Məhkəmə qərarları › İş №2(027)-1162/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1162/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1162/2025 19.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla şəxsin vəfat etmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1988-ci il tarixində Quba rayonu 2-ci Nügədi kəndində doğulmuş və xx.xx.1988-ci ildə dünyasını dəyişmiş, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuş övladı- X5 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1988-ci il tarixində Quba rayonu 2-ci Nügədi kəndində dünyaya gəlmişdir. Övladı dünyaya gələn zaman fiziki qüsurlu idi. Buna görə də çox yaşamadı. 3 aya yaxın yaşasa da 21 sentyabr 1988-ci ildə dünyasını dəyişmişdir. Ailə üzvlərinin qonşularının, qohumlarının və yaxınlarının iştirakı ilə Quba rayonu 2-ci Nügədi kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuşdur. Quba rayon İHB-nin 2-ci Nügədi İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli aktda da X5 hal-hazırda həyatda olmadığı, 21 sentyabr 1988-ci il tarixində vəfat etdiyi və 2-ci Nügədi kənd qəbiristanlığında dəfn olunduğu qeyd olunmuşdur. Həmin vaxt etinasızlıqdan və digər səbəblərdən qızının ölümünü rəsmiləşdirə bilməmişlər. Uşaq çox körpə vaxtı dünyasını dəyişdiyindən bunu rəsmiləşdirmək ağllarına gəlməyib. Müəyyən sənədləşmə işlərinin aparılması üçün X9 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. X9 ölüm haqqında şəhadətnaməsinin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 10 fevral 2025-ci il tarixli 03-16-5\8-10- 106/2025 saylı məktubu ilə X5 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. X3 Quba rayonu 2-ci Nügədi kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi ifadə verərək təsdiq edə bilərlər. Ehtiyac olsa şahidlər də gətirə bilər.Yaxın qohumları, qonşuları da körpənin dünyasını dəyişmə faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və səbəbləri barədə məlumat vermədiyindən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, X8 xx.xx.1988-ci il tarixində Quba rayonu 2-ci Nügədi kəndində doğulmuş və xx.xx.1988-ci ildə dünyasını dəyişmiş, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, X8 xx.xx.1988-ci il tarixində Quba rayonu 2-ci Nügədi kəndində doğulmuş və xx.xx.1988-ci ildə dünyasını dəyişmiş, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 16 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1985- 1991-ci illərdə ölüm haqqında akt qeydlərində X8 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03-16-5/8-10- 106/2025 nömrəli məktubundan görünür ki, X8 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Quba rayonu İİ Negədi kəndində tərtib olunmuş və doğruluğu X17, X6, X12, X11 və X10 tərəfindən imzalarla təsdiqlənmiş aktdan göründüyü kimi, X8 xx.xx.1988-ci il tarixində Quba rayonu 2-ci Nügədi kəndində doğulmuş və xx.xx.1988-ci ildə dünyasını dəyişmiş, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən ümumi kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olunmuşdur ki, xx.xx.1988-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X8 xx.xx.1988-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etmişdir. Belə ki, ərizəçi qızının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməli və xx.xx.1988-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X5 xx.xx.1988-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. xx.xx.1988-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş qızı X5 xx.xx.1988-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə Maraqlı şəxs tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə faktın qeydə alınması üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 ay müddətində (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar