Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2749/2025 07.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evə köçürülmə və həmin evə və digər yardımşı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi» tələbinə dair iddia ərizəsini mülki iş üzrə iddianın təmini tədbirinə dair iddia ərizəsini və ona ələvə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni, İddiaçı, X1, X2, X3, X4 Cavabdeh ilə birgə mülkiyyətlərində olan Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 57.40 kv.m olan 1 mərtəbəli 4 otaqlıfərdi yaşayış evinə köçürülməyi, fərdi yaşayış evinin açarlarının Cavabdeh alınaraq ona verilməsi, həmin fərdi yaşayış evindən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi və cavabdeh tərəfindən törədilən qanunsuz maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-2749/2025 №-li qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri öyrənib belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia tələbindən, yəni iddia ərizəsinin «xahiş edirəm» hissəsindən görünür ki, fərdi yaşayış evinin açarlarının Cavabdeh alınaraq ona verilməsini tələb edir ki, bu da gələcəkdə işə baxılmasında qeyri-müəyyənlik yaradır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən həmin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya izah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.2 və 152.3-cü maddələrinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1, 152.1.7, 152.2, 152.3, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evə köçürülmə və həmin evə və digər yardımşı sahələrdən istifadə qaydalarının məhkəmə qaydasında müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-2749/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2749/2025
07.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver