Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1266/2021 22.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi, şəxsin vəfat etmə faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 26 mart 1970-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kədində doğulmuş X1 21 mart 1993-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, onunla əsaslandırmışdır ki, o həyat yoldaşı X4 ilə 28.09.1962-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 26 mart 1970-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində X5 doğulmuşdur. Oğlu onlarla bir ailədə yaşamış, Quba rayon 2-ci Nügədi kənd orta məktəbində təhsil almışdır. Oğlu 21 mart 1993-cü il tarixdə Quba rayonu 2-ci Nügədi kəndində yaşadıqları evdə vəfat etmiş və Quba rayonu 2-ci Nügədi kəndinin «Ağası» adlanan qəbiristanlığında el-adəti üzrə dəfn olunmuşdur. Bu fakt şahidlərin iştirakı ilə tərtib və imzaları ilə təsdiq olunmuş 20 aprel 2021-ci il tarixli Aktla da təsdiq olunur. Həmin vaxt qanunu bilmədiklərindən oğlunun ölümünü rəsmiləşdirə bilməmişlər. Bildirir ki, vərəsəlik mübahisəsinin həlli ilə əlaqədar oğlu X1 ölüm haqqında şəhadətnaməsi tələb olunduğundan, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 23 aprel 2021-ci il tarixli, 05/Q-200-15 saylı məktubu ilə X1 ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu izah olunaraq, məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyə olunmuşdur. Ona görə də qanunvericiliyin tələbinə əsasən övladları X1 21 mart 1993-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində ölməsi faktının məhkəmə qaydasında müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.04.2021-ci il tarixdə Quba rayonu İİ Nügədi kənd sakinləri X15, Firudun Heydərov və Ağali Ağaliyevin iştirakı ilə tərtib olunmuş aktda göstərilir ki, 2-ci Nügədi kənd sakini X5 26 mart 1970-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində anadan olmuşdur. Lakin uzun sürən xəstəlikdən sonra 1993-cü il 21 mart tarixdə vəfat etmişdir. X3 el adəti ilə 2-ci Nügədi kəndindəki “Ağası” qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan evlənmək haqqında 28 sentyabr 1962-cı il tarixdə verilmiş İ- İE seriyalı, 351371 №-li şəhadətnamədən görünür ki, Ərizəçi ilə X7 arasında nikah 28.09.1962-ci ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1962-cı il sentyabr ayının 28 günü 24 № ilə qeyd edilmişdir. İş materiallarında olan 14 may 1970-cı il tarixdə verilmiş A3-İ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X2 birgə nikahından 26.03.1970ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs 23 aprel 2021-ci il tarixli, 47 №li arayışından görünür ki, X5 barəsində Azərbaycan Respublikası Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Quba rayonu 2-ci Nügədi kənd sakini Ərizəçi ünvanladığı 23.04.2021-ci il tarixli, 05/Q-200-15 №-li məktubundan görünür ki, həmin şöbə tərəfindən X1 ölümünün, həkim şəhadətnaməsi olmadığı üçün qeydə alınmasından imtina edilmiş, Ərizəçi həmin ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində ərizəçi X8 oğlu X1 21 mart 1993-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində ölməsini və Quba rayonu 2ci Nügədi kənd qəbristanlıqda dəfn edilməsini, X1 ölməsi faktının Maraqlı şəxsndə qeydə alınmasından imtina olunduğunu bildirmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, X1 26 mart 1970-ci il tarixdə doğulması, 21 mart 1993-cü il tarixdə ölməsi, onun ölümünün qeydiyyat orqanında qeydə alınmasından imtina olunması, Ərizəçi, oğlu X1 ölümü ilə bağlı sənədləri başqa qaydada ala bilməməsi sübuta yetirilir. Ona görə də ərizə təmin edilərək, 26 mart 1970-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kədində doğulmuş X1 21 mart 1993-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası MPM 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən o cümlədən ölüm müvafiq qeydiyyat orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri) həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. 26 mart 1970-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kədində doğulmuş X1 21 mart 1993-cü il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-1266/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1266/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver