Məhkəmə qərarları › İş №2(027)-105/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-105/2021

16.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-105/2021 16.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, nümayəndə və vəkil X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətdə olan torpaq sahəsindən qanunsuz istifadənin qadağan edilməsi və şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Qırız-Dəhnə kəndindəki ona məxsus 0.12 ha torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz istifadənin qadağan edilməsi və Quba rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-211F, kod 30305058 nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iddia ərizəsini müdafiə edərək bildirdiki, Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin MA seriyalı ******* saylı xx.xx.2010 - cu il tarixli çıxarışı ilə Quba rayon Qırız-Dəhnə kəndində 0.12 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh X1, kürəkəni Cavabdeh1 Quba rayon torpaq şöbəsi tərəfindən saxta yolla verilmiş JN-211F kod 30305058 nömrəli xx.xx.2005 ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsas gətirərək, ona məxsus torpaq sahəsindən qanunsuz inşa etməyə başlamış tikintiyə görə tikinti materialları daşımaq üçün gediş-gəliş yolu kimi istifadə edirlər. Ərizəsi əsasında Quba rayon Prokurorluğu tərəfindən aparılmış yoxlama zamanı cavabdehlər rəfindən atasına məxsus torpaq sahəsindəki darvazanın kilidinin sındırılması və ailə üzvlərinə məxsus torpaqdan gediş-gəliş və tikinti materiallarının daşınması üçün qanunsuz istifadə olunması təsdiqini tapmışdır. Quba rayon Prokurorluğunun xx.xx.2018 ci il tarixli 4909-17 saylı məktubundan və Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə idarəsinin xx.xx.2019 cu il tarixli 4/U-68 saylı məktubundan görünür ki, Qırız- Dəhnə kəndində 0.06 ha torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə əsas verən Quba rayon Dövlət Notariat konturunun xx.xx.2004-cü il tarixli 4-ə-65 saylı alqı-satqı müqaviləsi Asan Xidmət mərkəzində notarial konturu tərəfindən təhvil verilmiş sənədlər arxivində aşkar olunmamışdır.Göstərilən torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin saxta olmasına dair sübut odur ki, Quba Rayon Məhkəməsində xx.xx.2017- ci il tarixli iddia əsasında işə baxılarkən Cavabdeh2 məxsus şəhadətnamənin olması bildirilməmişdir. Baxmayaraq ki, həmin şəhadətnamə xx.xx.2004-cü il tarixində ona islahat vaxtı verilmiş 0.12 ha torpaq sahəsinin 0.06 ha hissəsini Cavabdeh1 satdığını bildirir. Lakin islahat vaxtı ona verilən 0.12 ha torpaq sahəsinin nə özündə, nə də Əlik kənd bələdiyyəsinin kitabında və xəritəsində qeydiyyata alınmamışdır. Beləliklə cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsindən qanunsuz istifadəni onlara qadağan edilməsi və JN-211F kod 30305058 nömrəli saxta şəhadətnamə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən Quba rayon Qırız-Dəhnə kəndindəki ona məxsus 0.12 ha torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz istifadənin qadağan edilməsi və Quba rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-211F, kod 30305058 nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bildirdi ki, Quba rayonu Qırız- Dəhnə kəndi ərazisində ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə ona məxsusdur. Belə ki, həmin torpaq sahəsini Quba rayon Dövlət Notariat konturunun xx.xx.2004-cü il tarixli 4-ə-65 saylı alqı-satqı müqaviləsi əsasında almışdır. Onun tərəfindən cavabdehə məxsus torpaq sahəsindən heç bir qanunsuz istifadə olmayıb. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Onun tərəfindən cavabdehə məxsus torpaq sahəsindən heç bir qanunsuz istifadə olmayıb. Göstərilənləri nəzərə alaraq ona qarşı verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbində iddiaçının Cavabdeh1 məxsus JN-211F, kod 30305058n nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi tələbinin heç bir hüquqi əsası yoxdur, cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə heç bir qanunsuz istifadə halı yoxdur və olmayıb. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Məhkəmə İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi və vəkili X7 dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-211F kod 30305058 nömrəli xx.xx.2005 ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünürki, Quba rayonu Qırız- Dəhnə kəndi ərazisində ümumi sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsini Cavabdeh1 Quba rayon Dövlət Notariat konturunun xx.xx.2004-cü il tarixli 4-ə-65 saylı alqı-satqı müqaviləsi əsasında almışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin MA seriyalı ******* saylı xx.xx.2010-cu il tarixli çıxarışının surətindən görünürki, Quba rayon Qırız-Dəhnə kəndində 0.12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 5 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünürki, Quba rayonu Qırız- Dəhnə kəndi ərazisində ümumi sahəsi 0,06 ha olan həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə veilmişdir. İş materiallarında olan Quba rayon Prokurorluğunun xx.xx.2018 ci il tarixli 4909-17 saylı məktubunun surətindən görünürki, İddiaçı material üzrə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması üçün əsaslar müəyyən edilmədiyindən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə idarəsinin xx.xx.2019 cu il tarixli 4/U-68 saylı məktubunun surətindən görünürki, Qırız- Dəhnə kəndində 0.06 ha torpaq sahəsinin Cavabdeh1in imülkiyyətinə əsas verən Quba rayon Dövlət Notariat konturunun xx.xx.2004-cü il tarixli 4-ə-65 saylı alqı-satqı müqaviləsi Asan Xidmət mərkəzində notarial konturu tərəfindən təhvil verilmiş sənədlər arxivində aşkar olunmadığından İddiaçı bələdiyyələr, torpaq istifadəçiləri, icarəçilər və mülkiyyətçilər arasında yaranan mübahisələr qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilməsi izah olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1416 saylı ekspert rəyindən görünür ki,` X2 məxsus Torpağın mülkiyyətə verilməsinə dair JN-211F KOD 30305058 nömrəli X4 Baza və arxiv məlumatlarında olmadığından, MA seriyalı ******* saylı, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır; Cavabdeh1 faktiki istifadə edib tikinti apardığı torpaq sahəsi, JN-211F KOD 30305058 nömrəli X4 Baza və arxiv məlumatlarında olmadığından, şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkın olmamışdır. Cavabdeh1 faktiki istifadə edib tikinti apardığı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid deyildir; Cavabdeh1 faktiki istifadə edib tikinti apardığı torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmür; İddiaçı məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı xx.xx.2010-cu il tarixli çıxarışa əsasən 0,12 ha torpaq sahəsindən Cavabdeh1 tərəfindən hər hansı bir istifadə mövcud deyildir; İddiaçı məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* saylı xx.xx.2010-cu il tarixli çıxarışa əsasən 0,12 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir və həmin torpaq sahəsinin şimal və qərb tərəfi hasarlanmışdır; JN-211F KOD 30305058 nömrəli X4 Baza və arxiv məlumatlarında olmadığından, şəhadətnaməyə əsasən verilmiş torpaq sahəsinin MA seriyalı ******* saylı xx.xx.2010-cu il tarixli çıxarışa əsasən 0,12 ha torpaq sahəsi ilə üst- üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan AZE 16043887 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Quba rayonu Zərdabi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından İddiaçı Quba rayon Qırız-Dəhnə kəndindəki ona məxsus 0.12 ha torpaq sahəsindən cavabdehlər tərəfindən qanunsuz istifadənin qadağan edilməsi və Quba rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-211F, kod 30305058n nömrəli xx.xx.2005-ci il tarixli torpaq mülkiyyətinə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsini tələb etsədə, istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Quba rayon Qırız-Dəhnə kəndindəki ona məxsus 0.12 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz istifadənin qadağan edilməsi və Quba rayon Torpaq şöbəsi tərəfindən verilmiş JN-211F, kod 30305058n nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar