Məhkəmə qərarları › İş №2(027)-1234/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1234/2024

08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1234/2024 08.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı - 14 oktyabr 1995-ci təvəllüdlü X9 14 yanvar 1996-cı il tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi xahişinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qızı - 14 oktyabr 1995-ci təvəllüdlü X6 14 yanvar 1996-cı il tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 05 dekabr 1991-ci ildə X4 ilə ailə qurmuş, birgə nikahdan üç övladı doğulmuşdur. Qızı 14 oktyabr 1995-ci il təvəllüdlü X10 14 yanvar 1996-ci ildə xəstəlikdən Quba rayonu, Əlibəyqışlaq kəndində vəfat etmiş və Əlibəyqışlaq kənd qəbirstanlığında dəfn olunmuşdur. Həmin vaxt qanunu bilmədiyindən və övlad itkisinin verdiyi dərd səbəbi ilə X14 ölümünü rəsmiləşdirməmişlər. Bundan sonra da qızının ölümü rəsmiləşdirmək mümkün olmamışdır. X14 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət etmiş, lakin X6 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı müəyyən edilmiş, qızının ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğunu bildirilmişdir. Bundan sonra o, ölüm haqqında tibbi şəhadətnamənin alınması ilə bağlı rəsmi qaydada Quba rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin həmin qurumdan da ona imtina cavabı verilərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. X6 ölməsi faktının müəyyən edilməsi ona vərəsəlik işlərinin həlli üçün lazımdır. X2 14 yanvar 1996-cı ildə Quba rayonu, Əlibəyqışlaq kəndində ölməsi və Quba rayon Əlibəyqışlaq kənd qəbirstanlığında dəfn edilməsini yas mərasimində iştirak etmiş bir çox insan görmüşdür. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi X18 məhkəməyə ərizə təqdim edərək, iş yükü ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxıb təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, o, Ərizəçi həyat yoldaşıdır. X10 onu qızıdır. Qızı 14 yanvar 1996-cı il tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində ölmüş və kəndin qəbrstandlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin qızı - X10 həqiqətən də, 14 yanvar 1996-cı il tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində ölmüş və həmin kəndin qəbrstandlığında dəfn edilmişdir O, digər qonşularla birlikdə X6 dəfnində iştirak etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, maraqlı şəxsin ərizəsini nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AZE № ******** şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Əlibəyqışlaq kəndində yaşayır; Quba rayon Qeydiyyat şobəsinin arayışından görünür ki, 14 oktyabr 1995-ci il tarixdə doğulmuş X6 atası – Ərizəçi, anası – X3r; Maraqlı şəxs 09 fevral 2024-cü il tarixli, 03-16-5/8-xx-xx/2024 məktubundan görünür ki, X6 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Quba rayon Mərkəzi Xəstəxananın xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 14 yanvar 1996-cı il tarixdə vəfat etmiş X6 ölüm haqqında şəhadətnaməsi vaxtında alınmadığı üçün və ölümü haqqında heç bir məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Quba rayonu, Əlibəyqışlaq kəndində tərtib edilmiş və Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Quba rayonu Ağbil bələdiyyəsinin sədri Şahin Tağıyev, ərizəçi özü və ərizəçinin qonşusu X1 Sima Natiq qızının 14 oktyabr 1995-ci təvəllüdlü X6 14 yanvar 1996-cı il tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində ölməsini və həmin günü Quba rayonu, Əlibəyqışlaq kənd qəbrstanlığında dəfn olunmasını akta imza etməklə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X6 14 yanvar 1996-cı il tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 14 oktyabr 1995-ci təvəllüdlü qızı X6 14 yanvar 1996-cı il tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 14 oktyabr 1995-ci tarixdə doğulmuş X6 14 yanvar 1996-cı il tarixdə Quba rayonu, Əlibəyqışlaq kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar