Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1361/2022 15.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonu İİ Nügədi kəndində anadan olmuş X1 04 iyun 1976-cı il tarixində Quba rayonu İİ Nügədi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Quba rayonu İİ Nügədi kəndində anadan olmuş X8 onun atasıdı. X2 04 iyun 1976-cı il tarixədək Quba rayonu, İİ Niigədi kəndində yaşamış və həmin tarixdə vəfat etmişdir. X1 cənazəsi İİ Nügədi kənd qəbiristanlığında dəfn olunmuşdur. X4 həqiqətən 04 iyun 1976-cı il tarixdə Quba rayonu, İİ Nügədi kəndində ölməsi və onun İİ Nügədi kənd qəbiristanlığında dəfn olunmasını şahidlər də təsdiq edə bilərlər. Qeyd edir ki, Maraqlı şəxsnə müraciət etdikdə bildirilmişdir ki, X1 ölüm faktına dair qeydiyyat aparılmamışdır. X1 ölməsi barədə tibbi arayış alınmadığına görə haqqında ölüm haqqında şəhadətnamə ala bilmir. X1 ölümünün qeyd edilmə faktının müəyyən olunması sənədləşmə işlərinin aparılması üçün zəruridir. Ona görə də hazır ki, ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayonu İİ Nügədi kəndində anadan olmuş X1 04 iyun 1976-cı il tarixində Quba rayonu İİ Nügədi kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirmişdi ki, Ərizəçi onun baldızıdı, X8 onun qaynatasıdı, o Mariyənin böyük qardaşı Tahirlə 1973-cü ildə ailə qurub. Qaynatası mərhum Ə.Məmmədov 1976-cı ildə rəhmətə gedib İİ Nügədi kənd qəbiristanlığında dəfn olunmuşdu. Məhkəmə Ərizəçi, şahid X5 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 143 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, Quba rayonu üzrə 1973-1978-ci illərdə ölüm haqqında akt qeydlərində X8 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 181 nömrəli məktubundan görünür ki, X8 barəsində ölüm haqqında akt qeydi aşkarlanmamışdır. Şöbənin həmin tarixli məktubu ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1955-ci ildə Quba rayonu İİ Nügədi kəndində doğulub. X2, anası X6 qeyd edilmişdir. İş materiallarında olan Quba rayonu, Çiçi İƏD-si üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 124 nömrəli arayışdan görünür ki, Ərizəçi Quba rayonu,Təngəaltı kəndində qeydiyyatda olub, hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1955-ci ildə Quba rayonu İİ Nügədi kəndində doğulub, Quba rayonu,Təngəaltı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X3 rayonu, İİ Nügədi kəndində anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydlərində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X4 04 iyun 1976-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş X4 04 iyun 1976-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1361/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1361/2022
15.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver