Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1291/2021 18.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27,6 kv.metr qeyriyaşayış sahəsinin 8,8 kv.metr olan hissəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi: **********94-06301-083003; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 24.01.2018-ci il tarixli Çıxarışa əsasən o, ünvan 1 ünvanında yerləşən 27,6 kv.metr qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. O, bir neçə müddətdir ki, aralarında olan şifahi razılaşma əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27,6 kv.metr qeyri-yaşayış sahəsinin 8,8 kv.metr olan hissəsini (mağazanı) Cavabdeh icarəyə vermişdir. Cavabdeh həmin sahədə yerləşən obyekti gül satışı mağazası kimi işlətmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh icarə əsasında işlətdiyi xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən “Tər Çiçək" gül dükanında narkotik vasitə hesab olunan heroini əldə edib saxladığına görə Quba RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılmışdır. Quba RPŞ-də Cavabdeh barəsində cinayət işi açılmış, sonuncu Azərbaycan Respublikası CM-nin 234.1- ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cavabdehin ona məxsus olan əmlakda narkotik vasitə saxladığını və bununla bağlı barəsində cinayət işi açıldığını öyrəndikdən sonra Cavabdeh icarəyə verdiyi obyekti boşaldılmasını xahiş etmişdir. Lakin bugünə qədər cavabdehlə dəfələrlə aralarında aparılmış danışıqlar fayda verməmiş və ona məxsus sahəni boşaltmaq təkidinə baxmayaraq o, sahəni boşaltmaqdan imtina etmişdir. Cavabdehin ona məxsus sahəni zəbt etməsi onun mülkiyyət və istifadə hüquqlarını məhdudlaşdırır və buna dair sərəncam verilməsinə maneçilik törədir. Hüquqlarını bərpa etmək üçün mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 27,6 kv.metr qeyri-yaşayış sahəsinin zəbt edilmiş 8,8 kv.metr olan hissəsi ilə bağlı mülkiyyət hüquqlarımın müdafiəsi ilə əlaqədar mübahisəyə məhkəmə qaydasında qiymət verilməsini məqsədə uyğun hesab edir. Ona görə də o, məcbur olub qanuna uyğun olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iddiasını müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi: **********94- 06301-083003; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 24.01.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi: **********94-06301-083003; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 24.01.2018-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı tələbində Cavabdeh mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan RX seriyalı ******* nömrəli reyestr nömrəsi: **********94-06301-083003; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 24.01.2018-ci il tarixli çıxarışa əsasən ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh hər hansı bir icarə müqaviləsi olmadan şifahi razılıq əsasında iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməkdədir. Hal-hazırda iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli reyestr nömrəsi: **********94-06301-083003; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 24.01.2018-ci il tarixli çıxarışa əsasən ona məxsus olan qeyri-yaşayış sahəsindən istifadə edə bilmir. Belə olduğu halda, iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulur. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, hesab edir ki, Cavabdeh mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan RX seriyalı ******* nömrəli reyestr nömrəsi: **********94-06301-083003; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 24.01.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 27,6 kv.metr qeyri-yaşayış sahəsinin 8,8 kv.metr olan hissəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi İddiaçı sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdan RX seriyalı ******* nömrəli reyestr nömrəsi: **********94-06301-083003; qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: 24.01.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 27,6 kv.metr qeyri-yaşayış sahəsinin 8,8 kv.metr olan hissəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin qeyri-yaşayış sahəsi İddiaçı sahibliyinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1291/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1291/2021
18.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver