Məhkəmə qərarları › İş №2(027)-1253/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1253/2020

04.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1253/2020 04.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı fiziki şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1957-ci il tarixdə Quba şəhərində doğulmuş əri X2 xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, ərizəçi X3 ilə 2003-cü ildə el-adəti ilə ailə qurmuş, birgə münasibətdən iki oğlu doğulmuşdur. Əri X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. Bu fakt Bakı şəhəri TTYSnın ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə təsdiq olunur. Həmin vaxt bilmədiyindən ərinin ölümünü rəsmiləşdirə bilməmişdir. Hazırda uşaqları müavinət almaq istəyir. Bunun üçün mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin imtina cavabı almışdır. Göstərilənləri nəzərə alaraq, xx.xx.1957-ci il tarixdə Quba şəhərində doğulmuş əri X2 xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə şahid Əliyev Əsəd Əlövsət oğlu bildirdi ki, ərizəçinin əri X1 Federasiyasında qeydiyyatda olmuş, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Quba şəhərində dəfn edilmişdir. Dəfn mərasimində iştirak etmişdir. Məhkəmə şahid X6 bildirdi ki, ərizəçinin əri X1 Federasiyasında qeydiyyatda olmuş, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Quba şəhərində dəfn edilmişdir. O da dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri TTYS-nın ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X2 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Həmin tarixli məktubla məhkəmə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan şahidlərin iştirakı ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X3 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Xaşaxuna bağları adlanan ünvanda vəfat etmiş və xx.xx.2017-ci il tarixdə Quba şəhər qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1957-ci il tarixdə Quba şəhərində doğulmuş X2 xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktı iş materialları ilə tam təsdiq olunur, ona görə dəərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41.3, 216-220 və 360-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1957-ci il tarixdə Quba şəhərində doğulmuş X2 xx.xx.2017-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar