Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1230/2025 10.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “Barışıq Sazişi”nin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin 4-cü və 5-ci bəndlərinin məcburi qaydada icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə aralarındakı mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün "Mediasiya haqqında" Qanunun tələblərini rəhbər tutaraq tərəfindən Maraqlı şəxs mediasiya təklifi göndərilmiş, daha sonra mediasiya prosesi zamanı barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən tərəflər aralarında 29 dekabr 2006-cı ildə Quba rayon “VVAQ” Şöbəsi tərəfindən Akt Qeydiyyatı kitabında 487 №-li qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına razılaşmalı, birgə nikahdan anadan olmuş övladları - xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində qalmasına razılaşmalı, ata Maraqlı şəxs tərəfindən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına qədər saxlanmaları üçün 2023-cü il oktyabrın 1-dən başlayaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat aliment Ərizəçi ödəməli, birgə nikah dövründə alınmış, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışı olan 1.8601 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilməli, birgə nikah dövründə almmış, ünvan 1i ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********91 reyestr nömrəli çıxarışı olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Maraqlı şəxs mülkiyyətinə verilməli, Maraqlı şəxs birgə nikah dövründə alınmış, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan 1.8601 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini notarial qaydada Ərizəçi bağışlamalı, birgə nikah dövründə alınmış, ünvan 1i ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********91 reyestr nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan ümumi sahəsi 1 ha olan torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində qalmalı və Ərizəçi həmin əmlaka dair hər hansı bir tələb irəli sürməməli idi. Hesab edir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyinə və könüllü icrasından imtina olunduğuna görə barışıq sazişinin məcburi icrası məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə, Maraqlı şəxs barışıq sazişinin icrası üçün dəfələrlə müraciət edilsə də, onun barşıq sazişinin 4-cü və 5-ci maddələrinin şərtlərinə əməl etmədiyini, yəni birgə nikah dövründə alınmış, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışı olan 1.8601 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi mülkiyyətinə verilməli, birgə nikah dövründə alınmış, ünvan 1i ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********91 reyestr nömrəli çıxarışı olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Maraqlı şəxs mülkiyyətinə vermədiyini və Maraqlı şəxs birgə nikah dövründə alınmış, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, ********** reyestr nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan 1.8601 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini notarial qaydada Ərizəçi bağışlamadığını, bununla da, barışıq sazişinin könüllü icrası üçün müəyyən edilmiş müddətin keçdiyini görə bilərik. İş üzrə Maraqlı şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, barışıq sazişi bağlansa da, sonradan aralarında mübahisələr yaranmış, barışıq sazişinin könüllü icrasını yerinə yetirməkdən çəkinmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin bəndləri məcburi icra üçün təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:
1. Tərəflər nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə etmədilər və aralarında 29 dekabr 2006-cı ildə Quba rayon WADQ Şöbəsi tərəfindən Akt Qeydləri kitabında 487 №-li qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına razılaşdılar.
2. Tərəflər birgə nikahdan anadan olmuş övladları - xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X1 anaları Ərizəçi himayəsində qalmasına razılaşırlar.
3. Tərəflər aralarında razılaşırlar ki, ata Maraqlı şəxs tərəfindən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6; qızının yetkinlik yaşına qədər saxlanmaları üçün 2023-cü il oktyabrın 1-dən başlayaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat alimenti Ərizəçi, ödəyəcək.
4. Tərəflər birgə nikah dövründən əldə olunmuş əmlakın aşağıdakı qaydada bölünməsinə razılaşırlar: 4.1 Tərəflər razılaşırlar ki, birgə nikah dövründə alınmış, Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışı olan 1.8601 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X2 mülkiyyətinə verilsin. 4.2Tərəflər Razılaşırlar ki, birgə nikah dövründə alınmış, ünvan 1i ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********91 reyestr nömrəli çıxarışı olan 1 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini Maraqlı şəxs mülkiyyətinə verilsin.
5. Tərəflər razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş və bu Sazişin 4.1,4.2-ci maddələrində qeyd edilən əmlakların bölünməsi aşağıdakı qaydada reallaşdırılacaq: 5.1 Maraqlı şəxs öhdəsinə götürür ki, birgə nikah dövründə alınmış, Quba rayonu, Qırız- Dəhnə kəndi ərazisində yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, **********48 reyestr nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan 1.8601 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinini notarial qaydada Ərizəçi bağışlayacaq. 5.2 Tərəflər razılaşır kl, birgə nikah dövründə alınmış, ünvan 1i ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, **********91 reyestr nömrəli çıxarışa əsasən Maraqlı şəxs mülkiyyətində olan ümumi sahəsi 1 ha olan torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində qalacaq və Ərizəçi həmin əmlaka dair iddia tələbi olmayacaq. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahından iki uşaq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X4 hazırda yetkinlik yaşına çatmamışdır. xx.xx.2023-cü il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs könüllü icra üçün nəzərdə tutulmuş müddətdə icranı yerinə yetirməmş, daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin 4-cü və 5-ci bəndlərini könüllü qaydada icra edilmədiyinə və könüllü icrasından imtina olunduğuna görə barışıq sazişinin məcburi icrası məhkəmə tərəfindən təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanılmış barışıq sazişi ilə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi məsələsi qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, saziş könüllü qaydada icra edilmədiyindən, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlıdır ki, (barışıq sazişinin 4-cü və 5-ci bəndləri) bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Qeyd edilən Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 2 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barşıq sazişi” təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 2 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış “Barşıq Sazişi”nin 4-cü və 5-ci bəndləri məcburi icra üçün təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aydın Babayev