Məhkəmə qərarları › İş №2(027)-1261/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1261/2025

30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1261/2025 30.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional "Asan Xidmət" X2rşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional "Asan Xidmət" X2rşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı - xx.xx.2024-cü il tarixində Quba rayonunda anadan olmuş X6 xx.xx.2024-cü il tarixində Quba rayonu, Cimi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, o, Sultanova (Mirzəyeva) Güllü Vahid qızı ilə xx.xx.2018-ci il tarixində Quba Regional "Asan Xidmət" X3 nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2024-cü il tarixində X10 doğulmuşdur. Qızı Mələk xx.xx.2024-cü il tarixində gecə vaxtı Quba rayonu, Cimi kəndində yaşadığı evdə qəfildən vəfat etmişdir. Uşağın ölümü ilə əlaqədar xəstəxanaya məlumat verilməmişdir. Uşaq dəfn olunandan sonra xx.xx.2025-ci il tarixində uşağın ölümü ilə əlaqədar "ölüm haqqında tibbi şəhadətnamə" əldə etmək üçün yaşadıqları kənddə tibb məntəqəsi olmadığından əvvəlcə Şabran rayonu Kuybışev (Dəvəçi kənd) tibb mənqəsinə yaxınlaşmışdır. "Quba rayon Mərkəzi Xəstəxanası" X17 müraciət etmək tövsiyyə edilmişdir. "Quba rayon Mərkəzi Xəstəxanası" X19 cavabında bildirilmişdir ki, vaxtında müraciət etmədikləri üçün vəfat etmiş uşaq üçün "ölüm haqqında tibbi şəhadətnamə" verilməlidir. Bundan sonra "Respublika Təcili və X8 Mərkəzi" X19 Mərkəzi Çağrı Xidmətinə (103) xidmətinə zəng edərək uşağın ölümü barədə məlumat versələr də, vaxtında məlumat vermədiklərinə görə vəfat etmiş uşaq üçün "ölüm haqqında tibbi şəhadətnamə" əldə edə bilməmişlər. O X6 ölümünün qeydə alınması və bu barədə şəhadətnamə verilməsi üçün 17 fevral 2025-ci il tarixində Quba Regional "Asan Xidmət" X5 müraciət etmişdir. Quba Regional "Asan Xidmət" X9 tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, övladı X6 ölümünün qeydə alınması və bu barədə şəhadətnamənin verilməsi ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarının elektron informasiya sistemində axtarış aparılarkən ölüm haqqmda akt qeydi aşkar edilməmişdir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional "Asan Xidmət" X4 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional "Asan Xidmət" X4 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, Ərizəçi həyat yoldaşıdır. X10 onu qızıdır. Qızı 28 dekabr 2024-cü il tarixdə Quba rayonu, Cimi kəndində ölmüş və kənd qəbrstandlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin qızı - X10 həqiqətən də, 28 dekabr 2024-cü il tarixdə Quba rayonu, Cimi kəndində ölmüş və həmin kəndin qəbrstandlığında dəfn edilmişdir O, digər qonşularla birlikdə X6 dəfnində iştirak etmişlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, maraqlı şəxsin ərizəsini nəzərdən keçirib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: AA № ******* şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu, Cimi kəndində yaşayır; AZ-V 057477 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 16 noyabr 2024-cü il tarixdə doğulmuş X6 atası – Ərizəçi, anası – X7r; Quba Regional "Asan Xidmət" X4 xx.xx.2025-ci il tarixli, 03-16-5/8-xx-xx/2025 məktubundan görünür ki, X6 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Quba rayon Mərkəzi Xəstəxananın xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, 28 dekabr 2024-cü il tarixdə vəfat etmiş X6 ölüm haqqında şəhadətnaməsi vaxtında alınmadığı üçün və ölümü haqqında heç bir məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur; Quba rayonu, Cimi kəndində tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi, X11, X13 və X1 Mələk Cəfər qızının 16 noyabr 2024-cü təvəllüdlü X6 28 dekabr 2024-cü il tarixdə Quba rayonu, Cimi kəndində ölməsini və həmin günü Quba rayonu, Cimi kənd qəbrstanlığında dəfn olunmasını akta imza etməklə təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X6 28 dekabr 2024-cü il tarixdə Quba rayonu, Cimi kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 16 noyabr 2024-cü təvəllüdlü qızı X6 28 dekabr 2024-cü il tarixdə Quba rayonu, Cimi kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 noyabr 2024-cü tarixdə Quba rayonunda doğulmuş X6 28 dekabr 2024-cü il tarixdə Quba rayonu, Cimi kəndində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar