Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1263/2023 21.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “vəfat etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı 02 iyul 1994-cü il tarixdə Quba rayonu, Buduq kəndində doğulmuş X4 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, X10 onun övladıdır. Oğlu Amil 02 iyul 1994-cü il tarixdə Quba rayonu, Buduq kəndində doğulmuşdur. Oğlu uzun müddət ürək xəstəsi olmuş, dəfələrlə müayinə olunaraq, müalicə almışdır. Lakin vəziyyəti qənaətbəxş olmadığından əməliyyatına icazə verilməmişdir. Uzun müddət müalicə alsa da, heç bir müsbət nəticəsi olmamış, Amilin səhhətində irəliləyiş olmamışdır. X16 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində yaşadıqları evdə vəfat etmiş, qohumların və qonşuların iştirakı ilə tərəflərindən Quba rayonu, Buduq kənd qəbiristanlığında dəfn olunmuşdur. Oğlunun 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində vəfat etməsi və kənd qəbiristanlığında dəfn olunması ərizəsinə əlavə olunan şahidlərin iştirakı ilə tərtib edilmiş Akt ilə də təsdiq olunur. X14 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs 31 yanvar 2022-ci il tarixli 05/Q-53 saylı məktubu ilə X4 ölümünün qeydə alınmasının qeyrimümkün olduğu izah olunmuş, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən X1 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. X1 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində vəfat etməsi və kənd qəbiristanlığında dəfn olunmasını dəfn mərasimində iştirak etmiş şəxslər məhkəmədə şahid kimi izahat verərək təsdiq edə bilərlər. Bundan başqa oğlunun ölüm faktı ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkilləri və şahidlər tərəfindən tərtib və Buduq kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş aktla da təsdiq olunur. Qeyd edilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçi onun əmisi oğludur. Ərizəçinin oğlu Amil 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində ürək xəstəliyindən vəfat etmiş və kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, ərizəçi onun qaynıdır. Ərizəçinin oğlu Amil 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində ürək xəstəliyindən vəfat etmiş və kənd qəbristanlığında dəfn olunmuşdur. Onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İİ-JQ seriyalı № 427900 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X6 xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşdur və bu barədə vətəndaşlıq vəziyyəti aktlarında 03 nömrə ilə qeyd edilmişdir; İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X10 xx.xx.1994-cü ildə Quba rayonu, Buduq kəndində anadan olmuşdur, atası Ərizəçi, anası isə X2r; İş materiallarında olan Maraqlı şəxs 31 yanvar 2022-ci il tarixli, 37 №li arayışından görünür ki, arxiv məlumatlarına əsasən X10 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə Quba rayonu üzrə 2009-2015-ci illər ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-53 nömrəli məktubdan görünür ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur; Quba rayonu Buduq kəndində Buduq kənd İƏD-üzrə nümayəndəliyinin müavini B.Adayev, kənd sakinləri Ş.Vəlməmmədov, İ.Vəliyev, B.Dəmirov, Y.Həsənovun iştirakı ilə tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli aktından görünür ki, Buduq kənd sakini mərhum X10 27 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir, Buduq kənd qəbristanlığında dəfn olunmuşdur; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X4 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində ölümünü təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, 02 iyul 1994-cü il tarixdə Quba rayonu, Buduq kəndində doğulmuş X4 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 iyul 1994-cü il tarixdə Quba rayonu, Buduq kəndində doğulmuş X4 27 sentyabr 2011-ci il tarixdə Quba rayonu, Buduq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1263/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1263/2023
21.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver