Məhkəmə qərarları › İş №2(027)-1370/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1370/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1370/2020 05.10.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili X6 iştirakı ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı tikiliyə sahiblik və istifadə hüququna dair ilkin iddiası üzrə, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı ona məxsus yaşayış evindən tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Quba rayonu, 1-ci Nügədi kəndində olan həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən hörülmüş yarıtikili binaya onun və xx xxxx 2009-cu il təvəllüdlü X1 və istifadə hüquqlarının tanınması, mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Quba rayonu, 1-ci Nügədi kəndində olan həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən hörülmüş yarıtikili binaya iddiaçının və xx xxxx 2009-cu il təvəllüdlü X1 və istifadə hüququna qarşı olan maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəsində Cavabdeh adına mülkiyyət hüququnun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində edilmiş xx.xx.2014cü il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi, həmin qeyddən verilmiş 388331 saylı Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən İddiaçı istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi müraciət edərək, ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən İddiaçı və azyaşlı övladı xx xxxx 2009-cu il təvəllüdlü X4 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı-cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, bildirdi ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, № 2(027)-174/2020 saylı qətnaməsi ilə həmin iş üzrə iddiaçı, hazırki iddia üzrə Cavabdeh ilə arasında xx xxxxxxx 2011-ci il tarxdə bağlanmış və Quba rayon Qeydiyyat şöbəsi tərəfindən həmin vaxtı 471 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından doğulmuş uşaq - xx xxxx 2009-cu il təvəllüdlü X4 onun yanında qalması və nikah pozulduqdan sonra, birgə nikahdan doğulmuş xx xxxx 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. 2008-ci il tarixdə cavabdehlə faktiki ailə münasibəti qurduqdan sonra mülkiyyət hüququ əsasında sonuncuya məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evə el adəti üzrə gəlin köçərək həmin evdə cavabdehlə birgə yaşamışdır. xx xxxx 2009-cu il tarixdə bir uşağı doğulmuşdur. Nikah xx xxxxxxx 2011-ci il tarxdə qeydə alınmışdır. Cavabdehlə birgə yaşadığı torpaq kərpicdən tikilmiş sonuncuya məxsus fərdi yaşayış evinin yaşayış sahəsi çox darısqal olduğundan, həmin ev uşaqla birgə üçünun birgə yaşayışı üçün əlverişsiz olmuşdur Cavabdeh əməklə məşğul olmadığından gəlirləri olmamışdır. O isə kafedə işlədiyindən kifayət qədər gəlirlərə malik olmaqla, ailənin tələbatını tam ödəyəcisi olmuşdur. 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən, normal yaşayış üçün əlverişsiz olan, cavabdehin evinin yanında 2012-ci il tarixdə geniş şəraitli ev tikmək qərarına gələrək niyyətini cavabdehə bildirərək sonuncunun razılığını aldıqdan sonra 2013-cü il tarixdə öz əməyi hesabına həmin evin yanında, mişar daşından uzunluğu 16,5 metr, eni 8,5 metr olan yeni ev tikmişdir. Yeni evin divarları 2019-cu ildə tam hörülmüş, lakin dam örtüyü, qapı- pəncərələrin quraşdırılması və divarların suvaq işləri hələlik icra edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində həmin tikiliyə hüquq qeydə alınmamışdır. Cavabdeh, həmin tikilinin dəyərini artıran vəsait qoymamışdır. xx xxxx 2009-cu il təvəllüdlü oğlu X11 ilə onun birgə yaşayışı üçün digər yaşayış sahəsi yoxdur. Mülkiyyət hüququ əsasında cavabdehə məxsus Quba rayonu, 1-ci Nügədi kənd ərazisində yerləşən 0,20 ha torpaq həyətyanı torpaq sahəsində onun şəxsi vəsaiti hesabına onun tikdiyi yarıtikili evə onun istifadə və sahiblik hüquqları tanınmalı və həmin hüquq əsasında o, həmin tikilini tamamlayaraq oğlu X11 ilə birgə həmin evdə yaşamalıdır. Bu hüquqlar, ən əsas yetkinlik yaşına çatmayan uşağın maraqları ilə üst-üstə düşür. Faktiki hallardan və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Qanunlarının mənasından göründüyü kimi cavabehin mülkiyyətində olan Quba rayonu, 1-ci Nügədi kənd ərazisində yerləşən 0,20 ha torpaq sahəsində cavabdehlə birgə nikah dövründə onun əməyi hesabına mişar daşından inşa edilmiş, uzunluğu 16,5 metr, eni 8,5 metr olan tikili onun şəxsi əmlakıdır. Öz əməyi hesabına həmin tikilini tamamlayaraq yetkinlik yaşına çamayan, cavabdehlə birgə uşağı X11 ilə birgə onun həmin tikilidən istifadə etməyi uşağın qanunla qorunan hüquqlarının təminatı üçün əlverişli şəraitdir. Belə ki, həmin tikilidə onların yaşaması, hər iki valideynin hüquq bərabərliyi, uşaqla bağlı məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşağın ailə tərbiyəsinin üstünlüyünün, sonuncunun rifahına və inkişafına qayğı, uşağın hər iki valideyni ilə ünsiyyətdə olmaq hüququna, uşağın hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilməsi üçün geniş şərait yaradır, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququnu təmin edir. Göstərdiklərini nəzərə alaraq, mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Quba rayonu, 1-ci Nügədi kəndində olan həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən hörülmüş yarıtikili binaya onun və xx xxxx 2009-cu il təvəllüdlü X1 və istifadə hüquqlarının tanınması, mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Quba rayonu, 1-ci Nügədi kəndində olan həyətyanı torpaq sahəsində iddiaçı tərəfindən hörülmüş yarıtikili binaya iddiaçının və xx xxxx 2009-cu il təvəllüdlü X1 və istifadə hüququna qarşı olan maneələrə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək, bildirdi ki, sözügedən yarımçıq tikilini o, tikdiyinə görə iddiaçının yarımçıq tikiliyə sahiblik və istifadə hüququ tələbinə dair iddia əsassızdır. O, kiməsə sahiblik və istifadə hüququ verən şəxs deyil. İddiaçı iddia ərizəsində cəfəng və mənasız sözlər yazmışdır. O, cavabdeh İddiaçı ilə el-adəti üzrə ailə qurmuş, xx.xx.2011-ci il tarixdə nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü Elmar adlı oğlu vardır. Cavabdeh ona məxsus Quba rayonu, 1-Nügədi kəndində yerləşən evə gəlin köçmüşdür. Cavabdeh İddiaçı ilə ailə qurduğu ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən aralarında bağlanmış nikahın pozulması və azyaşlı oğlunun onun yanında saxlanılması tələbi ilə Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (027)-174/2020 saylı qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə bağlanmış nikah pozulmuş, azyaşlı övladı xx.xx.2009-cu il təvəllüdlü Elmanın cavabdeh İddiaçı yanında saxlanılması qət edilmişdir. Hal-hazırda cavabdeh İddiaçı ilə aralarında heç bir nikah münasibəti olmadığına baxmayaraq, sonuncu ona məxsus olan Quba rayonu, 1 Nügədi kəndində yerləşən evdə qalır. Cavabdehlə onun bir evdə yaşaması mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda sözügedən yaşayış evi ona vərəsəlik əsasında məxsusdur. Ona görə də cavabdeh həmin evdən çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq, ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evdən İddiaçı və azyaşlı övladı xx xxxx 2009-cu il təvəllüdlü X4 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh-iddiaçı Cavabdeh vəkili və nümayəndəsi X13 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək iddialarının təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili X7 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia və qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X12 hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ******* nömrəli Çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X10 verilmiş **********11 reyestr nömrəli texniki pasportun surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx xxxx 2009-cu il tarixdə X11 doğulmuşdur. Tərəflər rəsmi qaydada ayrılsalar da, hazırda iş üzrə iddiaçı-cavabdeh İddiaçı azyaşlı oğlu ilə birlikdə keçmiş əri iş üzrə cavabdeh-iddiaçı Cavabdeh məxsus evdə yaşayır. Hazırda iş üzrə iddiaçı-cavabdeh İddiaçı iş üzrə cavabdeh-iddiaçı Cavabdeh adına verilmiş Çıxarışın etibarsız hesab edilməsini tələb edir. İş üzrə cavabdeh-iddiaçı Cavabdeh ilkin iddianı qəbul etməyərək, mülkiyyət hüququ əsasında ona məxsus fərdi yaşayış evindən iş üzrə iddiaçı-cavabdeh İddiaçı və azyaşlı övladı xx xxxx 2009-cu il təvəllüdlü X4 istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165.1-ci maddəsinin tələbinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqca sahib onlara son qoyulması üçün iddia verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, X8 X2 evinə 2007-ci ildə gəlin köçüb yaşamağa başladığı üçün tərəflər arasında münasibətlər 2007-ciildə yaranmışdır və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, hazırkı mübahisə xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləisinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək və iş materiallarını tədqiq edərək, iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərin etibasızlığının konkret əsaslarının sadalanmasına baxmayaraq, iddiaçıcavabdeh İddiaçı iddiasında Çıxarışın məhz hansı əsaslarla etibarsız hesab edilməli olduğunu göstərməmişdir. Məhkəmədə isə müəyyən edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdeh- iddiaçı Cavabdeh mülkiyyətindədir. Göründüyü kimi, Çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından və həmin sənədlə bağlı hər hansı qanun pozuntusuna yol verilməsi öz təsdiqini tapmadığına görə ilkin iddia təmin edilməməlidir. Həmçinin yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən iddiaçı-cavabdeh İddiaçı, gəlin köçdüyü evdə yaşamış və cavabdeh-iddiaçı Cavabdeh ilə birgə təsərrüfat aparmışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı sonuncunun ona məxsus yaşayış evindən çıxarılması barədə qarşılıqlı iddia tələbi əsassız sayılaraq təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı tikiliyə sahiblik,istifadə hüququna və çıxarışın etibarsız hesab edilməsinə dair ilkin iddiası, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı ona məxsus yaşayış evindən tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar