Məhkəmə qərarları › İş №2(103)-3894/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3894/2025

28.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3894/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair birinci mülki iş; iddiaçı Cavabdehlər İddiaçı2 Abulla oğlu və İddiaçı1 qarşı “daşınmaz əmlakın öz hesabına bərpa edilərək təhvil verilməsi” tələbinə dair ikinci mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair birinci mülki iş və iddiaçı Cavabdehlər İddiaçı2 Abulla oğlu və İddiaçı1 qarşı “daşınmaz əmlakın öz hesabına bərpa edilərək təhvil verilməsi” tələbinə dair ikinci mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-96/2025 saylı, 18 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, -, 19V ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən; ünvan 7 (Yeni qaydalarla: AZ 1026, ünvan 3 ünvanında yerləşən əmlak kompleksi istifadə hüququ əsasında ¼ payda Cavabdeh məxsusdur

2. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, qeyd olunan Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ 1026, ünvan 4 ünvanında yerləşən ərazi ilə bağlı əvvəllər dəfələrlə müraciət olunmuşdur. Əvvəlki müraciət zamanın məlum olmuşdur ki, göstərilən faktiki ərazi və tikililər arxiv texniki pasporta uyğun gəlmir. Belə ki, faktiki vəziyyətdə torpaq sahəsinin konfiqurasiyası və tikililərin yerləşməsi, sahəsi, ölçüləri texniki pasportdakı vəziyyətləri ilə tamamilə fərqlidir. Texniki pasportun şərti istinadında göstərilən yollar faktiki mövcuddur. Həmin şərti istinadda Kino baza kimi göstərilən hissə sökülmüş və yerində fərdi yaşayış evləri inşa edilmişdir. Texniki pasportun şərti istinadında göstərilən ərazi ilə ərizəçi X2 iddia etdiyi ərazi tamamilə fərqli yerlərdir. Əlavə olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ 1026, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksi **********72-12301 reyestr nömrəsi ilə X2 ½ hissə, Cavabdeh ¼ hissə və X5 ¼ hissə olmaqla xüsusi mülkiyyətindədir

3. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli, 10/8161 nömrəli məhkəmə məhkəmə tikinti-texniki ekspertiza rəyinə əsasən, Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ1026, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksinin Texniki pasportunda qeyd olunan ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti ilə faktiki vəziyyətdə 152 kv.m-lik əmlak kompleksinin yerləşdiyi ərazi kimi təqdim olunan torpaq sahəsinin ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti fərqli olduğundan Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksini naturada müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatla müəyyən olunmuşdur ki, İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, 19V ünvanında yerləşən ümumi sahəsi 14.90 kv.m olan qeyri-yaşayış binası (binanın yerləşdiyi torpaq sahəsi) və İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.3 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bina faktiki mövcud deyil) koordinatlara əsasən üst-üstə qonşu torpaq sahələridir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixində Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,1360 ha torpaq sahəsi və üzərində 6,30 kvadrat qeyri-yaşayış sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Buna dair ona xx.xx.2023-cü il tarixdə çıxarış verilmişdir. ünvan 6 ünvanında yerləşən 0,105220 ha torpaq sahəsi və üzərində 14,90 kvadrat qeyri-yaşayış sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Buna dair ona xx.xx.2023-cü il tarixində çıxarış verilmişdir. Cavabdeh qeyd edilən ünvandakı qeyri-yaşayış sahələrini qeyri-qanuni zəbt etmiş, əraziyə mühafizəçi yerləşdirmiş, ərazidə qanunsuz özbaşına tikinti işləri aparmışdır. Ona iddiaçılar tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçılar tərəfindən ərazidə tikinti işləri dayandırılmış, ərazidə aparılmış ilkin qazıntı və planlaşdırma işləri yararsız hala düşmüşdür.

6. 22.02.2024-cü il tarixində iddiaçı Cavabdehlər İddiaçı2 Abulla oğluna və İddiaçı1 qarşı “daşınmaz əmlakın öz hesabına bərpa edilərək təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanlı (yeni qaydada AZ 1026 ünvan 8k, **********72-12301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023 tarixli reyestrdən çıxarışla Cavabdeh məxsusdur. Həmin əmlak onun tərəfindən X4 alınmışdır. X6 da öz növbəsində həmin əmlakı vərəsəlik qaydasında mərhum atası X3 əldə etmişdir. Mirzəyev Qurban həmin əmlaka mülkiyyət hüququnu 004307 saylı 2009-cu il tarixli şəhadətnamə ilə əldə etmişdir (müvafiq sənədlər əlavə edilir). Beləliklə həmin əmlaka mülkiyyət hüququ 24 ildir ki davam edir və bu günədək heç kim tərəfindən mübahisələndirilməmişdir. Lakin 2023-cü ilin noyabr ayında İddiaçı1 və İddiaçı2 ona məxsus əmlakı heç bir qanuni əsas, sərəncam olmadan söküntü işləri aparmış, bununla qanunla qorunan hüquq və mənafelərinə külli miqdarda ziyan vurmuşlar.

8. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 2043/2024 saylı qərardadı ilə, iddiaçı Cavabdehlər İddiaçı2 Abulla oğlu və İddiaçı1 qarşı “əmlak” tələbinə dair 2(011)- 2430/2024 nömrəli mülki iş ilə, iddiaçılar İddiaçı2 Abulla oğlu və İddiaçı1 Cavabdeh “maneələrin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və ərazidə tikinti işlərinin dayandırılmasına görə dəymiş maddi və mənəvi ziyanın ödənilməsin”ə dair 2(011)-2043/2024 nömrəli mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır.

9. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh İddiaçı1 Abdurəhaman oğlunun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki və İddiaçı2 ünvan 6 ünvanında yerləşən xüsusi mülkiyyətindəki qeyri-yaşayış sahələrində iddiaçılar tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələrin qadağan edilməsi, Cavabdeh tərəfindən iddiaçılara məxsus ərazidə qanunsuz tikililərin öz hesabına sökülərək ərazidən çıxarılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ərazidə aparılan tikinti işlərinin dayandırılmasına görə dəymiş maddi və mənəvi zərərin hesablanaraq ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

10. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində azaldılaraq, qalan hissədə iddia tələbini müdafiə etdiyini bildirmişdir. Həmçinin, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçılara məxsus ərazidə qanunsuz tikililərin öz hesabına sökülərək ərazidən çıxarılması hissəsində azaltmışdır.

11. 2(011)-2430/2024 nömrəli mülki iş üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küç 34/75 ünvanlı yeni qaydada AZ 1026 ünvan 11us daşınmaz əmlakların öz hesabına bərpa edilərək ona təhvil verilməsi vəzifəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-96/2025 saylı 18 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası təmin edilərək iddiaçılar İddiaçı1 Abdurəhaman oğlunun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətindəki və İddiaçı2 ünvan 6 ünvanında yerləşən xüsusi mülkiyyətindəki qeyri-yaşayış sahələrində iddiaçılar İddiaçı1 Abdurəhaman oğlu və İddiaçı2 tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən maneələrin qadağan edilməsi; iddiaçı Cavabdehlər İddiaçı2 Abulla oğluna və İddiaçı1 qarşı “əmlak” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. MM-nin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

14. Məhkəmə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “əmlakların bərpa edilməsi və ona təhvil verilməsi” tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbi ilə iddiaçı Cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı “əmlakların bərpa edilməsi və ona təhvil verilməsi” tələb birbirindən törəyən tələblərdir bir tələbin təmin edilməsi digər tələbin rədd edilməsi ilə nəticələnir

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 139-1.1.1, 140, 141.1, 141.2, 141.3, 149.2, 152.1, 152.2, 152.5, 157.1, 157.2 və 157.4-cü maddələrinə; Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.1, 66.2 və 68-ci maddələrinə; Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanununun 2.1, 2.2, 2.3, 2.4, 7.1 və 7.2-ci maddələrinə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

16. Birinci mülki iş üzrə cavabdeh (ikinci mülki iş üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-96/2025 saylı 18 mart 2025-ci il tarixli qətnaməsini ləğv edilməsini, İddiaçı1 və İddiaçı2 iddiasının rədd edilməsi, onun iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ərazi qanunla müəyyən edilmiş şəkildə yerin əvvəlki mülkiyyətçisindən əldə edilmişdir. Tərəfindən iddia qaldırılmasının səbəbi xəbəri olmadan əraziyə gəlmiş şəxslərin orada söküntü-tikinti işləri apararaq ərazinin onlara məxsus olması barədə sənədlər təqdim etməsi olduğunu bildirmişdir. Onda olan ərazi sənədinə əsasən bütün ərazi onlara məxsus olmasına baxmayaraq cavabdehlərə məxsus sənədə əsasən 2 ədəd kiçik daşınmaz əmlak və ətrafındakı torpaq sahəsi cavabdehlərə məxsusdur. Onların sənədlər üzrə ərazinin bir hissəsi özəlləşdirilib, bununla bağlı məhkəmə qərarları mövcuddur. Qarşı tərəf məhkəmə proseslərinin gedişində ekskavotor gətirərək söküntü işləri aparmışdır, Kazımağa Kərimov küçəsi, 34/75 ünvanına aid sahəyə dair preyudisial əhəmiyyətli məhkəmə qətnamələri vardır. Xüsusi qeyd etmişdir ki, ilk iddiaçılara məxsus ərazi K.Kərimov 19 v və 19k, ona məxsus ərazi K.Kərimov 34/75-dir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, ünvan 7 (Yeni qaydada:AZ 1026, ünvan 12 ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ əsasında ¼ hissədə Cavabdeh məxsusdur. Məhkəmə qətnamə çəxararkən məhkəmə tikinti texniki ekspertizası rəyinə əsaslanmışdır. Həmin ekspert rəyində deyilir: “Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli, 10/8161 nömrəli məhkəmə tikinti-texniki ekspertizası rəyinə əsasən, təqdiqatın nəticəsi: “Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ1026, ünvan 12 ünvanında yerləşən ümumisahəsi 152.7 kv.m olan əmlak kompleksinin Texniki pasportunda qeyd olunan ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti ilə faktiki vəziyyətdə 152 kv.m-lik əmlak kompleksinin yerləşdiyiərazi kimi təqdim olunan torpaq sahəsinin ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti fərqli olduğundan Cavabdeh məxsus Bakışəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksini naturada müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatla müəyyən olunmuşdur ki, İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, 19V ünvanında yerləşən ümumi sahəsi 14.90 kv.m olan qeyriyaşayış binası (binanın yerləşdiyi torpaq sahəsi) və İddiaçı1 Abdurehman oğluna məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.3 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bina faktiki mövcud deyil) koordinatlara əsasən üst-üstə qonşu torpaq sahələridir.” Halbuki iş materiallarından da göründüyü kimi ilk İddiaçı1 19 k, İddiaçı2 19 v ünvanlı daşınmaz əmlakın mülkiyyətçiləridir. Ona məxsus ərazi isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən, Bakışəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydada:AZ 1026, ünvan 12-dir. Yəni belə olan halda məhkəmə müəyyən etməli idi ki, mübahisəli torpaq sahəsinin ünvanı ünvan 13 k və 19vdir. Lakin məhkəmə bunu müəyyən etməmiş torpaq sahəsinin ümumi sahəsi, ünvanı müəyyən edilmədən qətnamə çıxarmışdır. Həmçinin ekspert rəyində yazılan: “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.3 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi (bina faktiki mövcud deyil)” cümlənin özü ekspert tərəfindən hazırda mövcud olmayan tikilinin ünvanı barədə rəy verilməsidir ki, məhkəmə buna hüquqi qiymət verə bilməmişdir. Halbuki iş materiallarında olan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın X1 tərəfindən verilmiş 22 sentyabr 2008-ci il tarixli, 001995 №-li müəssisə və obyektin daşınmaz əmlakının Texniki Pasportu torpaq sahəsinin konfiqurasiyasını müəyyən etmək üçün tam əsas yaradırdı. Preyudisiallıq iş materiallarında olan 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2(82)- 607/2012 №-li, 1 may 2012-ci il tarixli icra vərəqəsi. Həmin icra vərəqi iş materiallarında 51 saylı sənəd kimi qeydə alınmışdır. Bundan başqa iş materiallarında 52 və 53 saylı sənədlərdə Xətai rayonu Kazımağa Kərimov 34/75 saylı torpaq sahəsinin məhz ona məxsus torpaq sahəsi ilə eyni ünvanda olmaqla, Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsində və icra vərəqində koordinatlar göstərilmişdir. Beləliklə məhkəmə preyudisial məhkəmə qərarını kənara qoymaqla qüsurlu elspert rəyinə əsaslanmaqla qanunun normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci mülki iş üzrə iddiaçı (ikinci mülki iş üzrə cavabdeh) İddiaçı1 və onun nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada digər birinci mülki iş üzrə iddiaçı (ikinci mülki iş üzrə cavabdeh) və birinci mülki iş üzrə cavabdeh (ikinci mülki iş üzrə iddiaçı) məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci mülki iş üzrə iddiaçı (ikinci mülki iş üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və İddiaçı1 və İddiaçı2 iddiasının rədd edilməsi, onun iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

25.5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 26.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 27.139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 28.139-1.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 29.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 30.141.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 31.141.2-ci maddəsinə əsasən, bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 32.141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 33.149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 34.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 35.152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 36.152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 37.157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır 38.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 39.157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 40.180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 41.180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 42.180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin

43. 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 44.66.2-ci maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 45.68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 46.111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 47.111.2-ci maddəsinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 48.111.3-cü maddəsinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun

49.2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 50.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 51.2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 52.2.4-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 53.7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 54.7.2-ci maddəsinə əsasən, “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

55.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə araşdırması zamanı İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, 19V ünvanında yerləşən ümumi sahəsi 14.90 kv.m olan qeyri-yaşayış binası və binanın yerləşdiyi torpaq sahəsi, habelə İddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 6.3 kv.m olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin (bina faktiki mövcud deyil) faktiki vəziyyətdə ölçülərinin və koordinatlarının iş materiallarında olan texniki pasportlarda qeyd olunan torpaq sahəsinin koordinatları və tikilinin ölçüləri ilə üstüstə düşdüyü müəyyən edilmişdir.

58. Əksinə Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 (Yeni qaydalarla: AZ1026, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 152,7 kv.m olan əmlak kompleksinin Texniki pasportunda qeyd olunan ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyətinin faktiki vəziyyətdə 152 kv.m-lik əmlak kompleksinin yerləşdiyi ərazi kimi təqdim olunan torpaq sahəsinin ölçülər, konfiqurasiya, tikililərin yerləşmə vəziyyəti ilə fərqli olduğundan Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 34/75 ümumi sahəsi 152.7 kv.m olan əmlak kompleksini naturada müəyyən etmək mümkün olmamışdır.

59. Mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələri onunla xarakterizə olunur ki, bu vasitələr mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

60. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçılar cavabdehin törətdiyi qanunsuz hərəkətlərə son qoyulmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçiləridir, onların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı olan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir.

61. Belə ki, neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir.

62. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.

63. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, qətnamə bu hissədə əsaslıdır, iddiaçıların məhkəməyə bildirdikləri faktiki halların həmin iddia tələblərinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması müəyyən edilmişdir.

64. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

65. Yuxarıda qeyd edilənlərin məntiqi davamı olaraq məhkəmə kollegiyası iddiaçı Cavabdehlər İddiaçı2 Abulla oğlu və İddiaçı1 qarşı “daşınmaz əmlakın öz hesabına bərpa edilərək təhvil verilməsi” tələbinə dair ikinci mülki işə münasibətdə qeyd etməyi zəruri sayır ki, iddiaçı Cavabdeh apellyasiya şikayətinin (iddianın) təmin olunması Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq-aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.

66. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

67. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-96/2025 saylı 18 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar