Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-133/2023 19.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “borc pul və mənəvi zərər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona borclu olduqları 100.000 məbləğində pulun, mənəvi zərər olaraq 10.000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 400 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibi olduğu üçün barələrində xüsusi qərardad çıxararaq araşdırılması üçün müvafiq prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qeyd olunan hüquq normasının tələblərinə əsasən iddiaçı məhkəməyə cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 və X3 ona borclu olduqları 100.000 məbləğində pulun, mənəvi zərər olaraq 10.000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 400 manat məbləğində pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2006-cı ilin yay ayında qohumu X1 süd zavodunun müdürünün oğlu Cavabdeh2 ilə birlikdə onun yanına gəlmişlər. Zavodun özəlləşdirilməsi üçün pul lazım olduğunu, ondan pul köməkliyi etməyini bunun əvəzində isə həmin ərazidən torpaq sahəsi verəcəklərini bildirmişlər. Onda pul olmadığı üçün onlardan 1-2 gün vaxt istəmişdir. Bakıdakı qohumları ilə məsləhətləşəndən sonra gələcəkdə orada inşaat malları mağazası açmaq məqsədi ilə onlardan pul götürmüşdür. İlkin olaraq 20 000 (iyirmi min) ABŞ dolları məbləğində pulu Məhəmməd və Azərə vermiş, təqribən 1-2 həftə sonra pulun çatmadığını, orada payı olan keçmiş işçilərdən paylarını almaq lazım olduğunu bildirərək, söz verdilər ki, 3 ay ərzində bu məsələ həll olunacaq. Yenə də, ondan 20 000 (iyirmi min) ABŞ dolları məbləğində pul aldılar. Daha sonra payçılardan Rza adlı bir şəxsin payını vermədiyini, məsələnin həllinin bir azda qeyrimüəyyən vaxta qədər təxirə salındığını bildirmişlər. Bir müddət sonra eşitmiş ki, payçılardan biri olan Rzaya 50 000 (əlli min) manat verib onun payını alıblar. Yenə də bir müddət sonra ona torpaq vermək vədlərini yerinə yetirmədən müəssisəni özəlləşdirmək üçün pul lazım olduğundan onun yanına gəlmişlər. Bu ərəfədə də, 65 000 (altımış beş min) ABŞ dolları məbləğində pul vermişdir. Cavabdehlərin ona olan borcları ümumilikdə 105 000 (yüz beş min) ABŞ dolları məbləğində təşkil edirdi. Müəssisə də, yerləşən tikliləri özəlləşdirdilər. Yenə də ondan torpağı özəlləşdirmək üçün pul istədilər. O, pul verə bilməmiş, bunun müqabilində Bakıdan başqa bir adamdan 30 000 (otuz min) ABŞ dolları alıb 30 faizlik payçı ediblər. Ona düşən pay olaraq Heydər Əliyev prospektindən 40 metrin 25 metrə olan hissəsini razılaşmışlar. Lakin, cavabdehlər verdikləri sözə əməl etməmiş və ona bildirmişlər ki, “sənin pay əvəzinə pulunu 2 qat ödəyəcəyik.” Beləcə illər keçmiş dollar bahalaşmış o, çox narahat olmuşdur. Azərlə görüşmüş və Azər ona bildirmiş ki, “sən narahat olma söz vermişik sənə borclu olduğumuz pulu yaxın zamanda qaytaracayıq.” Bundan başqa, Azər ona özəlləşmədə qohumu Cavabdeh1 adına özəlləşdirdiyini bildirdi. Buna səbəb isə Azərin 8 bacısı olduğunu, bacılarının həmin ərazidə paylarının olduğunu, gələcəkdən bacılarının ailəsində problem olarsa bacılarının ailə qurduğu şəxslərin həmin paydan pay tələbi etməməsi olmuşdur. O, bu söz-söhbətləri görəndən sonra dayısı oğlu Məhəmməddən pulunu tələb edəndə ona demiş ki, “narahat olma əllərində yazılı kağız almışam, pulu verəcəklər.” Həmin, yazılı kağız hal-hazırda dayısı oğlu Məhəmməddə olsa da, o həmin iltizamı ona verməkdən boyun qaçırır. Müəyyən vaxtdan sonra eşitmiş ki, cavabdehlər zavodun yarısını 420 000 (dörd yüz iyirmi min) manata satıblar. O, məsələni araşdırmaq üçün cavabdehlərlə görüşmüş, onlar bildirmişlər ki, 270 000 (iki yüz yetmiş min) manat özəlləşməyə xərcləri çıxıb, yerdə qalan puluda 3 yerə bölüblər. O, əsəbləşib səs-küy salandan sonra xahiş etdilər ki, “bizim pula ehtiyacımız çox olduğu üçün bölmüşük sənə zavodun İİ yarısı satılanda borcunu tamamilə geri qaytaracayıq.” Bir müddət vaxt keçdikdən sonra zavodu baha qiymətə sata bilmədiklərini, buna görə də, borcun 250.000 manatla razılaşmağını istəmişlər. O, onlara güzəşt edərək, ümumi məbləğ 250 000 (iki yüz əlli min) manat borcun ona verilməsinə razılıq vermişdir. Bu məbləği onunla razlaşdıqdan sonra yenidən qohumu Məhəmməd razılaşdırılmış 250 000 (iki yüz əlli min) manat məbləği video çəkilişlə ona təqdim etmişdir. Video çəkilişdə - zavodun kabinetində Azər və Rəşid yazılı surətdə ona borclu olduqları pulu verməyə razılaşırlar. Həmin videoda cavabdehlər ona borclu olduqları pulu etiraf edirlər. Yenə bir müddət keçir ona zəng vururlar ki, yerdə qalan hissəni cəmi 800.000 manat satırlar. Həmin məbləğ 4 yerə bölünür, adama 200 000 manat məbləğində pul düşür. Razısansa obyekti sataq dedilər. Yenə də o, cavabdehlərə inanaraq onlarla razılaşırmışdır. Cavabdehlər ona borclu olduqları 250.000 manat puldan 2021-ci ilin oktyabr ayından ilkin olaraq 50 000 (əlli min) manat, noyabr ayında 55 000 manat (əlli beş min), sonra 10 000 ( on min) manat və daha sonra 35 000 (otuz beş min) manat olmaqla ümumilikdə 150 000 (yüz əlli min) manat pul verdimişlər. Borclu olduqları 100.000 manat məbləğində pulu isə qaytarmayacaqlarını bildirmişlər. Bu söhbətlərdən sonra eşitmiş ki, zavodun yarısını 640.000 (altı yüz qırx min), İİ yarısını isə 800.000 manata satıblar. Hər dəfə natarusda çox aşağı qiymətlərə alğı-satqı edərək, vergidən yayınıblar. Bundan başqa, o, həmin 105.000 ABŞ dolları məbləğində pulu qızıl istehsalı ilə məşğul olan qohumundan almış, o, hər dəfə ondan borc alanda ona nisyə qızıl vermiş kimi pul vermişdir. O, həmin borcu qohumundan alan zaman qızılın qiyməti 12 ABŞ dolları idi, devalivasiyadan sonra qızılın qiyməti 40-50 ABŞ dolları olmuş ki, o, həmin məbləği iki qat olaraq qohumuna qaytarmaq məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdehlər ona borclu olduqları pulu vaxtında ödəsəydilər o, özünə iş quracaqdı. Onların onun inamından sui-istifadə etmələri, onu aldatmaları nəticəsində onun uğradığı zərər əldən çıxmış fayda kimi qiymətləndirilməlidir. Bundan başqa, o, qeyd olunan faktla bağlı araşdırma aparılması üçün Quba rayon Prokurorluğuna müraciət etmişdir. Onun müraciəti əsasında Quba rayon Prokurorluğunun böyük müstəntiqi Bəhruz Qədirlinin icraatında material olmuş, cavabdehlər ora çağırılaraq izahatları alınmışdır. Məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Mülki işin gələcəkdə daha yaxşı və dəqiq araşdırılmasın aparılması, müddət tezliyini nəzərə alaraq, Quba rayon Prokurorluğundan müraciəti əsasında toplanmış materialın sübut növü kimi qiymətləndirilərək, oradan alınmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbini etiraf edərək, bildirmişdir ki, onun vasitəsilə iddiaçı Rəşidə zavodunun özəlləşməsi üçün pul vermişdir. Razılaşma əsasında İslama 250000 (iki yüz əlli min) manat pul verilməli idi. Çünki iddiaçı ora pulu verən zaman həmin pulla böyük işlər görüldü. Həmin dövrdə pulun dəyəri böyük idi. Çünki 2006-2007-ci illərdə 150000 ABŞ dollarına daha böyük işlər görülə bilərdi. İddiaçıdan alınan borc pul tam olaraq ona qaytarılmamışdır. Zavodun özəlləşdirilməsi üçün o, 8.000 ABŞ dolları pul vermiş, onun əvəzində isə Cavabdeh1 tərəfindən ona 70.000 manat məbləğində pul qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh2 bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar doğrudur. Zavodun özəlləşdirilməsi üçün iddiaçıdan pul alınmış,əvəzində ona 250000 manat pul veriləcəyi bildirlmişdir. Borcun 150.000 manatı iddiaçıya qaytarılmışdır. Cavabdehlərin borclu olduqları 100.000 manat məbləğində pul iddiaçıya qaytarılmamışdır. Cavabdeh1 Məhəmməd Əliməmmədova 70.000 manat məbləğində pul vermişdir. Lakin həmin pulun iddiaçıya verilməsindən xəbəri yoxdur. Bundan başqa, onun adından məhkəməyə hər-hansı bir ərizə ilə müraciət edilməmiş və məhkəməyə təqdim edilmiş ərizədə olan imza onun deyildir. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının ərizədə qeyd etdiyi xüsusatlar ilə “xahiş etdim” hissəsində qeyd olunan tələb heç bir halda uzlaşmır. Belə ki, iddiaçının ərizədə qeyd etdiyi borc pul vermə proseslərində onun iştirakı olmadığını etiraf etdiyi halda belə, sonda pul tələbin də onun da, adını hallandırır. İddia ərizəsindən də göründüyü kimi onun İddiaçı ilə qeyd olunan borc pulun 105000,0 (bir yüz beş min dollar) ABŞ dollarının və Cavabdeh2 verilməsində heç bir əlaqəsi olmamışdır. Həmin borc məbləği İddiaçı qohumu X4 iştirakı ilə verildiyini iddiaçı özü də etiraf edir. İddiaçının qeyd etdiyi "VİDEO YAZİ" da diqqətlə baxılan zaman da görünür ki, 111000 (bir yüz on bir min) ABŞ dolları (1 USD = 1,7 manat hesablasaq, 111000 USD (1,7) = 188700,0 manat) məbləğində pulun X3 alındığını və borcunda ona qaytarılacağını təsdiq edən "AKT" yazılır və mobil telefonla videoya çəkilmişdir. Videodan da göründüyü kimi, Məhəmmədlə gələn ikinci şəxs İddiaçı deyildir. Videoda qeyd edilən aktın imzalanmasında iştirakları borcun qaytarılmasını deyil, onun Cavabdeh2 tərəfindən yazılmasını və həqiqiliyini təsdiq etməsi üçün olduğuda video çəkilişdə aydın səslənir və qeyd olunurdu. Bu işlə əlaqədar iddiaçı Quba rayon Prokurorluğuna da müraciət etmiş, Quba rayon Prokurorluğunda da izahatları alınmış və Prokurorluğun müstəntiqi tərəfindən müvafiq araşdırma aparılmış və qanuna müvafiq qərar qəbul edilmişdir. Bundan başqa, İddiaçı borc pulu Cavabdeh2 X4 vasitəsilə vediyini öz ərizəsində dəfələrlə qeyd etmişdir ki, bu da onun ona qarşı olan iddia tələbində əsassız olduğunu göstərməkdədir. İddiaçı Cavabdeh2 X4 vasitəsilə verdikləri pulun başqa-başqa şəxslərdən aldığını və onlara faiz nisbətində borclu qaldığını qeyd etsə də, bunu təsdiq edən heç bir hüquqi sənəd təqdim etməmişdir. iddiaçı, nə iddia ərizəsində ona qarşı qeyd etdiyi iddianı təsdiq edən hüquqi əhəmiyyət kəsb edən sənədləri nədə ki, qızıl dəyəri əsasında borc aldığı iddiasını təsdiq edən hər hansı bir əsası məhkəməyə təqdim edə bilməmişdir. Hətta iddiaçıya borcları olmuş olsaydı belə, Mülki Məcəllənin 373.2. maddəsinə görə onlardan həmin borcu tələb etmək müddətini ötürmüşdür. Lakin, iddiaçının X4 vasitəsilə Cavabdeh2 verdiyi 111000,0 (yüz on bir min) ABŞ dolları məbləğində pulu 2021-ci ildə Mərkəzi Bankın məzənnəsi (1 usd = 1.7 azn) əsasında artıqlaması ilə (111000,0 usd * 1.7 azn = 188700,0 manat) 220000,0 (iki yüz iyirmi min) manat ödənilmişdir. Bundan başqa iddiaçı ərizəsində göstərdiyi məbləği heç bir əsas olmadan öz istəyinə uyğun olaraq qeyd etmişdir. Belə ki, İddiaçı hissə-hissə, ümumilikdə 150000,0 (bir yüz əlli min) manat pulu və X5 70000,0 (yetmiş min) manat olmaqla, ümumilikdə 220000,0 (iki yüz iyirmi min) manat pul almışdırlar. Buda o deməkdir ki, 111000,0 USD Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq (1 usd = 1.7 azn) tam şəkildə və artıqlaması ilə qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 iddiaçıya 150.000 manat məbləğində pul vermişdir. İş materiallarında olan iltizamdan görünür ki, X2 Ramazanovdan borcunun əvəzi olan 70.000 manat məbləğində pul almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər süd zavodunun özəlləşdirilməsi məqsədi ilə, iddiaçıya həmin ərazidə torpaq sahəsi verəcəklərini vəd edərək, iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 105 000 (yüz beş min) ABŞ dolları məbləğində borc pul almışlar. Daha sonra qeyd olunan ərazidə iddiaçıya torpaq sahəsi verə bilmədiklərini, lakin ona borclu olduqları 105 000 (yüz beş min) ABŞ dolları məbləğində pulun əvəzini iki qat şəkildə ödəyəcəklərini vəd etmişlər. Bir müddət sonra tərəflər borcun 250.000 manatla qaytarılmasına razılaşmışlar. Lakin, iş materiallarında olan iddiaçının əlyazması ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh1 tərəfindən iddiaçıya 150.000 manat məbləğində pul qaytarılmış və cavabdehlərin iddiaçıya borclu olduqları 100.000 manat məbləğində pul bu günədək iddiaçıya qaytarılmamışdır. Cavabdeh X6 ona qaytarılan 70000 manat pulun iddiaçıya aid olmamasını bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməyib. Bundan başqa, Cavabdeh1 etiraz ərizəsində iddia müddətinin keçdiyini qeyd etsə də, cavabdehin etiraz ərizəsinə əlavə etdiyi iltizamdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş 12 dekabr 2021-ci il tarixdə ödənilmişdir. Qanunun tələbi baxımından iddia müddətinin axımı sonuncu ödəniş tarixindən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh2 isə qeyd olunan süd zavodunun Cavabdeh1 adına özəlləşdirildiyini, iddia ərizəsində qeyd olunanları doğru olduğunu bildirmişdir. Digər cavabdeh X6 iddiaçıya borclu olduqlarını etiraf etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş CD diskə baxış keçirən zaman cavabdehlərin etirafı əsasında iddiaçıya 250.000 manat məbləğində pul borclu olduqları bir daha öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanun normalarının tələbinə görə borc verən şəxs, borc alan onun aldığı pulu qaytarmadıqda, bununla onun hesabına əsassız varlanıb, ona zərər vurduqda, həmin zərərin, həmçinin onun pul vəsaitini qanunsuz saxladıqda, onu qaytarmaqdan boyun qaçırdıqda, onun ödənilməsini digər şəkildə gecikdirdikdə, pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalandıqda, qanunda nəzərdə tutulmuş halda və məbləğdə faizləri borcludan tələb edə bilər. Bu tələb hüququ öhdəliklərin yaranması üçün əsas olan müqavilədən, digər öhdəlik əsaslarından, həmçinin öhdəliklərlə bağlı ümumi hüquqi prinsip olan pacta sund vervanda (öhdəliklər yerinə yetirilməlidir) prinsipindən irəli gəlir. Təbii ki, qanuna görə bu tələbin əsaslılığını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşür. Qanun normasının mənasına görə iddiaçı cavabdehin ondan aldığı borcu qaytarmadığı şəraitdə, onun hesabına əsassız varlanmaqla ona tələb edilən məbləğdə maddi zərər yetirməsini, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmasını, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olmasını və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Həmçinin, iddiaçı mənəvi zərər olaraq 10.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə, təmin edilməməlidir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və X4 İddiaçı 100.000 manat məbləğində borclu olmaları iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 400 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, və 9.4-cü maddələrinə əsasən cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada 100.000 (bir yüz min) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi olan 400 (dörd yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-133/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-133/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver