Məhkəmə qərarları › İş №2(027)-1063/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1063/2025

29.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1063/2025 29.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi qanuni nümayəndəsi ərizə ilə müraciət edərək, 02 avqust 1962-ci ildə anadan olmuş həyat yoldaşı X4 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X8 2 avqust 1962-ci ildə Quba rayonu, Küsnət kəndində anadan olmuşdur. O, 1991-ci ildə işləmək üçün müvəqqəti olaraq Rusiya Federasiyasının Başkortostan Respublikasına getmişdir. 2009-cu il tarixindək onunla əlaqə saxlamışlar. Həmin tarixdən sonra əlaqələri kəsilmişdir. Onun barəsində məlumat əldə etmək üçün müxtəlif vasitələrlə soraqlaşmışlar. Amma onun barəsində heç bir məlumat ala bilməmişdir. Axtarışları səmərəsiz olduğundan 2023-cü ildə həyat yoldaşının axtarılması üçün Quba rayon Polis Şöbəsinə müraciət etmişdir. Bundan sonra Rusiya DİO-na yoldaşının axtarılması üçün məlumat verilmişdir. X11 tərəfindən aparılan axtarış müddətində də ondan heç bir xəbər olmamışdır. Bu barədə ona Quba rayon Polis Şöbəsindən 05 avqust 2023-cü il tarixli və 03 fevral 2023-cü il tarixli arayışlar verilmişdir. Artıq 15 ildir ki, həyat yoldaşı X4 harada olması barədə heç bir məlumat yoxdur. Həyat yoldaşı 2009-cu ilədək onlarla mütəmadi olaraq əlaqə saxlamışdır, evin dolanışığını təmin etmişdir. Həmin tarixdən ev ilə əlaqənin belə uzun müddətli kəsilməsi onun üçün nə qədər ağır olsa da, həyat yoldaşının sağ olmadığına əsas verir. Ailəsinə məxsus yeganə həyətyanı torpaq sahəsinin ilkin torpaq ayırma sənədləri həyat yoldaşı X4 adınadır. Hal-hazırda həmin torpaq sahəsinə dair rəsmiləşdirmə işləri aparmaq, mülkiyyət hüququna dair çıxarış almaq istəyir. Amma sənədləşmə işlərini görə bilmir. Bunun üçün həyat yoldaşının ölümünü təsdiq edən sənəd tələb olunur. Həmin şəhadətnamənin alınması üçün Qeydiyyat Şöbəsinə müracət etmiş, Qeydiyyat Şöbəsinin məktubu ilə imtina verilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə atasının ölmüş elan edilməsi zəruridir. Bu faktı başqa yolla təsdiq etdirmək mümkün deyildir, yalnız məhkəmə qətnaməsi əsasında edilməlidir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 bildirmişlər ki, X8 02 avqust 1962-ci ildə Quba rayonu, Küsnət kəndində anadan olmuşdur. O, 1991-ci ildə işləmək üçün müvəqqəti olaraq Rusiya Federasiyasının Başkortostan Respublikasına getmişdir. 2009-cu il tarixindən sonra onun barəsində məlumat əldə edilməmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AЗ ******* saylı “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 2 avqust 1962-ci ildə Quba rayonu, Küsnət kəndində anadan olmuşdur. İş materiallarında olan İV-ЖГ 845473 saylı “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə Ərizəçi arasında nikah xx.xx.1987-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Quba rayonu Küsnət kəndində yaşayan Ərizəçi ondan ötəri ki, O xx.xx.2023-cü il tarixdə Quba RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, əri xx.xx.1962-ci il təvəllüdlü X8 1991-ci il tarixdə Rusiya Federasiyasının Başkortostan Respublikasına gedərək geri qayıtmamış və 2009-cu il tarixdən etibarən onunla yaxın qohumlarının əlaqələri kəsilmişdir. xx.xx.1962-ci il təvəllüdlü yaxın qohumları ilə əlaqələri itirmiş şəxs X4 axtarılmasına dair xx.xx.2023-cü il tarixli 560431/23 nömrəli iş açılmış və şəxsin tapılması üçün axtarış tədbirləri davam etdirilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi həyat yoldaşı X4 1991-2009-cu illərdə ölümünün qeydə alınması ilə əlaqədar ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər.Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində X4 ölümünün qeydə alınması tərəfimizdən mümkün deyil. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 1991- 2009-cu illər üzrə X8 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Quba RİHB-nın Küpçal kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X8 1993-cü ildən hal-hazıra kimi nümayəndəliyin ərazisində görünməmişdir. Onların birgə nikahından doğulmuş uşaqları X9 və Ərizəçi böyütmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmə araşdırması mötəbər sübutlar əsasında müəyyən olunmuşdur ki, X4 olduğu yer məlum deyildir və şəxsin yaşayış yerində onun harada olması barədə beş ildən artıqdır ki, məlumat yoxdur. X4 1991-ci ildən, yaşayış yerində görünməmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və X8 ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02 avqust 1962-ci ildə Quba rayonu, Küsnət kəndində anadan olmuş X8 ölmüş elan edilsin. Ölmüş elan edilməsi haqqında hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X4 ölüm günü sayılır. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ölümün qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar