Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1209/2021 08.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və vəkili X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X10 məhkəməyə ərizə ilə müraciət edərək, 19 sentyabr 1984-cü il tarixdə Quba rayonu, Bağbanlı kəndində doğulmuş ovladı X3 26 oktyabr 2005-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi X10 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Ərizəçi X10 ərizəsində göstərmişdi ki, o, X2 ilə 19 avqust 1983-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurub. Birgə nikahdan 19 sentyabr 1984-cü il tarixdə övladı X11 doğulub. X21 uzun müddət xərçəng xəstəsi olmuş və mütəmadi olaraq müalicə almışdır, 26 oktyabr 2005-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində evdə vəfat etmiş və qohumların və qonşuların iştirakı ilə Quba rayonu Bağbanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən oğlunun ölümünü rəsmiləşdirə bilməyib. Hazırda vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar övladı Yunis Aydəmirovun ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 05 may 2021-ci il tarixli, 05/Q-234 saylı məktubu ilə X4 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən X21un 26 oktyabr 2005-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək qərarına gələrək, 19 sentyabr 1984-cü il tarixdə Quba rayonu, Bağbanlı kəndində doğulmuş ovladı X3 26 oktyabr 2005-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X12 bildirdi ki, o, X10 ilə həmkəndlidi, həm də qonşudur. Onun iki oğlu olub .Onlardan biri Aydəmirov Yunis xərçəng xəstəsi olub, uzun müddət müalicə almağına baxmayaraq, 26 oktyabr 2005-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində öz evlərində vəfat etmiş və həmin kənd qəbristanlığında dəfn edilmişdir. Mərasimlərdə, dəfndə iştirak etmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, o, X10 ilə qonşudur, Onun iki oğlu olub. Bir oğlu Aydəmirov Yunis xərçəng xəstəsi olub, uzun müddət müalicə alıb, lakin valideynlərinin səyinə baxmayaraq, o, 26 oktyabr 2005-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində öz evlərində vəfat etmiş və həmin kəndin qəbristanlığında dəfn edilmişdir. Bir qonşu kimi dəfndə və yas mərasimlərində yaxından iştirak edib. Məhkəmə ərizəçi X7 və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RİHB-nin Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyin 05.05.2021-ci il tarixli, 536 nömrəli arayışından görünür ki, X1 rayonu, Bağbanlı kəndində qeydiyyatdadır, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan İİİ-ЖГ 314938 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X2 arasında 19 avqust 1983-cü il tarixdə rəsmi nikah bağlanmış, 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan X-ЖГ 340837 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 19 sentyabr 1984-cü ildə Quba rayonu, Bağbanlı kəndində doğulub, ata qrafasında X10, ana qrafasında X2 qeyd edilib. İş materiallarında olan Quba rayonu, Bağbanlı kəndində tərtib olunmuş 07.05. 2021-ci il tarixli aktdan görünür ki, 19 sentyabr 1984-cü il tarixdə Quba rayonu, Bağbanlı kəndində anadan olmuş X11 26 oktyabr 2005-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmiş, Bağbanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Vəfat etmiş şəxsin atası, X10, anası, X2, qardaşı, X5r. Akt Barlı bələdiyyəsinin müsahibi və kənd sakinləri tərəfindən imzalanmış, Barlı bələdiyyəsinin sədri tərəfindən möhürlə təsdiqlənib. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05.05.2021-ci il tarixli 55 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışa əsasən, X11 barəsində Maraqlı şəxsndə 2003-2008-ci illər üzrə yoxlanılmış arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli, 05/Q-234 nömrəli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 19.09.1984-cü il təvəllüdlü X4 26 oktyabr 2005-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində ölməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 19.09.1984-cü il təvəllüdlü X4 26 oktyabr 2005-ci il tarixdə Quba rayonu, Bağbanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1209/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1209/2021
08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver