Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2203/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1nə qarşı evdən istifadə hüququ verilməsi və törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən istifadə hüququ verilməsinə və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və xx.xx.2008-ci il təvəllüdlü oğlu X3 ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqlarının tanınması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 törətdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdı ki, o, X2 ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq, onunla ailə qurub, onun yaşadığı ünvan 3 ünvanda yerləşən evə gəlin köçüb, birgə nikahdan xx.xx.2008-ci il tarixdə Cavadov Kənan adlı övladı anadan olub. Həyat yoldaşı S.Cavadov xx.xx.2018-ci il tarixdə vəfat edib, onu el adəti üzrə dəfn edib. Cavabdehlər- Nicat və Cavabdeh3lar mərhum həyat yoldaşı Sənan Cavadovun 1-ci həyat yoldaşından olan uşaqlarıdır, onlar da ünvan 4 ünvanda yerləşən evdə yaşayırlar. Cavabdehləri son vaxtlar Xaçmaz rayonunda yaşayan dayıları Ziyəddin öyrədərək ona və oğluna qarşı kobud rəftar etməyə, evdən qovdurmağa vadar edir və cavabdehlərdə mütəmadi olaraq ona hədə-qorxu gələrək, evdən qovmaqla hədələyirlər, deyirlər ki, “ev bizimdir, sənin və oğlunun bu evdə heç bir hüququ yoxdur”, ona görə də məhkəməyə müraciət edərək ona və xx.xx.2008-ci il təvəllüdlü oğlu K.İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə istifadə hüquqlarının tanınması və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 törətdikləri maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(105)-2203/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayəti mümkün hesab edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. İddiaçının nümayəndəsi Vəkil Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixindən apellyasiya şikayəti verərək, verilmiş apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 26 may 2022-ci il tarixli e-2-2(119)-496/2022 saylı qətnaməsinin ləğv edilməsi məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən qətnamə mövcud olmadığı üçün apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərdadında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 12 aprel tarixli Qərarında da göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsi tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunubsa, icraata qəbul qərardadını ləğv edə bilər. Azərbaycan Respublikası MPM-nin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə mümkünlük qərardadı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(105)-2203/2022 nömrəli mümkünlük qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli 2(027)-1335/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2203/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2203/2022
31.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver