Məhkəmə qərarları › İş №2(027)-107/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-107/2022

28.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-107/2022 28.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsində aparılmış tikilinin sökülməsi və Cavabdeh2 sədri Cavabdeh3nın qanunsuz əməllərinin araşdırılması üçün xüsusi qərardadın qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba RİHB-nın Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994-cü il tarixdə mənə verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,5 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, Quba RİHB-nın Quba şəhəri üzrə İcra Nümayəndəliyi tərəfindən 28.10.1994cü il tarixdə ona verilmiş Quba şəhəri, Dəvədabanı yaşayış massivində yerləşən 0,5 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən inşa edilmiş qanunsuz tikilinin Cavabdeh1 hesabına sökülməsi barədə qətnamə və Cavabdeh2 sədri Cavabdeh3nın qanunsuz əməllərinin cəzalandırılaraq onun barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək ərizəsində iddia tətləbi ilə əlaqədar aidiyyəti üzrə Kommersiya Məhkəməsinə müraciət etmək istədiyini və ona görə də iddia ərizəsinin baxılmamış saxlanmasını iddia ərizəsinin sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsində aparılmış tikilinin sökülməsi və Cavabdeh2 sədri Cavabdeh3nın qanunsuz əməllərinin araşdırılması üçün xüsusi qərardadın qəbul edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsində aparılmış tikilinin sökülməsi və Cavabdeh2 sədri Cavabdeh3nın qanunsuz əməllərinin araşdırılması üçün xüsusi qərardadın qəbul edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar