhkəməyə müraciət edə bilər”. Maraqlı şəxs əvvəlcə təxminən 2-3 ay həmin barışıq sazişi üzrə aliment ödənişlərini etsə də, sonradan artıq neçə aydır ki, ödənişlərini etməmişdir və hazırda da etmir. Bu səbəbdən uşağının saxlanılmasında ciddi çətinlik çəkir. Buna görə də maraqlı şəxslə bağlanmış barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək, ərizəsinin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb, tətbiq edilməli hüquq normalarına uyğun olaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-in 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İşdə surəti olan AZ-İ 434407 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs 11 sentyabr 2023-cü ildə Ərizəçi doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 04 aprel 2024-cü ildə 13 nömrə ilə qeyd edilmişdir. İşdə surəti olan AZ-İV 912300 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 11 sentyabr 2023-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdəki Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 23 iyun 2025-ci il tarixli, MŞQ/MT051-2025- 00045 saylı barışıq sazişində tərəflər aşağıdakılar barəsində razılığa gəlmişlər: “1. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Tərəflər qeyri-rəsmi nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.
2. Ərizəçi xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi atası – Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.
3. Mediasiya prosesində Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) uşaq üçün 210 (iki yüz on) manat olmaqla ümumilikdə 210 (iki yüz on) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dar öhdəlik götürür.
4. Tərəflərdən hər hansı biri Barışıq Sazişinin şərtlərini pozarsa, qarşı tərəf məhkəməyə müraciət edə bilər”. Həmin Sazişdə göstərilmişdir ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan MPM-in 355-26-cı maddəsində sadalanmış hallar yoxdur. Ərizənin məzmunundan da görünür ki, ərizəçi hazırkı ərizəsini maraqlı şəxs barışıq sazişini nəzərdə tutulmuş müddətdə icra etmədiyinə görə məhkəməyə vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 23 iyun 2025-ci il tarixli, MŞQ/MT051-2025- 00045 saylı barışıq sazişi təsdiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 234, 355-23, 355- 24, 355-25 və 360-cı maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesi nəticəsində bağlanmış 23 iyun 2025-ci il tarixli, MŞQ/MT051-2025- 00045 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq olunsun: “1. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Tərəflər qeyri-rəsmi nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.
2. Ərizəçi xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi atası – Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.
3. Mediasiya prosesində Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) uşaq üçün 210 (iki yüz on) manat olmaqla ümumilikdə 210 (iki yüz on) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dar öhdəlik götürür.
4. Tərəflərdən hər hansı biri Barışıq Sazişinin şərtlərini pozarsa, qarşı tərəf məhkəməyə müraciət edə bilər”. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samir Mayılov