Məhkəmə qərarları › İş №2(027)-1347/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1347/2021

31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1347/2021 31.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 15 fevral 1957-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, əri X4 15 fevral 1957-ci il traixdə Quba rayonu İ- Nügədi kəndində anadan olmuşdur. X3, anası X5r. X4 ilə 02 avqust 1977-ci il tarixdə rəsmi nikahı qeyd etdirərək ailə qurub. X15 1990-cı il tarixdə işləmək məqsədilə Rusiya Federasiyasının İrkutsk şəhərinə getmişdir. Həmin ildə əri onunla əlaqə saxlalamışdır. Bundan sonra 1991-ci il tarixdən onunla əlaqələri tamamilə kəsilmişdir. X1 ilə əlaqələri kəsilməsindən narahat olaraq dəfələrlə onu axtarmağa cəhdlər edib. Oğlanları Rusiya Federasiyasına gedərək atalarını axtarsalar da onun barəsində heç bir məlumat əldə edə bilməmişlər. Bu barədə Quba rayon Polis Şöbəsinə müraciət edib. Quba rayon Polis Şöbəsinin 28 may 2021-ci il tarixli məktubu ilə 15 fevral 1957-ci il təvəllüdlü X2 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilməsi və bununla bağlı axtarış tədbirləri həyata keçirilməsi və onunla bağlı hər-hansı bir məlumatlar olarsa ona bildiriləcəyi bildirilmişdir. Lakin bu günə kimi əri Gülməmməddən heç bir xəbər yoxdur. Artıq uzun illərdir ki, o itkin düşmüşdür. Lakin bu günə kimi onu görən və barəsində nəsə eşidən olmamışdır. Ona görə də əri X2 ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət ediblər. Maraqlı şəxs 01 iyun 2021-ci il tarixli 05/Q-294 nömrəli məktubu ilə ona bu barədə imtina verilmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ərinin ölmüş elan edilməsi onlara vərəsəlik məsələsinin həlli üçün lazımdır. X2 ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, 15 fevral 1957-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. Qırx ildir ki onları bir ailə kimi tanıyır. Ulduzun X15 89-90-cı illərdə Rusiyaya işləməyə gedib, ondan sonra ondan xəbər yoxdu, haqqında heç bir məlumat da bilən yoxdu. Məhkəmə Ərizəçi, şahid X6 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin 28 may 2021-ci il tarixli 146 7/11551Ə-3221 saylı məktubu ilə 15 fevral 1957-ci il təvəllüdlü X2 axtarışı ilə əlaqədar DİO-nun müvafiq orqanlarına sorğu məktubları göndərilməsi və bununla bağlı axtarış tədbirləri həyata keçirilməsi və onunla bağlı hər-hansı bir məlumatlar olarsa, Ərizəçi bildiriləcəyi göstərilmişdir. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 28 may 2021-ci il tarixli 146 7/11551Ə- 3221 saylı arayışı ilə 15 fevral 1957-ci il təvəllüdlü X2 qohumları ilə əlaqələri itmiş şəxs kimi axtarılır və tapılması üçün axtarış tədbirlərinin davam etdirilməsi qeyd olunmuşdur. İş materiallarında olan Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyindən verilmiş 31.08.2021-ci il tarixli, 760 nömrəli arayışından görünür ki, X4 həqiqətən 1990-cı ildən Rusiyaya getmiş, otuz ilə yaxındır ki, ondan heç bir məlumat yoxdur. İş materiallarında olan Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyindən verilmiş 31.05.2021-ci il tarixli, 493 nömrəli arayışından görünür ki, X4 17.02.1957-ci ildə Quba rayonu İ Nügədi kəndində anadan olub, 1991-ci ildən nümayəndəliyin ərazisindən gedib, hal-hazırda nümayəndəliyin ərazisində yoxdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01.06.2021-ci il tarixli 136 nömrəli məlumatından görünür ki, X4 barəsində 1990-1997-ci illər üzrə ölüm haqqında akt qeydi aşkarlanmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 01.06.2021-ci il tarixli 05Q/-294 nömrəli məktubundan görünür ki, X4 barəsində ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Quba rayonu İ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan İ-ЖГ 442168 seriya və nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X4 ilə Ərizəçi arasında 02 avqust 1977-ci il tarixdə rəsmi nikah bağlanmış və 28 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 315.1-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, 15 fevral 1957-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X2 ölmüş elan edilməsi tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. 15 fevral 1957-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X4 ölmüş elan edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar