Məhkəmə qərarları › İş №2(027)-1269/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1269/2021

16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1269/2021 16.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “qardaşı X4 ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 14.05.1954-cü ildə Quba rayonu, Qırmızı Qəsəbədə doğulmuş qardaşı X4 17.02.2021-ci il tarixdə Quba şəhərində vəfat etməsi faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 14.05.1954-cu ildə Quba rayon Qırmızı qəsəbədə doğulmuş X1 doğma qardaşıdır. O, Quba şəhəri, Qırmızı qəsəbə kolxoz 49 yaşayırdı.17.02.2021-ci ildə qaraciyər sirrozundan qəfldən vəfat etmişdir. Lakin bu barədə heç bir tibbi müəssisəyə tərəflərindən müraciət edilməmişdir. Bu yaxınlarda o, Maraqlı şəxsnə müraciət edərək qardaşı X4 ölümünün qeydə alınması ilə bağlı müraciət etmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamənin olmadığı səbəbindən onun ölümünün qeydə alınmasından imtina olunmuş, bu barədə ona imtina məktubu və arayış verilmişdir. Ölüm haqqında şəhadətnamə rəhmətlik qardaşının qızına vərəsəlik və müəyyən sənədləşmə işlərinin aparılması üçün zəruridir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 03.05.2021-ci il tarixli arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Quba rayonu, Qırmızı Slooboda qəsəbəsində anadan olmuşdur. Ata qrafasında - X5, ana qrafasında isə - X3raq qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 03.05.2021-ci il tarixli arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 14.05.1954-cü il tarixdə Quba rayonu, Qırmızı Slooboda qəsəbəsində anadan olmuşdur. Ata qrafasında - X5, ana qrafasında isə - X3raq qeyd edilmişdir. İş materiallarında olan 54 nömrəli, 03.05.2021-ci il tarixli Maraqlı şəxs arayışından görünür ki, X6 oğlu barəsində Maraqlı şəxsndə “ölüm haqqında” akt aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin olunaraq, 14.05.1954-cü ildə anadan olmuş X4 17.02.2021-ci il tarixdə Quba rayonu, Qırmızı qəsəbədə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: Ərizə təmin olunsun. 14.05.1954-cü ildə anadan olmuş X4 17.02.2021-ci il tarixdə Quba rayonu, Qırmızı Qəsəbədə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar