Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1173/2021 02.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi vəkil X1 iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “X3nun ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 21.10.1951-ci il tarixdə doğulmuş X3nun 01.02.2020-ci il tarixdə Quba şəhərində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun atasıdır. Zöhrab Musayev 21 oktyabr 1951-ci il tarixdə Quba rayonu, Amsar kəndində doğulmuş, orta təhsilini də Amsar kənd məktəbində almışdır. Sonradan ünvan 1 ünvanında yaşamışdır. X15 uzun müddət ankoloji xəstə olmuş və mütəmadi olaraq müalicə almışdır. X3 01 fevral 2020-ci il tarixdə Quba şəhərində evlərində vəfat etmiş, vəsiyyəti əsasında qohumların və qonşuların iştirakı ilə Quba rayonu Amsar kənd qəbiristanlığında dəfn olunmuşdur. Atasının 01 fevral 2020-ci il tarixdə Quba şəhərində ölməsi və Quba rayon Amsar kənd qəbiristanlığında dəfn olunması ərizəsinə əlavə etdiyi şahidlərin iştirakı ilə tərtib olunmuş Akt və məzar daşının fotoşəklləri ilə də təsdiq olunur. Həmin vaxt qanunu bilmədiklərindən atasının ölümünü rəsmiləşdirə bilməmişlər. Hazırda vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar X3nun ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 09 aprel 2021-ci il tarixli, 05/Q-173-15 saylı məktubu ilə X5 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən X3nun 01 fevral 2020-ci il tarixdə Quba şəhərində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Atasının 01 fevral 2020-ci il tarixdə Quba şəhərində ölməsini və Quba rayonu Amsar kəndində kənd qəbiristanlığında dəfn olunmasını, dəfn mərasimlərində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi nümayəndəsi vəkil X2 ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Quba şəhərində anadan olmuşdur. Ata qrafasında - X8, ana qrafasında isə - X6 olaraq qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 21.10.1951-ci il tarixdə Quba rayonu, Amsar kəndində anadan olmuşdur. İş materiallarında olan Quba şəhər sakinləri X10, X4 və Ərizəçi iştirakı ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş 13.04.2021-ci il tarixli aktdan görünür ki, X8 01.02.2020-ci il tarixdə Quba şəhərində vəfat etmiş və Quba rayonu, Amsar kəndində qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan 82 nömrəli, 09.04.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X13 oğlu barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. İş materiallarında olan X13 oğlunun məzardaşı fotoşəkildən görünür ki, X13 oğlu 01.02.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 21.10.1951-ci ildə anadan olmuş X5 01.02.2020-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 21.10.1951-ci ildə anadan olmuş X5 01.02.2020-ci il tarixdə Quba şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1173/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1173/2021
02.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver