Məhkəmə qərarları › İş №2(027)-1161/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1161/2023

01.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1161/2023 01.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X22 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba Regional «ASAN Xidmət» X2rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Quba Regional «ASAN Xidmət» X2rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 may 1963-cü il tarixdə Quba rayonu, Alekseyevka kəndində anadan olmuş X3nın 31 dekabr 2021-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X19 27 avqust 1962-ci il tarixdə, anası X17 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan o- xx xxx 1973-cü il təvəllüdlü Quliyeva (Tahirova) Səyyarə Teymur qızı, bacısı 25 may 1963-cü il təvəllüdlü X21 və digər bacı və qardaşları anadan olmuşdur. X3 uzun sürən xəstəlikdən sonra 31 dekabr 2021-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində vəfat etmişdir. Bacısını Quba rayonu, Alekseyevka kənd qəbiristanlığında mərhum atası Teymur Tahirovun məzarının yanında dəfn etmişlər. Həmin vaxt qanunu bilməzlikdən və bacısının ölümündən dərin sarsıntı keçirtdiklərindən X23 ölümünü rəsmiləşdirməmiş, bundan sonra isə onun ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. X23 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Quba Regional «ASAN Xidmət» X11 müraciət etmişlər. Quba Regional «ASAN Xidmət» X5 xx.xx.2023-cü il tarixli məktubu ilə ölüm faktını təsdiq edən müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən Qeydiyyat şöbəsi tərəfindən X14 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu, ona görə də, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. X23 ölməsi faktının müəyyən edilməsi vərəsəlik məsələlərinin həlli üçün lazımdır və bacısının ölümündən uzun müddət keçdiyi və zamanında ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almadıqları üçün məhkəmədən kənar qaydada onun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməni ala bilmir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd etmək istəyir ki, X23 31 dekabr 2021-ci il tarixdə ölməsi və Quba rayonu, Alekseyevka kənd qəbiristanlığında dəfn edilməsini həmin mərasimlərdə iştirak etmiş qonşular və tanışları görmüşdür ki, onlar bununla bağlı akt da tərtib etmişlər və məhkəmədə şahid kimi də ifadə verə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Quba Regional ASAN Xidmət X5 rəisi Həmid Məmmədov məhkəməyə məktub göndərərək, şöbədə iş yükünün çox olması səbəbindən mülki işə iştirakları olmadan baxılmasını və mahiyyəti üzrə həll edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X18 ifadələrində ərizəçinin onların həmkəndlisi olduğunu bildirərək, X14 uzun sürən xəstəlikdən sonra 31 dekabr 2021-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində vəfat etməsini, dəfn mərasimində iştirak etdiklərini bildirmiş və mərhumənin kənd qəbristanlığında dəfn edilməsini təsdiq etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan evlənmək haqqında İ-ИЕ seriyalı, 252293 №li şəhadətnamədən görünür ki, X19 ilə Osmanova (Tahirova) Nazimə Hümmət qızı arasında nikah xx.xx.1962-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan doğum haqqında АЗ seriyalı, 458322 №li şəhadətnamədən görünür ki, X19 ilə X7 birgə nikahından xx.xx.1963-cü il tarixdə X21 anadan olmuşdur. İş materiallarında olan doğum haqqında İ-ЖГ seriyalı, 466924 №li şəhadətnamədən görünür ki, X19 ilə X7 birgə nikahından xx.xx.1973-cü il tarixdə X15 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə, Quba Rayon Alekseyevka Bələdiyyəsi tərəfindən təsdiq edilmiş Quba rayonu, Alekseyevka kənd sakinləri X4, X8 və X9 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Quba rayonu, Alekseyevka kənd sakini mərhumə X21 31 dekabr 2021-ci il tarixdə, 58 yaşında Quba rayonu, Alekseyevka kəndində yaşadığı evdə, ağır xəstəlikdən vəfat etmişdir. Mərhumə Alekseyevka kənd qəbristanlığında qohumları və kənd camaatının iştirakı ilə dəfn edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə, Quba rayonu, Alekseyevka kəndində X10, X12 və X16 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, 24 may 1963-cü il tarixdə Quba şəhərində anadan olmuş X21 31 dekabr 2021-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində uzun müddət əzab çəkdiyi xəstəlikdən vəfat etmişdir. Onlar dəfn mərasimində iştirak etmişlər. Anası xəstə olduğundan həmin vaxt dərin sarsıntı keçirdiyindən və hüququ bilmədiyindən ölüm haqqında şəhadətnamə almamışdır. İş materiallarında olan Quba Regional «ASAN Xidmət» Mərkəzində Qeydiyyat X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-518-xx-xx/2023 nömrəli məktubundan görünür ki, X13 X14 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X14 31 dekabr 2021-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 24 may 1963cü il tarixdə anadan olmuş X14 31 dekabr 2021-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 may 1963-cü il tarixdə anadan olmuş X14 31 dekabr 2021-ci il tarixdə Quba rayonu, Alekseyevka kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar