Məhkəmə qərarları › İş №2(027)-1156/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1156/2024

03.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1156/2024 03.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1927-ci il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində anadan olmuş anası X4 18 dekabr 1996-cı il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində anadan olmuşdur. Anası X8, atası İxiil İxiilovdur. Anam X8 18 dekabr 1996-cı il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində vəfat etmiş və Quba rayonu, Qırmızı Sloboda qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt o, qanunu bilməməzlikdən anasının ölümünü rəsmiləşdirməmiş. Daha sonra anası Milko İxiilovanın ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs 13 mart 2024-cü il tarixli məktubu ilə ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən ölümün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin həmin qurumdan da ona 16 mart 2024-cü il tarixli imtina məktubu verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X11 ölməsi faktının müəyyən edilməsi vərəsəlik məsələlərinin həlli üçün lazımdır və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almadığı üçün məhkəmədən kənar qaydada onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməni də ala bilmir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə də, 1927-ci il tarixdə anadan olmuş anası X4 18 dekabr 1996-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qohumudur. X8 vəfat edərkən yaşlı qadın olmuş xəstəlik səbəbindən vəfat etmişdir. X8 18 dekabr 1996-cı il tarixdə Quba rayon, Qırmızı Sloboda qəsəbəsi məzarlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, X3 qohumudur. X8 18 dekabr 1996-cı ildə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində vəfat etmişdir. Onun yasında da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki ,iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında akt qeydləri kitabından çıxarışlardan məlum olur ki, Quba rayonu üzrə 1993-1999-cu illərdə ölüm haqqında akt qeydlərində X8 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 03-16-5/8-10-185/2024 nömrəli məktubundan görünür ki, X8 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnamənin alınması barədə Quba RMX-na müraciət etmiş, şəhadətnamə vaxtında alınmadığı üçün, ölümü qeydiyyata alınmamış və ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 1927-ci il təvəllüdlü X5 Quba rayonunda anadan olmuşdur. İş materiallarında olan məzar daşı foto şəkillərindən görünür ki, X8 18 dekabr 1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur onun atası-İxiilov İxiil, anası- X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, 1927-ci ildə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində anadan olmuş X8 18 dekabr 1996-cı ildə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində vəfat etmişdir. Belə ki, ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli 1927-ci ildə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində anadan olmuş X8 18 dekabr 1996-cı ildə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 1927-ci ildə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində anadan olmuş X4 18 dekabr 1996-cı ildə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar