Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1139/2024 16.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, bacıları - 26 avqust 1970-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X3 20 may 1971-ci ildə, 28 iyun 1982-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X4 10 fevral 1983-cü ildə Quba rayonu, Alpan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacıları - 26 avqust 1970-ci il təvəllüdlü X7 20 may 1971-ci ildə və 28 iyun 1982-ci il təvəllüdlü X10 10 fevral 1983-cü ildə Quba rayonu, Alpan kəndində səhhətlərinin qəfil pisləşməsi nəticəsində vəfat etmiş və həmin tarixdə kənd qəbristanlığında dəfn olunmuşlar. Bu fakt şahidlərin iştirakı ilə tərtib olunmuş aktla təsdiq olunur. Bacıları ev şəraitində vəfat etmiş, qanunun tələbini bilmədiyindən onların ölümü barədə həkim sənədi almamışdır və buna görə də bacılarının ölümü barədə şəhadətnamə almamışdır. Hazırda vərəslik məsələləri ilə bağlı bacılarının ölümü barədə şəhadətnamə tələb olunur. Bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 16 fevral 2024cü il tarixli, 03-16-5/8-10-112 nömrəli məktubu ilə bacıları X7 və X4 ölümünü təsdiq edən sənəd olmadığından bacılarının ölümünün qeydə alınmasının qeyri-mümkün olması və məhkəməyə müraciət etməyi izah olunmuşdur. Hazırda vərəslik məsələləri ilə bağlı bacılarının ölümü barədə şəhadətnamə tələb olunur. Bacılarının vəfat etməsi faktının müəyyən olunması vərəslik məsələlərinin həlli üçün lazımdır.Onların ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də bacıları X7 və X4 ölüm faktının müəyyən olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, bacılarının ölüm faktı ona bəzi sənədləşmə işləri üçün lazım olduğunu və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur, Balayeva Fəxriyyə və Balayeva Məlahət onun qızlarıdır. Qızlarının hər ikisi doğulduqdan sonra yaş yarımdan xəstəlik səbəbindən vəfat etmişlər. O vaxtlar qanunu bilməməzlikdən onlara ölüm şəhadətnaməsi alınmamışdır. İndi sənədləşmə işlərində ölmlərilə bağlı sənəd tələb olunduğundan, oğlu Muxtar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Muxtar və anası Fəridə onun qonşularıdır. Fəridənin iki qızı doğulandan sonra anadangəlmə xəstəlikləri olduğundan təxminən bir il yarımdan sonra vəfat etmişdilər. Bir qızı da 34 yaşında vəfat etmişdir. Onların yaslarında qonum-qonşular da iştirak etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, ölən qızlar qonşunun qızlarıdı, anadan xəstə doğulmuşdular, ona görə yaşamamışdılar. Öləndən sonra qonşu kimi o da yas mərasimlərində iştirak edib. Fəridənin ölən uşaqları kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında arayışlardan məlum olur ki, X7 26 avqust 1970-ci ildə, X10 28 iyun 1982-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 41 və 42 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışlardan məlum olur ki, Quba rayonu üzrə 1967-1973-cü illərdə ölüm haqqında akt qeydlərində X7, 1980-1987-ci illərdə ölüm haqqında akt qeydlərində X10 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03-16-5/8-10-112/2024 nömrəli məktubundan görünür ki, X7 və X10 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Quba RMX-na müraciət etmiş, şəhadətnamə vaxtında alınmadığı üçün, ölümü qeydiyyata alınmamış və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Quba rayonu, Alpan kəndində tərtib olunmuş və doğruluğu X13, X2 və X8 tərəfindən imzalarla təsdiqlənmiş aktdan göründüyü kimi, 26 avqust 1970-ci il təvəllüdlü X7 20 may 1971-ci ildə, 28 iyun 1982-ci il təvəllüdlü X10 10 fevral 1983-cü ildə Quba rayonu, Alpan kəndində atalarına məxsus yaşayış evində səhhətlərinin qəfil pisləşməsi nəticəsində vəfat etmişdilər və Alpan kəndinin Subaba qəbristanlığında dəfn olunmuşdular. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 26 avqust 1970-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X7 20 may 1971-ci ildə, 28 iyun 1982-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X10 10 fevral 1983-cü ildə Quba rayonu, Alpan kəndində vəfat etmişdilər. Belə ki, ərizəçi bacılarının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli 26 avqust 1970-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X3 20 may 1971-ci ildə, 28 iyun 1982-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X4 10 fevral 1983-cü ildə Quba rayonu, Alpan kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 26 avqust 1970-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X3 20 may 1971-ci ildə Quba rayonu, Alpan kəndində vəfat etməsi və 28 iyun 1982-ci ildə Quba rayonu, Alpan kəndində anadan olmuş X4 10 fevral 1983-cü ildə Quba rayonu, Alpan kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-1139/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1139/2024
16.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver