Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-1092/2021 26.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, Qeydiyyat Şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1931-ci ildə anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olmuş anası X1 xx.xx.2016-cı il tarixdə ölmüş elan olunmasına, bu barədə Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat apararaq ona müvafiq şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, aidiyyət qaydalarına əməl olunmamış, maraqlı şəxsin qeydiyyatda olduğu yer ünvan 2 ünvan olduğu halda, həmçinin ərizədə ərizənin verildiyi məhkəmənin adı Bakı şəhəri, Yasamal rayon Məhkəməsi qeyd edildiyi halda, hazırki iş ərazi aidiyyət qaydaları pozulmaqla, səhvən Quba Rayon Məhkəməsinə göndərilmiş, eyni zamanda ərizəçi dövlət rüsumunu da səhvən Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin hesabına ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyətı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Yasamal rayonu, Qeydiyyat Şöbəsinə qarşı hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1092/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-1092/2021
26.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver