Məhkəmə qərarları › İş №2(027)-1325/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1325/2021

22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1325/2021 22.07.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi və üçüncü şəxs X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə və üçüncü şəxs X4 qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 08 noyabr1995-ci il tarixdə anadan olmuş oğlu X7 31 may 1998-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o,1994-cü ildə X9 ilə el adəti üzrə ailə qurub. Birgə münasibətdən 08 noyabr 1995-ci il təvəllüdlü X12 və 31 dekabr 1997-ci il təvəllüdlü X8 adlı övladları doğulub. Böyük oğlu X12 31 may 1998-ci ildə ehtiyatsızlıq üzündən üzərinə qaynar su dağılarağ Quba rayonu, Alpan kəndində vəfat edib, Alpan kənd qəbirstanlığında dəfn olunub. Həmin vaxt qanunu bilmədiyindən və övlad itkisinin verdiyi dərd səbəbindən oğlu Əliyev Kamranın ölümünü rəsmiləşdirməyib, bundan sonra da ölümü rəsmiləşdirmək mümkün olmayıb. X16 ölüm qeydinin aparılıb-aparılmaması haqqında Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxs 26 may 2021-ci il tarixli imtina məktubu və arayışı ilə X7 Maraqlı şəxsndə ölüm akt qeydinin aşkar olunmadığı və ölümün qeydə alınması və bərpasının qeyri-mümkün olduğu, ona görə də məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. X7 ölməsi faktının müəyyən edilməsi ona notariat işlərinin həlli üçün lazımdır. Qeyd edib ki, X16 1998-ci ildə Quba rayonu, Alpan kəndində ölməsi və Quba rayon Alpan kənd qəbirstanlığında dəfn edilməsini, yas mərasimində iştirak etmiş bir çox kənd sakinləri və kənardan gələn insanlar görmüşdür ki, onlar da məhkəmədə şahid kimi ifadə verə bilərlər. Əlavə olaraq bildirir ki, X7 1996-cı il tarixdə Quba rayon Alpan kəndində ölməsi faktını ərizəyə əlavə etdiyi məzar daşının fotoşəkili bir daha təsdiq edir. Göstərilənləri nəzərə alaraq, 08 noyabr 1995-ci il tarixdə anadan olmuş oğlu X7 31 may 1998-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə üçüncü şəxs X9 iddianı qəbul edərək bildirdi ki, Ərizəçi ilə 1994-cü ildə ailə qurub. Birgə münasibətlərindən iki oğlu dünyaya gəlib. X11 böyük oğludu. O, 1998- ci ildə Alpan kəndində vəfat edib və həmin kəndin qəbrstanlığında dəfn olunub, lakin ölüm faktı təsdiq olunmayıb. Onaq görə də oğlu X7 31 may 1998-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X10 bildirmişdi ki, Aynagül onun bacısıdır. X1 ilə ailə qurub, Kamran və Məmmədxan adlı iki övladı olub. Kamran hələ körpə yaşlarında olanda üzərinə qaynar çaynik dağılaraq yanmışdı. Onun həyatını xilas etmək mümkün olmamışdır və bu səbəbdən vəfat edib. Kamran kənd qəbrstanlığında dəfn olunub. O, dəfndə iştirak etmişdir. Məhkəmə Ərizəçi, üçüncü şəxs X5 və şahid X6 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X12 08.11.1995-ci il Quba rayonu, Alpan kəndində doğulub. X2, anası Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan Quba RİHB-nin Alpan İƏD üzrə nümayəndəliyindən verilmiş 26.05.2021-ci il tarixli, 327 nömrəli arayışından görünür ki, X12 həqiqətən 31 may 1998-ci il tarixdə Quba rayonu, Alpan kəndində vəfat etmiş və Alpan kənd qəbrstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26.05.2021-ci il tarixli 278 nömrəli məktubundan görünür ki, X12 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 08 noyabr1995-ci il tarixdə anadan olmuş X7 31 may 1998-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 08 noyabr1995-ci il tarixdə anadan olmuş X7 31 may 1998-ci il tarixdə Quba rayonu, Alpan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar