Məhkəmə qərarları › İş №2(102)-756/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-756/2021

08.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-756/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1397/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 o ğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evi 1/8 hissədə Əhməd Nurməmməd oğlunun, 1/8 hissədə İdris Nurməmməd oğlunun, 1/8 hissədə X1, 4/8 hissədə Cavabdeh və 1/8 hissədə X2 xüsusi mülkiyyətindədir. Şəki Rayon Məhkəməsinin 2(075)-302020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 m2 fərdi yaşayış evinin Cavabdeh məxsus 4/8 hissəsi yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 m2 olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 m2 olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağla nmaqla, sahəsi 22.2 m2 olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 m2 olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililər ayrılaraq Cavabdeh mülkiyyətinə verilməsi, həmin hissədən istifadə üçün həyət qapısı açılaraq Cavabdeh təhvil verilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələrin İddiaçı3, İddiaçı1, X5 və X4 qadağan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı3, İddiaçı1, İddiaçı2 və X7 istifadə hüququnun tanınması, İddiaçı3, İddiaçı1, İddiaçı2 və X7 hə min evə köçürülməsi, cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və ödənilmiş 10.40 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı3 31.05.1962-ci il tarixdə Şəki şəhəri Sarıtorpaq küçəsi ev 15 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş və həmin ünvanda pasport qeydiyyatındadır. İddiaçılardan İddiaçı1 onun həyat yoldaşı, İddiaçı2 isə onun övladıdır. O, 1991-ci il tarixdə İddiaçı1 ilə ailə quraraq həmin evə gəlin gətirmişdir. Birgə nikahlarından 17 may 1992-ci il tarixdə X10, xx.xx.1996-cı il tarixdə İddiaçı2 və 06.04.2005-ci il tarixdə X12 adlı uşaqları həmin evdə anadan olub, boya-başa çatmışlar. Bildirdi ki, qeyd edilən ünvanda yerləşən yaşayış evi tira ltı ev olmaqla həmin yerdə bir neçə ailə yaşayır. Onlardan biri də Cavabdeh və onun ailəsidir. CavabdehƏMDK yanında DƏDRX-dən seriyası RX olan ******* nömrəli, 22.12.2017-ci il qeydiyyat tarixli çıxarış alaraq Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evinin 4/8 hissəsini mülkiyyətinə keçirmişdir. Həmin çıxarışa əsasən Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evinin 1/8 hissəsi Əhməd Nurməmməd oğlunun, 1/8 hissəsi İdris Nurməmməd oğlunun, 1/8 hissəsi X1, 1/8 hissəsi isə X2 xüsusi mülkiyyətindədir.O və ailə üzvləri həmin çıxarış üzrə Əhməd Nurməmməd oğluna məxsus 1/8 hissədə 1999-cu ilədək yaşamışlar.1178231 nömrəli çıxarışda adı göstərilən Əhməd Nurməmməd oğlu onun atası X8 anası X3 atasıdır. Birgə yaşadıqları cavabdeh müxtəlif problemlər yaratdığından onla r məcbur qalıb 1999-cu ildə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini almışlar və həm orda həm də qeyd edilən mübahisəli evdə yaşamağa başlamışlar. Lakin həmin vaxtı onlar evi tam tərk etməmişlər. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində yaşadıqları evdə yaşaya bilmirlər. Lakin hal-hazıradək onların əşyaları həmin evdədir. Evin bir otağının və onlar tərəfindən inşa edilmiş şüşəbəndin açarı onlardadır. Lakin son zamanlar cavabdehlə olan münasibətləri kəskinləşmiş və onlar həmin evə gedib-gəlməkdə çətinlik çəkirlər. Cavabdeh onlar həmin evə gedib-gələrkən dava-dalaş salır, onları həyətə və evə daxil olmağa qoymur və ona görə də evə gedib-gələ bilmirlər. Dəfələrlə cavabdehdən qanunsuz əməllərinə son qoymağı tələb etsələr də öz əməllərindən daşınmır evdən istifadəyə maneçilik t örədir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Şəki Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(075)-482/2020 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə İddiaçı3, İddiaçı1 oğlu və İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı3, İddiaçı1, İddiaçı2 və X7 istifadə hüququnun tanınması, İddiaçı3, İddiaçı1, İddiaçı2 və X7 həmin evə köçürülməsi, cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və ödənilmiş 10.40 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi tələbinə dair iddialarının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddi açı3, 31.05.1962-ci il tarixdə Şəki şəhəri Sarıtorpaq küçəsi ev 15 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuş, hal-hazırda həmin ünvanda pasport qeydiyyatındadır. 1991-ci il tarixdə İddiaçı1 ilə ailə qurmuş. birgə nikahlarından olan Aygül, Aydan və Namiq adlı uşaqları anadan olmuşdur. Mübahisəli ünvanda yerləşən yaşayış evi tiraltı ev olmaqla həmin ünvanda bir neçə ailə yaşayır. Onlardan biri də Cavabdeh və onun ailəsidir. İddiaçılar qeyd olunan ünvanda ulu babası Əhməd Nurməmməd oğluna məxsus 1/8 hissədə 1999-cu ilədək yaşamışlar. Belə ki, iddiaçının deməsinə görə ******* nömrəli çıxarışda adı göstərilən Əhməd Nurməmməd oğlu İddiaçı3 atası X8 anası X3 atasıdır. İddiaçı 1999-cu ildə ünvan 3 ünvanında fərdi yaşayış evi almış və ailəsi ilə köçərək orada yaşamağa başlamışlar. Lakin əvvəllər yaşadıqları Sarıtorpaq küçəsi 15 ünvanında 1 otaq və 1 aynabənddən ibarət evə də gedibgəlmiş, həmçinin yay aylarında orada yaşamışlar. Məhkəmə hesab etmişdir ki, iddiaçılar 1999-cu ilədək Şəki şəhəri Sarıtorpaq küçəsi ev 15 ünvanında yaşasalar da, həmin vaxtdan cavabdehlə aralarındakı narazılıqla bağlı qeyd edilən mübahisəli evi tərk edərək başqa bir ünvanda yaşayırlar. İddiaçı3 deməsinə görə onlar Şəki şəhəri Sarıtorpaq küçəsi ev 15 ünvanında atası X8 anası X3 atası Əhməd Nurməmməd oğlunun mülkiyyətində olan 1/8 hissədə yaşamışlar. Cavabdehin deməsinə görə isə hazırda həmin ünvandan onların başqa qohumları yaşayır. Aydın olur ki, iddiaçı hal-hazırda da pasport qeydiyyatında olduğu Şəki şəhəri Sarıtorpaq küçəsi ev 15 ünvanında yaşamışdır. İddia tələbindən görünür ki, iddiaçılar ün van 4 ünvanında istifadə hüquqlarının tanınmasını və həmin evə köçürülmələrini tələb edirlər. Belə olduğu halda iddiaçılar ünvan 4 ünvanına münasibətdə deyil, ünvan 5üquqlarının tanınmasını və həmin evə köçürülmələrini tələb edə bilərdilər. Hazırda iddiaçıların ünvan 4 ünvanı üzrə hazırkı tələbi irəli sürməkdə subyektiv hüququ yoxdur. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Şəki rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(107)-1397/2020 saylı qətnaməsi ilə (hakim A.Mahmudov sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Məcidov və M.Əsədl idən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 2(075)-482/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar 1999-cu ilədək Şəki şəhəri Sarıtorpaq küçəsi ev 15 ünvanında yaşasalar da, yəni 1999-cu il tarixədək sözügedən yaşayış sahəsinin keçmiş sakini olsalar da, sonradan daimi yaşamaq üçün köçüb başqa yerə getmiş və həmin vaxtdan hazıradək ünvan 6 ünvanda yaşamışlar. İddiaçıların yaşayış sahəsinə ehtiyacı artıq köçüb yaşadığı yerdə təmin olunduğuna görə onlar yaşayış sahəsinə olan ehtiyaclarını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir. İddiaşıların daimi olaraq mübahisəli yaşayış sahəsindən çıxıb getməsi və istədiyi vaxt formal olaraq həmin e və qayıtmaq istəyi yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehin mülkiyyətçi kimi mülkiyyət hüquqlarının pozulmasına və sonuncunun mülkiyyət hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də cavabdehin «narahat» olması üçün əsas olan amillərdəndir və sonuncunun yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi də qəbul edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçıların 1999-cu il tarixdən daimi olaraq yaşamaq üçün başqa ünvana köçməsi və ailəvi şəkildə orada yaşaması və cavabdehlə uzun müddət birgə təsərrüfat idarə etməməsi onların daimi olaraq yaşayış yerini tərk etməsi anlamına gəlməklə yanaşı bilavasitə hazırda yaşadığı ünvan 6 yaşayış sahəsi ilə əlaqəli olduğuna və orada yaşadığına dəlalət edir. Kassasiya şikayətinin və on a etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 oğlu (Vəkil) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli 2(107)1397/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və mülki işi yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırlımışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya məhkəməsi şikayətində qeyd olunanlarla bağlı heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştir akçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Mənzil Məcəllənin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzif ələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 87-ci maddəsinə (1982-ci il tarixli redaksiyada) əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşa yış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və onunailə üzvləri müəyyən edilmiş 6 ay müddətdən artıq başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilə bilər. Həmin Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyar ına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 oğlu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası şikayətində göstərdiyi dəlillərə istinad etmişlər. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə nəticəyə gələrkən bundan əvvəl eyni tərəflər arasında olan mübahisə üzrə qanuni qüvvədə olan Şəki Rayon Məhkəməsinin 2(075)-302020 saylı, 08.01.2020-ci il tarixli qətnaməsinə istinad etmişdr. Həmin qətnamə ilə məhz hazırkı iş üzrə cavabdehin iddiası əsasında mübahisəli evdən iddiaçıların etmiş olduqları maneənin aradan qaldırılmalı olması müəyyən olunmuşdur. Həmin iş üzrə məhkəmənin qənaəti belə olmuşdur ki, «…cavabdehlər həmin fərdi yaşayış evindən heç bir hüquqi əsasları olmadan qanunsuz olaraq istifadə edirlər.» Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin araşdırılmış hallarına uyğun olmaqla əsaslıdır. Kassasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1397/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar