Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1165/2021 01.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X8 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 01 may 1994-cü il təvəllüdlü X5 10 aprel 1995-ci il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili X14 ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizədə göstərmişdi ki, X1 ilə atası X4 rayon Qeydiyyat şöbəsində 12 avqust 1985-ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan 08 avqust 1986-cı il təvəllüdlü Ərizəçi, 31 oktyabr 1988ci il təvəllüdlü X9, 01 may 1994-cü il təvəllüdlü X10 adlı qızları doğulmuşdur. X1 ilə atası X12 arasında bağlanmış nikah 29 iyun 2005-ci il tarixdə pozulmuşdur. Həmin vaxtdan sonra atası haqqında heç bir məlumatı olmamışdır. X1 21 oktyabr 2020-ci il traixdə vəfat etmişdir. X2 10 aprel 1995-ci il traixdə vəfat etmiş və Quba şəhər qəbirstanlığında dəfn edilmişdir. Bundan sonra onlar bacısı Günel üçün ölüm haqqında şəhadətnamə almayıblar. Daha sonra X2nın ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 11 fevral 2021-ci il tarixli arayışı ilə X5 ölümünün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, ona görə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilib. Ona görə də X2nın Quba şəhərində ölməsi faktının müəyyən ediməsi barədə məhkəməyə müraciət etməli olub və göstərilənləri nəzərə alaraq, 01 may 1994-cü il təvəllüdlü X5 10 aprel 1995-ci il tarixdə Quba şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, o Ərizəçi atası Seyidov Əfəndi ilə yaxından dostluq edib. Əfəndinin üç qız övladı vardı, bir qızı hələ körpə yaşında vəfat etmiş, Quba şəhər yuxarı qəbrstanlığında dəfn olunub. Dəfn mərasimində iştirak edib. Məhkəmədə şahid X11 bildirdi ki, ərizəçi ilə qonşudurlar. Onlar üç bacı olublar, Yeganə, Fidan və Günel. Günel hələ körpə ikən vəfat edib və şəhərin yuxarı qəbrstanlığında dəfn olunub. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili X13 və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsinin ölüm haqqında akt qeydi kitabından çıxarışa əsasən məlum olur ki, X10 barəsində olüm faktı qeydi aşkar olunmamışdı. İş materiallarında olan Quba bələdiyyəsinin 01.07.2021-ci il tarixli 680 nömrəli aryışından görünür ki, X10 10 aprel 1995-ci il traixdə vəfat etmiş və Quba şəhəri Əliqulu Nərimanov küçəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.02.2020-ci il tarixli arayışdan görünür ki, X10 01.05.1994-cü ildə anadan olmuş, atası X12, X1 qeyd olunub. İş materiallarında olan AZ-İ 634235 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.1986-cı ildə anadan olmuş, şəhadətnamənin ata qrafasında X12, ana qrafasında X3 qeyd olunub. İş materiallarında olan AZ-İ 634236 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 31.10.1988-ci ildə anadan olmuş, şəhadətnamənin ata qrafasında X12, ana qrafasında X3 qeyd olunub. İş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli nikahın bağlanması ilə bağlı çıxarışdan görünür ki, X12 ilə, X3 arasında Maraqlı şəxsndə 12 avqust 1985-ci il tarixdə nikah bağlanmış və 141 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.10.2020-ci il tarixli nikahın pozulması ilə bağlı çıxarışdan görünür ki, X12 ilə, X3 arasında Maraqlı şəxsndə 12 avqust 1985-ci il tarixdə bağlanmış və 141 nömrə ilə qeyd edilmiş nikah qeydi 29.06.2005-ci il tarixində pozulmuş və 34 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 113247 seriyalı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 21 oktyabr 2020-ci il traixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında 30.10.2020-ci il tarixində 398 nömrə ilə qeyd edilib. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 11.02.2021-ci il tarixli 66 nömrəli məktubundan görünür ki, X10 barəsində Maraqlı şəxsndə yoxlanılmış arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkarlanmamış və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 01 may 1994-cü il təvəllüdlü X5 10 aprel 1995-ci il tarixdə Quba şəhərində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 01 may 1994-cü il təvəllüdlü X5 10 aprel 1995-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1165/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1165/2021
01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver