Məhkəmə qərarları › İş №2(027)-1219/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1219/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1219/2025 08.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 1936-cı il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş X2 11 dekabr 2000-ci il tarixdə Quba rayonu, Sofikənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X3 18 sentyabr 1936-cı il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuşdur. X20 11 dekabr 2000-ci ildə səhhətinin ağırlaşması səbəbindən Quba rayonu, Sofikənd kəndində yerləşən evdə vəfat etmiş, Quba rayonu, Sofıkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiklərindən X13 ölümünü rəsmiləşdirməmişlər, bundan sonra da anasının ölümünü rəsmiləşdirmək mümkün olmamışdır. X13 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 10 yanvar 2025-ci il tarixli imtina məktubu və 10 yanvar 2025-ci il tarixli, 01 nömrəli arayışı ilə X2 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı, ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına da müraciət etmiş, lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X2 ölməsi faktının müəyyən edilməsi oan vərəsəlik və digər sənədləşmə işlərinin həlli üçün lazımdır. X1 11 dekabr 2000-ci ildə ölməsi və Quba rayonu, Sofikənd kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edərək, bildirdi ki, X3 onun nənəsidir. Nənəsinin ölüm faktının müəyyən edilməsi vərəsəlik işlərinin həlli üçün lazımdır. X18 11 dekabr 2000-ci il tarixdə vəfat etmiş və Quba rayonu, Sofikənd kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçinin X20 onun qayınanası olmuşdur. Afiyət Atagülova həqiqətən də 11 dekabr 2000-ci il tarixdə vəfat etmiş və Quba rayonu, Sofikənd kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, ərizəçinin X20 Quba rayonu, Sofikənd kəndində yaşamış, 11 dekabr 2000-ci il tarixdə vəfat etmiş və Quba rayonu, Sofikənd kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: XİV-ЖГ № 717327 pasportun surətindən görünür ki, X3 xx.xx.1936-cı ildə Quba rayonu, Rustov kəndində doğulmuşdur; XİV-ЖГ № 164598 nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X4 arasında xx.xx.1959 –cü ildə nikah bağlanmış, nikah bağlanandan sonra X4 “Atagülov”a soyadı verilmişdir; AZ-ЖГ № 474966 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi anasıdır; Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 03-16-5/8-xx-xx/2025 nömrəli məktubundan görünür ki, X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Quba rayon mərkəzi xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 ölümü ilə bağlı Quba RMX-da heç bir məlumat olmadığına görə ölüm haqqında tibbi şəhadətnamənin alınması məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Rustov bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, həmin aktı tərtib olunmasında iştirak edən X8, X9, X7, X10 və Ərizəçi təsdiq edərək bildirmişlər ki, X3 11 dekabr 2000-ci il tarixdə Quba rayonu, Sofikənd kəndində yaşadığı evdə vəfat etmiş və Sofikənd kənd qəbristanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 11 dekabr 2000-ci il tarixdə Quba rayonu, Sofikənd kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 18 sentyabr 1936-cı il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş X2 11 dekabr 2000-ci il tarixdə Quba rayonu, Sofikənd kəndində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 sentyabr 1936-cı il tarixdə Quba rayonu, Rustov kəndində doğulmuş X2 11 dekabr 2000-ci il tarixdə Quba rayonu, Sofikənd kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar